Məhkəmə qərarları › İş №2(110)-324/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-324/2024

05.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-324/2024 05.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "mirasın qəbul edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh7 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum anası X38.Abbas qızından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlak pay hüququnu tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində mərhum anası X38. Abbas qızının xx.xx.2008-ci ildə vəfat etdiyini, onun mülkiyyətində olan Şərur rayon Mahmudkənd kəndində yerləşən Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 04 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0.13 ha JN-423A nömrəli və 0.10 ha JN-423B nömrəli həyətyanı torpaq sahələrinin miras qaldığını, mərhum X38. Abbas qızının aşağıda göstərilən varisləri;

1. Həyat yoldaşı: X21 (vəfat edib);

2. Qızı: X31 (vəfat edib);

3. Oğlu: İddiaçı;

4. Qızı: X25 (vəfat edib);

5. Oğlu: X26 (vəfat edib);

6. Oğlu: X36 (vəfat edib);

7. Qızı: X34 (vəfat edib) olmuşdur ki, onların da hamısının vəfat etdiyini, mərhum vərəsələrdən bacısı Xanım və Bacısı Nərgizin vərəsələri mərhum anası, onların isə nənələri olan Sidiqə Əliyevadan qalmış mirasın onlara çatacaq hissəsindən imtina etdiklərini, belə ki, mərhum qardaşı X27 vərəsəsi: - Cavabdeh1; Mərhum qardaşı X26nun vərəsələri: - Cavabdeh2 (arvadı) - Cavabdeh3 - Cavabdeh4 - Cavabdeh5 Mərhum bacısı X22 vərəsələri: - Cavabdeh6 - Ağayeva (Məmmədova) Rəhimə Kamil qızı - Cavabdeh8 Mərhum anasından qalmış miras əmlaka dair münasibət bildirmədiklərini, həmin mirasın qəbulu ilə bağlı faktiki olaraq heç bir hərəkət nümayiş etdirmədiklərini, mərhum anasına məxsus JN-423A nömrəli həyətyanı torpaq sahəsində mövcud olan fərdi yaşayış evində faktiki olaraq mərhum qardaşı Musanın arvadı Cavabdeh1 yaşamaqda olduğunu, hansı ki, həmin evin bilavasitə onun tərəfindən yenidən təmir-bərpa edilərək istifadəyə verildiyini, bundan başqa mərhum anasına məxsus digər JN-423B nömrəli həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirib uzun müddət orada yaşamış, anasının yas mərasimi ilə bağlı xərclər demək olar ki, onun tərəfindən çəkilməklə faktiki olaraq mirası qəbul etdiyini, bu faktı iş üzrə cavabdeh şəxslərin də təsdiq edə biləcəklərini, lakin müxtəlif səbəblərdən həmin əmlaka dair müvafiq rəsmiləşdirmə işlərini aparıb miras əmlakı adına sənədləşdirə bilmədiyini, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamənin alınması məqsədilə Şərur Rayon 1 Saylı Notariat Ofisinə müraciət etdiyini, həmin notariat ofisinin 28 avqust 2023-cü il tarixli 104 nömrəli məktubunda vərəsəliyin açılma müddətinin vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etdiyini, məhkəmənin iddia ərizəsində göstərilənləri nəzərə alıb, mərhum anasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi və bu mirasa dair ona çatacaq payın müəyyən edilməsinə dair qərar qəbul edəcəyini hesab etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ərizəsində nümayəndəsi və vəkili olduğu İddiaçı Şərur Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh7 oğluna qarşı "mirasın qəbul edilməsi və payın müəyən olunması tələbi barədə” iddia qaldıraraq, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum anası X38.Abbas qızından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlak pay hüququnu tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını qeyd edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum anası X38.Abbas qızından miras qalmış JN- 423B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsinin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş, lakin vəkil və nümayəndələrlə təmsil olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçınınn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında mərhum X36 ilə ailə quraraq mərhum X38.Abbas qızına məxsus JN-423 A nömrəli torpaq sahəsində tikilmiş evə gəlin köçdüyünü, mərhum əri və qayınanası Sidiqə ilə həmin evdə yaşadığını, qayınanası və əri rəhmətə getdikdən sonra da bu günədəkdə həmin evdə yaşadığını, qayınanası mərhum X38.Abbas qızına məxsus digər JN-423 B nömrəli torpaq sahəsində isə Həsənin özünə ev tikdiyini, ailəliklə əvvəlcə orada yaşadığını, sonradan Bakı şəhərinə köçüb getdiyini, qayınanası rəhmətə gedəndən sonrada həmin evə o sahiblik etdiyini, mirası qəbul etdiyini, həyətdə meyvə bağı saldığını, haliyədə isə ağaclar qurumasın deyə onun meyvə ağaclarına özünün qulluq etdiyini, JN-423 B nömrəli torpaq sahəsinin iddiaçı tərəfindən miras olaraq qəbul etməsinə heç bir etirazının olmadığını bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh7 oğluna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar məhkəmə baxışına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsinin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilən X12 ifadəsində İddiaçılə dədə-baba qonşusu olduqlarını, Mahmudkəndində olan hərkəsi tanıdığını,əvvəllər kəndin pensiyalarını payladığını, sonra həmin kənddə su nəzarətçisi işlədiyini, ona görə də hərkəsi yaxşı tanıdığını, Sidiqənin 2 torpağı olduğunu, birinin ata evləri olduğunu, o evdə Sidiqənin oğlu Əliyev Musa və onun arvadı Cavabdeh1 yaşadığını, digər torpaqda İddiaçı ev tikərək yaşadığını, anası rəhmətə getdikdən sonra da Həsənin həmin torpaq sahəsinə sahiblik etdiyini bildirmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndələrinin təşəbbüsü ilə məhkəmədə şahid qismində ifadə verən X15 ifadəsində İddiaçı bibisinin nəvəsi olduğunu, Sidiqənin rəhmətə getməyini dəqiq xatırlamasa da təqribən 2010-cu il olduğunu, Sidiqənin 2 torpağı olduğunu, birində Cavabdeh1 və əri Musanın yaşadığını, əri rəhmətə gedəndən sonrada Gültəkinin bu günədək orada yaşadığını, digər torpaqda olan evi İddiaçı özünə ev tikdiyini, Sidiqə rəhmətə getdikdən sonra Həsənin həmin torpağa sahiblik etdiyini, həmin həyətdə Həsənin bağı olduğunu, ona qulluq etdiyini, ildə bir neçə dəfə gəlib orada yaşadığını, evə baxdığını, sökülüb-dağılmağına imkan vermədiyini, haliyədə həmin torpaq sahəsinə Gültəkinin nəzarət etdiyini, ağacları suvararaq qurumağa qoymadığını bildirmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin izahatlarına, şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - JN-423A KOD 10204028 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Əliyeva Siddiqə K.Abbas qızına mülkiyyət hüququ əsasında Şərur rayon Mahmudkənd kəndində 0.13 hektar torpaq sahəsi verilmişdir; - JN-423B KOD 10204028 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Əliyeva Siddiqə K.Abbas qızına mülkiyyət hüququ əsasında Şərur rayon Mahmudkənd kəndində 0.10 hektar torpaq sahəsi verilmişdir; - Şərur rayon bir saylı Notariat Ofisinin notariusunun 104 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəkalətli nümayəndəsi X15 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş Əliyeva Siddiqə K.Abbas qızının ölümündən sonra miras qalan Şərur rayon Mahmudkənd kəndində yerləşən torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir; - Şərur Rayon İcra Hakimiyyəti Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 331 nömrəli arayışdan görünür ki, Əliyeva Siddiqə K.Abbas qızına məxsus İN-423 №li 0.10 ha torpaq sahəsinin üzərində İddiaçı 1980-ci ildə 75 m2 fərdi yaşayış ev inşa etmişdir. Mərhumun aşağıdakı tərkibdə vərəsələri olmuşdur:

1. X21-həyat yoldaşı-vəfat edib;

2. X31-qızı-vəfat edib;

3. İddiaçı-oğlu;

4. X25-qızı-vəfat edib;

5. X26-oğlu-vəfat edib;

6. X36-oğlu-vəfat edib;

7. X34-qızı-vəfat edib; - Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 331117 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əliyeva Siddiqə K.Abbas qızı xx.xx.2008-ci il tarixdə Şərur rayon Mahmudkəndində intoksasiya xərçəngi səbəbindən ölmüşdür. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X28 xx.xx.1972-ci il tarixdə Şərur rayon Mahmudkəndində qaraciyərin serrozu səbəbindən ölmüşdür; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X31 xx.xx.2011-ci il tarixdə Şərur rayon Mahmudkəndində süd vəzinin xərçəngi səbəbindən ölmüşdür; - Şərur Rayon İcra Hakimiyyəti Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 133 nömrəli arayışdan görünür ki, Əliyeva (Kərimova) Xanım Əli qızının aşağıdakı tərkibdə vərəsələri var:

1. Kərimova Leyla Məhərrəm qızı-qızı;

2. Kərimova Vasilə Məhərrəm qızı-qızı;

3. X5-oğlu;

4. X16-oğlu; - İmanova Vasilə Məhərrəm qızı Sumqayıt şəhər 4 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, nənəm X7 2007-ci ildə ölmüşdür. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X10 02 dekabr 2011-ci ildə vəfat etmişdir. Vəfatından sonra anama düşən hissədən mənə düşən miras payı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm; - Nəzərova Leyla Məhərrəm qızı Sumqayıt şəhər 4 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, nənəm X7 2007-ci ildə ölmüşdür. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X10 02 dekabr 2011-ci ildə vəfat etmişdir. Vəfatından sonra anama düşən hissədən mənə düşən miras payı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm; - X2 rayon 2 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, 02 dekabr 2011-ci ildə vəfat etmiş X17 ölümündən sonra qalmış miras əmlakdan mənə düşən vərəsəlik payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bunula bağlı heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm; - Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 377270 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda qarın boşluğunun tarvması səbəbindən ölmüşdür. - Şərur Rayon İcra Hakimiyyəti Maxta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 286 nömrəli arayışdan görünür ki, X13 aşağıdakı tərkibdə vərəsələri var:

1. Seyidova (Allahverdiyeva) Mahirə Mirəziz qızı;

2. Seyidova (Süleymanova) Tacirə Mirəziz qızı;

3. X9; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 943009 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.2022ci il tarixdə Şərur rayon Maxta kəndində şəkərli diabet səbəbindən ölmüşdür. - X9 Bakı şəhəri 30 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X13 ölümündən sonra qalmış miras əmlakdan mənə düşən vərəsəlik payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bunula bağlı heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm; - X3 və X1 rayon 2 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X13 ölümündən sonra qalmış miras əmlakdan mənə düşən vərəsəlik payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bunula bağlı heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 872474 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X36 xx.xx.2022ci il tarixdə Şərur rayon Mahmudkəndində kəskin miokard infakt səbəbindən ölmüşdür. - Şərur Rayon İcra Hakimiyyəti Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 132 nömrəli arayışdan görünür ki, X27 aşağıdakı tərkibdə vərəsələri var:

1. Cavabdeh1-arvadı; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X35 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində qida borusunun boyun hissəsinin bədxassəli yeni törəməsi səbəbindən ölmüşdür. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X26 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində xərçəng kaxeksiyası səbəbindən ölmüşdür. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, xx.xx.2008-ci il tarixdə ölmüş Əliyeva Siddiqə K.Abbas qızından miras qalmış JN-423B nömrəli torpaq sahəsini İddiaçı faktiki qəbul etməsi və onu idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirməsi iddiaçının vəkili və nümayəndəsinin cavabdehin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Digər cavabdehlər isə məhkəmə baxışı iclaslarında iştirak etməməklə miras əmlakın iddiaçı tərəfindən faktiki baxımdan qəbul etməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2008-ci il tarixdə ölmüş Əliyeva Siddiqə K.Abbas qızından miras qalmış JN-423B nömrəli torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə digər vərəsələrin mirasın qəbulu ilə bağlı sübutlar təqdim etməklə gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, xx.xx.2008-ci il tarixdə ölmüş mərhum Əliyeva Siddiqə K.Abbas qızından miras qalmış JN-423B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsinin miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixdə ölmüş mərhum Əliyeva Siddiqə K.Abbas qızından miras qalmış JN-423B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsinin miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar