Məhkəmə qərarları › İş №2(110)-322/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-322/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-322/2025 03.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.0702 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m2 sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evinin miras əmlakı olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi mərhum həyat yoldaşı X2 ilə 1992-ci ildə ailə qurduqlarını, mərhumun ünvan 1 ünvanında yerləşən 0.0702 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m2 sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evinin mülkiyyətində olduğunu, bu barədə ona xx.xx.2016-cı il tarixli MN ******* nömrəli çıxarış, Qeydiyyat vəsiqəsi və 311 inventor nömrəli Texniki pasport verildiyini, mərhumun xx.xx.2005-ci il tarixdə vəfat etdiyini, ünvan 1 ünvanında yerləşən 0.0702 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m2 sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evinin miras qaldığını, onun ölümündən sonra arvadı-Ərizəçi, qızları-Maraqlı şəxs3 və Maraqlı şəxs2 varisləri olduğunu, həmin miras əmlakını həyat yoldaşının ölümündən sonra mübahisəsiz olaraq qəbul və istifadə etdiyini, digər varislərinin isə ailə quraraq ayrıldıqlarını, maddi imkanının aşağı olmasından müvafiq sənədləşdirmə işlərini apara bilmədiyni, mirasın qəbulu ilə bağlı şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etdiyini, lakin Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 08 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından məhkəməyə müraciət etməli olduğunun bildirildiyini ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsini müdafiə etdiyini, yoldaşı vəfat edəndən sonra həmin evdə yaşadığını, yoldaşının birinci nikahdan 2 qızı olduğunu bildirərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil izahatında və verilmiş suallara cavabında ərizəsini müdafiə etdiyini bildirərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında atasının birinci evliliyindən olan övlad olduğunu, onun bir yaşı olanda anası ilə atasının ayrıldığını, atasını görmədiyini, anasının onu əziyyətlə böyütdüyünü, atasından qalan mirası qəbul etmək istədiyini bildirərək ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında atasının ikinci evliliyindən olan övlad olduğunu, atasından qalan mirası ərizəçinin adına keçməsinə ərizəçinin vəfatından sonra qalan mirasın ona çatacağı təqdirdə razı olacağını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin arasında hüquq haqqında mübahisə olduğunu nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, ərizəçi tərəfindən xx.xx.2025-ci tarixli ********** nömrəli qəbzə əsasən "xxxx"ASC-nin Şərur filialı vasitəsilə ödədiyi 100 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCnin Şərur filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar