Məhkəmə qərarları › İş №2(110)-33/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-33/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-33/2021 24.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 məhkəmə iclas katibliyi, iddiaçı X6 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindən istifadə hüquqlarının 5000 (beş min) manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X17 iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Cəlilkənd kəndində tikilmiş 94,06 kv.m ümumi sahəsi olan evin onun mülkiyyətində olduğunu, həmin mülkiyyətin mərhum atası X18 məxsus olduğunu, atasının 14.10.1999-cu ildə vəfat etdiyini, atası X11 0,1921 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdiyini, atasının vəfatından sonra 0,1921 ha torpaq sahəsi üzərində inşa edilən 94,06 kv.m ümumi sahəsi olan mülkiyyətin vərəsəliklə onun adına keçdiyini, hal-hazırda Şərur rayon Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsi üzərində tikilən 94,06 kv.m ümumi sahəsi olan evin Nax MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* №-li çıxarışa əsasən tam payın onun adına qeydiyyatdan keçirildiyini, torpaq sahəsinin və evin hüquqlarının rəsmi şəkildə təsdiq edilmiş torpaq sahəsinin planı və Daşınmaz Əmlakın Texniki Pasportu və fərdi yaşayış evi müəyyən edildiyini, qardaşının ona məxsus payından heç bir təzyiq olmadan notarial qaydada imtina etdiyini, vərəsəlik şəhadətnaməsi əsasında mərhum atasından qalan mülkiyyətin tam payla onun adına keçdiyini, hal-hazırda ona məxsus mülkiyyətdə qonşusu Ramazan adlı şəxsin ailə üzvləri ilə birlikdə cavabdehlər tərəfindən yaşayış üçün yerləşdirildiyini, dəfələrlə mülkiyyətinin boşaldılması ilə bağlı xəbərdarlıq etsə də nalayiq söyüş və hədə-qorxuya məruz qaldığını, cavabdehlərin qanunsuz hərəkətlərinin bu günədək davam etdirdikərini bildirərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindən istifadə hüquqlarının 5000 (beş min) manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X17 08.10.2020-ci il tarixdə məhkəməyə göndərdiyi iddia ərizəsinə əlavədə ona məxsus mülkiyyətdə İsmayılov Ramazanın ailəsi ilə birlikdə qaldığını, dəfələrlə evdən çıxmaları ilə bağlı xəbərdarlıq etsə də, “sən kimsən, evin sahibi qardaşındır” deyib evdən çıxmadığını, Şərur rayon Pİ-nə və ərazi üzrə sahə müvəkkilinə müraciət etsə də məhkəmə qərarı olmadan evdən çıxara bilmədiklərini bildirdiyini, Cavabdeh1 X2 evi satmaq adı ilə müxtəlif vaxtlarda pul aldığını, aralarında alqı-satqı ilə bağlı heç bir rəsmi sənəd olmadığını, cavabdehin özü və arvadı Əhmədova (Məmmədova) Sahibə Mamed qızının 2 ay qabaq ümumilikdə 1600 manat pul alması ilə bağlı sonradan xəbəri olduğunu, yəni mülkiyyət sahibinin o olmasına baxmayaraq cavabdehlər tərəfindən evini satıb pul aldıqlarını, cavabdehlərin bu hərəkətlərinin dələduzluğun bir forması olduğunu, evində qalan X3 onunla heç bir əlaqəsi olmayan hallara istinad edib evdən çıxmadığını bildirərək cavabdehlərlə bərabər evində qalan X3 evdən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X17 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində Şərur Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı 5000 (beş min) manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və evində yaşayan X8 evdən çıxarılma tələbi ilə iddia qaldırdığını, hal-hazırda iddia tələbini dəyişdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən ona məxsus yaşayış sahəsinə (əmlaka) istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-33/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X17 iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq, əlavə olaraq izahatında qardaşı Cavabdeh1 onun mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən fərdi yaşayış evini X1, məcbur qalıb X12 ilə razılaşdıqlarını, qardaşı Cavabdeh1 ondan aldığı pulu ödədiyini, artıq cavabdehlərə ödəmək istədiyi kompensasiyanı ödəməyəcəyini, ona görə də iddia tələbini dəyişdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən ona məxsus yaşayış sahəsinə (əmlaka) istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində işə cəlb edilmiş X12 izahatında mübahisə predmeti olan fərdi yaşayış evini iddiaçının qardaşı Cavabdeh1 1996-cı ildə aldığını, həmin evdə ailə üzvləri ilə iyirmi beş ildir ki, yaşadıqlarını, evin bütün əşyalarının Nofəlin boşaldaraq apardığını, heç bir əşyasının evdə qalmadığını, Nofəlin ondan aldığı 3000 (üç min) manat pulu geri qaytarmadığını, əgər ödədiyi 3000 (üç min) manat pul ona qaytarılacağı təqdirdə həmin evdən çıxacağını bildirərək, bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh X13 18.09.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək Cəlilkənd kəndində yaşadığı mülk olduğunu, o mülki X6 dələduzluq yolu ilə yoldaşı Cavabdeh1 və baldızı X4 bankdan pul götürmək məqsədilə aldadıb sənədə qol çəkdirərək evi öz adına keçirdiyini, Şərur rayonunda evi satmaq istədiyini, lakin onun evin satılmasını istəmədiyini, Məmmədova Nüşabənin dələduzluq adı ilə Kürdəxanıda cəza çəkmə evində məhkum olunduğunu, saxta vəkilliklə məşğul olduğunu, bir neçə vətəndaşı dələduzluq edərək aldadıb pullarını mənimsədiyini, özünün 3 övladı olduğunu, Sumqayıt şəhərində kirayədə yaşadığını bildirmişdir. Cavabdeh1 27.08.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, ərizəsində məhkəmənin icraatında iddiaçı X6 onlara qarşı “istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş olduğunu, iddiaçının iddia etdiyi evin onun atasının mülkiyyətində olduğunu, iddiaçı olan bacısı evi adına keçirərək banka girov qoymaqla 20000 manat pul götürərək ona verəcəyini, o da həmin pulla başqa yerdən ev alaraq ailəsi ilə həmin evə köçəcəyini, lakin iddiaçının həmin evi qanunsuz olaraq adına keçirdiyini, həmin sənədləşmə zamanı onu aldatdığını, artıq öz adına çıxarış aldıqdan sonra ona və ailə üzvlərinə qarşı hazırki iddianı qaldırdığını, nə onun, nə də ki, ailə üzvlərinin adına başqa yerdə hər hansı bir evin, mənzilin olmadığını, hazırda kirayə yaşadıqlarını, lakin onlara məxsus bütün əmlakların mübahisəli evdə olduğunu, həmin evlə də daimi əlaqələrinin olduğunu, həmin evdə yaşadıqlarını, bu gündə həmin evdə yaşamağa davam etdiklərini, iddiaçının onların adına başqa evin olmasını sübut edən hər hansı sənədi məhkəməyə təqdim etmədiyini, iddiaçının bir çox şəxsləri aldadaraq pullarını ələ keçirdiyini, hətta dələduzluğa görə 3 ay Kürdəxanı təcridxanasında saxlanıldığını, iddiaçı kənar şəxsləri aldatmaqdan nəticə çıxarmayaraq indidə doğmalarını aldadaraq növbəti dələduzluğu həyata keçirdiyini, məqsədi də evi sataraq pulunu borclu olduğu şəxslərə olan borcunu ödəmkdən ibarət olduğunu, onun iddia etdiyi ev onların daimi yaşayış yeri olduğunu, həmin mənzildən çıxmaq fikrində olmadıqlarını, ona görədə məhkəmədən hazırda müvəqqəti yaşadıqları ünvandan uzaq məsafədə yerləşməsini nəzərə alaraq, hazırki işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş iddiaçı X17 21.09.2020-ci il tarixdə məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazda iddiaçı Cavabdeh1 vərəsəliyin tanınması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, iddia tələbində özünün cavabdeh qismində olduğunu, iddia tələbi əsassız olduğu üçün təmin edilməməli olduğunu, iddiaçı Cavabdeh1 onun doğma qardaşı olduğunu, öz payından heç bir təzyiq və təsir olmadan notarial qaydada imtina etdiyini və Naxçıvan MR Şərur rayon Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsi üzərində tikilən 94,06 kv.m ümumi sahəsi olan mülkiyyəti vərəsəlik şəhadətnaməsi əsasında öz adına tam mülkiyyətlə çıxarış aldığını, belə ki, mərhum atası X11 14.10.1999-cu il tarixdə vəfat etdiyini, 1 il sonra mərhumə anası X5 vəfat etdiyini, valideynlərinin vəfatından 2 ay sonra qardaşı Cavabdeh1 və həyat yoldaşı Əhmədova (Məmmədova) Sahibə Mamed qızının, qonşusu X14 ata evinə köçürərək “ev mənimdir mən evi satdım, sənə məndən başqa heç kim heç nə deyə bilməz”-deyib Ramazandan müxtəlif vaxtlarda təyinatı olmayan pullar aldığını, evin satılmasını ondan və bacısından iddiaçı Nofəlin hər zaman gizlətdiyini, Ramazan tərəfindən evin yandırılmasını, evin bir tərəfinin sökülməsini eşidəndə Ramazanın iddiaçı Nofəldən verdiyi pulları tələb etdiyini, bu pulların ödənilməsində dəfələrlə özünün ödəniş etdiyini, 20 ildir iddiaçı Cavabdeh1 hazırkı mübahisə predmeti olan evdə yaşamadığını, çünki 20 ildir Nofəl və həyat yoldaşı Sahibənin ona məxsus cehiz əşyalarını, onun xəbəri olmadan satdığını, əldə etdiyi pulları götürərək Sumqayıt şəhərinə köçdüklərini, hal-hazırda bu günə kimi yaşadıqlarını, cavabdeh və həyat yoldaşına qarşı yaxın günlərdə pul tələbinə dair məhkəməyə müraciət edəcəyini, iddiaçı Cavabdeh1 onun tərəfdən güya onu aldadaraq vərəsəlik payından itmina etdiyini bildirdiyini, bunun tamamilə yalan olduğunu, belə ki, iddiaçının ata mülkiyyətini özləri üçün pul mənbəyi saxlayaraq pulsuz olan anlarında dərhal Ramazandan mütəmadi olaraq pul alıb xərclədiyini, sadəcə iddiaçının iddiasının onu ata mülkiyyətindən məhrum etmək olduğunu, vərəsəliyin övladlar arasında bərabər bölünməli olduğunu, ancaq iddiaçının ehtimalllarının onun mülkiyyətinin də iddiaçının övladlarına verilməsi olduğunu, bunun heç bir qanunda olmadığını, dırnaqarası iddiaçının və həyat yoldaşının çirkin niyəti, nalayiq söyüş, təhqirlərlə onun şərəfləyaqətini alçaltmaq, ölümlə hədə-qorxu gələrək açıq-aşkar təzyiqlərlə öz payından imtina etməsini tələb etdiklərini, iddiaçının ona olan ümumilikdə 20000 (iyirmi min) manat pulun müqabilində razılığa gələrək öz payından imtina etdiyini, o isə bunun qarşılığında onun payının ona verilməsinə etiraf etdiyini, belə ki, iddiaçının müxtəlif şəxslərdən hissə-hissə aldığı pulları onun ödədiyini, buna görə də ata mülkiyyətinə sənəd düzəldib hər hansı bir investisiya ilə məşğul olmağını, əks təqdirdə mülkiyyəti satıb onun payını verməyi bildirdiyini, iddiaçının ata evimi satıram deyib Ramazandan aldığı pulların heç bir təyinatı olmadığından əməlində cinayət tərkibi olduğunu, çünki iddiaçı ilə evdə qalan arasında nə kirayə müqaviləsi, nə də alqı-satqı qaydasında hər hansı sənəd olmadığını, onun adına olan mülkiyyəti 1 ay qabaq evi satıram deyib təkrar 1600 manat pul aldığını, bu günə kimi iddiaçı tərəfindən müxtəlif adlarda aldığı pulları ödəməyinin onu müflis vəziyyətə qoyması onu cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olduğunu bildirərək mübahisə predmeti olan mülkiyyətlə bağlı cavabdeh və ailəsinin mənzilə istifadə hüquqlarının xitam verilməsinə və evdən çıxarılma tələbinə dair işin Şərur rayon Məhkəməsinin icraatında olduğunu, təqdim edilən sənədləri sənərə alıb qanun çərçivəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak vəTorpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17.01.2020-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 adına Şərur rayon Cəlilkənd kəndində 0,1921 ha torpaq sahəsi və üzərində inşa edilən 94,06 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 tərəfindən Bakı şəhəri 3 saylı Notariat ofisinə verilmiş 03.01.2020-ci il tarixli **********001 nömrəli ərizədən görünür ki, Cavabdeh1 14.10.1999cü ildə vəfat etmiş atası X11 adına açılmış mülk işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan imtina etdiyini, gələcəkdə heç bir iddiası olmayacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş 16.01.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin sürətindən görünür ki, 14.10.1999-cu il tarixdə vəfat etmiş X11 vərəsəsi X9r və o, miras əmlakdan 1/1 hissə pay almalıdır. İş materiallarına əlavə olunmuş Şərur rayon Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 184 nömrəli, 09.09.2020-ci il tarixli arayışın məzmunundan görünür ki, Cəlilkənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 X6 adına olan fərdi yaşayış evində qeydiyyatda durular. İş materiallarına əlavə olunmuş Şərur rayon Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 100 nömrəli, 03.09.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, Cəlilkənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şərur rayon Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda olmalarına baxmayaraq onlar haliyədə ailəliklə ərazidə yaşamırlar. İş materiallarına əlavə olunmuş 21.10.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən daxil olmuş “iş üzrə icraatın dayandırılması barədə” vəsatətə əsasən Cavabdeh1 Nüşabə Məmmədovaya qarşı Bakı şəhər Nərimanov Rayon Məhkəməsində “vərəsəlik hüququnun tanınması, çıxarışın ləğvi” tələbinə dair iddia qaldırdığını, iddia tələbində məhkəmənin icraatında olan mülki iş üzrə Nüşabə Məmmədovanın adına olan çıxarışın ləğvi məsələsini qaldırdığını, hər 2 mülki iş arasında bağlılıq olduğunu, iddiaçının qanunsuz əldə etdiyi çıxarış əsasında miras qalan evi adına keçirdiyini, onları həmin evdən çıxararaq satıb pulunu mənimsəmək istədiyini bildirərək icraatın dayandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(110)- 498/2020 saylı qərardadı ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X10 və Bakı şəhəri 3 saylı Notariat ofisinə qarşı “miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi” tələbi barədə iş üzrə məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nərimanov Rayon Məhkəməsin 28.10.2020-ci il tarixli, 2(005)-3411/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh X10 və Bakı şəhəri 3 saylı Notariat ofisinə qarşı “miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi” tələbi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli 2(103)-2523/2021 saylı qətnaməsi ilə “miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi” tələbi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsin 28.10.2020-ci il tarixli, 2(005)-3411/2020 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(110)- 33/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(110)- 33/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(110)- 33/2021 saylı qərardadı ilə mülki iş üzrə Şərur rayon Cəlilkənd kəndində yerləşən evin hazırki bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 16.08.2021-ci il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəyindən görünür ki, obyektin 16.08.2021-ci il tarixinə bazar dəyəri 21300 manatdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(110)- 33/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunmuş olunmuş Şərur rayon 1 saylı Notariat ofisinin 07.09.2021-ci il tarixli məktubuna əsasən Şərur rayon Cəlilkənd kəndində yerləşən evlərin hazırkı kirayə haqqı təxminən 50 (əlli) manat məbləğindədir. İş materiallarına əlavə olunmuş X3 ərizəsinin məzmunundan görünür ki, mübahisə predmeti olan yaşayış evi üçün iddiaçının qardaşı Cavabdeh1 ödədiyi 3000 (üç min) manat pul ona qaytarılacağı təqdirdə həmin evdən çıxacaqdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı X6 mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 94,06 kv.m olan yaşayış evində pasport qeydiyyatında olmalarına baxmayaraq, 25 ildən artıq bir müddətdir ailəliklə həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərilərinə düşən vəzifələri yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli evdə qeydiyyatda qalmaları, iddiaçının həmin əmlak üzərində maneəsiz hər cür istifadə etmək hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı X6 mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 94,06 kv.m olan yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; -119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı X6 mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 94,06 kv.m olan yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar