Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-323/2023 19.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən məcburi qaydada əşyaların çıxarılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Şərur rayon Zeyvə kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının (taxt, 2 ədəd çarpayı masası, qarderob, 2 ədəd dolab, termo, stol, stul, televizor, paltaryuyan maşını, 1 dəst yorğan-döşək və qab-qacaqlar) onun evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Zeyvə kəndində çıxarış əsasında mülkiyytinə verilmiş torpaq sahəsi üzərində iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin olduğunu, onun qardaşı X1 2021-ci ildə Cavabdeh ilə ailə qurduğunu, Cavabdeh toy ərəfəsində valideynləri tərəfindən ona verilmiş cehizlik əşyalarını onun fərdi yaşayış evində bir otağa yığdığını, Rafiq ilə Səadətin 2022-ci ilin mart ayına kimi onun himayəsində yaşadıqlarını, Səadətin onunla bir mənzildə yaşamaq istəmədiyini, onunla yola getmədiyini, evdə dava-dalaş saldığını, onu təhqir etdiyini, ona görə də artıq on aydır ki, Səadətin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan anasının himayəsində yaşamağa başladığını, artıq on ay müddət keçsədə Cavabdeh ona məxsus olan cehiz əşyalarını (taxt, 2 ədəd çarpayı masası, qarderob, 2 ədəd dolab, termo, stol, stul, televizor, paltaryuyan maşını, 1 dəst yorğan-döşək və qab-qacaqlar) onun evində saxladığını, dəfələrlə ona bu barədə xəbərdarlıq etsə də cavabdehin onun tələbinə məhəl qoymayaraq onun mülkünü qanunsuz olaraq zəbt etdiyini, cavabdehin saxladığı cehiz əşyalarının onun evindən məcburi çıxarılmaslı olduğunu hesab etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə məhkəmə baxış iclasını iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatları eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi darədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə baxış iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iddiaçının nümayəndəsinin izahatlarına və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur rayonu Zeyvə kəndində yerləşən 0.0929 ha torpaq sahəsi və üzərində yerləşən 106.1 kv.metr ölçüdə olan fərdi yaşayış evi tam mülkiyyət kimi İddiaçı adına qeydiyyatdadır. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən cavabdehə məxsus cehiz əşyaları iddiaçının qardaşı ilə cavabdeh nikaha girərkən haliyədə iddiaçının mülkiyyətində olan Şərur rayon Zeyvə kəndində yerləşən fərdi yaşayış evinə aparılmışdır. Artıq iddiaçının qardaşı və cavabdeh arasında olan ailə münasibətləri faktiki pozulmuş, cavabdeh faktiki olaraq 10 aydan artıq bir müddətdir ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan valideynlərinin himayəsində yaşayır. Dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh ona aid əşyaları könüllü olaraq götürməkdən imtina etdiyinə iddiaçının yaşayış evindən öz istədiyi kimi istifadə hüququnun həyata keçirilməsinə mane olur. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan evə istifadə hüququ yaranmamışdır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları mülkiyyətçiyə məxsus evdə yerləşir. İddiaçı həmin əşyaların çıxarılmasını tələb edir, cavabdeh cehiz əşyalarını evdən könüllü çıxarmaqdan imtina edir. Ona görədə iddiaçının tələbi təmin edilərək Cavabdeh məxsus cehiz əşyaları iddiaçıya məxsus yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur rayonu Zeyvə kəndində yerləşən 0.0929 ha torpaq sahəsi üzərindəki 106.1 kv.m ölçüdə olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olduğundan, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.3-cü maddəsinə görə istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; - 561-ci maddəsinə görə isə mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki prosessual qanunla və məhkəmə qərarlarının icrasına dair qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus yaşayış evindən cavabdehin cehiz əşyalarını heç bir əsas olmadan çıxarmaması iddiaçının həmin evdə faktiki sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır, buna görə də iddiaçının bu tələbi haqlı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsədə, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh məxsus olan cehiz əşyaları - taxt, 2 ədəd çarpayı masası, qarderob, 2 ədəd dolab, termo, stol, stul, televizor, paltaryuyan maşını, 1 dəst yorğan-döşək və qab-qacaqlar İddiaçı məxsus yaşayış evindən məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şərur rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-323/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-323/2023
19.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver