Məhkəmə qərarları › İş №2(110)-333/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-333/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-333/2022 24.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin boşaldılması və yaşayış və istifadəyə olan manelərin aradan qaldırılması tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən həmin mənzildə yaşayış və istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 24.05.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək Cavabdeh1 tərəfindən mənzilin açarları ona təhvil verildiyindən iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə ərizənin qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, iddiaçı tərəfindən 15.04.2022-ci il tarixli 2073 nömrəli qəbzə əsasən X1 Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin boşaldılması və yaşayış və istifadəyə olan manelərin aradan qaldırılması tələbinə dair dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 15.04.2022-ci il tarixli 2073 nömrəli qəbzə əsasən X1 Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar