Məhkəmə qərarları › İş №2(110)-346/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-346/2024

24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-346/2024 24.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs X13 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın faktiki olaraq qəbul edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 Şərur rayon Danyeri kəndində 3916.57 kv.m torpaq sahəsi və üzərində 20.6 kv.m sahədən, 61.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum həyat yoldaşı X1 Şərur rayon Danyeri kəndində 3916.57 kv.m torpaq sahəsi və üzərində 20.6 kv.m köməkçi sahədən, 61.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin miras əmlak olaraq qaldığını, mərhum həyat yoldaşı X4 14 dekabr 2014-cü ildə dünyasını dəyişdiyini, onun

1. Ərizəçi – arvadı

2. X14 – oğlu

3. Əbilova (İsmayılova) Xatirə İsa qızı – qızı

4. Maraqlı şəxs4 – oğlu

5. Maraqlı şəxs5 – qızı

6. X16 – qızı

7. X17 (vəfat edib)

8. X15 – oğlu (vəfat edib) Mərhum həyat yoldaşının əvvəllər X5 ilə evli olduğunu, onların nikahının 02 aprel 1990-cı ildə pozulduğunu, vərəsələrdən Maraqlı şəxs4, Maraqlı şəxs5, X18, X6 həyat yoldaşının 1-ci nikahından olan övladları olduğunu, Gülgəz İsmayılovanın nikahları pozulmamışdan 4-5 il öncə İsa İsmayılovdan faktiki ayrılaraq uşaqları ilə birgə Gəncə şəhərinə köçdüyünü, heç bir zaman Şərur rayon Danyeri kəndinə gəlmədiyini, sonradan isə nikahlarının pozulmasını rəsmiləşdirdiklərini, hal-hazırda Gəncə şəhərində yaşadıqlarını, lakin dəqiq ünvanlarını bilmədiklərini, onun mərhum həyat yoldaşı X19 ilə 02 iyun 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu və nikahlarında X14, X15 və X24 adlı 3 övladının doğulduğunu, miras qoyan mərhum həyat yoldaşı X4 xx.xx.2014-cü ildə vəfat etdiyini, onun vəfat edəndən sonra qanunla müəyyən olunmuş müddət ərzində (mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddət) həmin miras əmlakda faktiki yaşamaqla və miras əmlakı idarə etməklə miras əmlakı onun qəbul etdiyini, mərhum həyat yoldaşının vəfatından sonra həmin miras əmlakda o və övladları – Maraqlı şəxs2 və X13 yaşadıqlarını, həyat yoldaşının vəfatından sonra bələdiyyə ödənişlərinin (torpaq, su, tullantı ödənişləri), həmçinin elektrik sərfiyatına görə və s. ödənişləri onun ödədiyini, bunu kəndlərində yaşayan qonşuları da təsdiq edə biləcəyini, mərhum həyat yoldaşının Gəncə şəhərində yaşayan birinci nikahından olan vərəsələrinin isə miras əmlakı qəbul etmədiklərini və miras əmlakı qəbul etməyə heç bir təşəbbüs göstərmədiklərini, mərhum həyat yoldaşı X1 miras qalan Şərur rayon Danyeri kəndində 3916.57 kv.m torpaq sahəsi və üzərində 20.6 kv.m köməkçi sahədən, 61.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Şərur Rayon 2 Saylı Notariat Ofsindən xahiş etsə də, notariat ofisinin müraciətindən imtina etdiyini, bu səbəbdən də məhkəməyə müraciət etdiyini, həmçinin məhkəməyə ərizə ilə müraciət etmək üçün zəruri sənədlərin toplanması zamanı Şərur Rayon Nikah Evinə müraciət edərək mərhum həyat yoldaşı X4 Gəncə şəhərində yaşayan vərəsələrinin doğum haqqında şəhadətnamələrindən çıxarış almaq istəsə də, mümkün olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs X24 izahatında atası xx.xx.2014-cü ildə rəhmətə getdikdən sonra həmin evdə anası, qardaşı və özünün yaşadığını, sonradan 2019-cu ildə ailə qurduğunu, 2023-cü ildən iki uşaqla orada yaşamağa davam etdiyini, 2014-2019-cu illərdə anası ilə orada əlavə mətbəx, hamam tikdiklərini, otağın birini söküb yenidən təmir etdirdiklərini, həyətyanı torpaqda meyvə ağacları əkdiklərini, tərəvəz əkib onu istifadə etdiklərini, mirası faktiki qəbul etdiklərini, miras əmlakdan ona düşən paydan anasının xeyrinə imtina etdiyini, miras əmlakın anası tərəfindən qəbul olunmasına etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs5 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəməyə ünvanladığı teleqramda, iddiaçı Ərizəçi iddiasına münasibət bildirərək, vərəsəliyin qəbul edilməsinə heç bir etirazı və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X11 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında iştirak etməmiş, lakin iddiaçı Ərizəçi iddiasına münasibət bildirərək, vərəsəliyin qəbul edilməsinə heç bir etirazı və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs4 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə Şərur Rayon məhkəməsinə daxil olan ərizəsində bildirmişdir ki, icraatınızda olan iddiaçı Ərizəçi iddiasına münasibət bildirirəm ki, vərəsəliyin qəbul edilməsinə etiraz edirəm. Mənim atam və anam ayrılanda atam məni vermədi özü saxladı. Orta məktəbi orada qutardım və əsgərliyə orada getdim və gəldim. Sonra anamgilnən Türkiyəyə getdik orada işlədik. O vaxt mən və analığım Təranə işləyirdi. Mən işlədiyim pulu atama verirdim. Orada olmağımın sübutu atestatım və vayenni biletimdir. Məndə İstanbulda travma aldım və indi ikinci qrup əliləm. Mənim imkanım yoxdur məhkəməyə gələm. Mən orada çox işləmişəm. Payım var. Evləri 4 yerə hesablanıb pulu bölünsün. X33 və mən İsmayıl Zaur. Mənə düşən pulu göndərsin sonra evi adına keçirdə bilər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1nə və X7, məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X20 ifadəsində Təranə və İsa ilə uzun müddət qonşu olduqlarını, ailəliklə yaxın münasibətlərinin olduğunu, İsa 2014-cü ildə rəhmətə getdikdən sonra həmin evdə Təranə, Xatirə və Hüseynin yaşadıqlarını, İsa rəhmətə getdikdən sonra orada bir hamam tikdiklərini xatırladığını, daimi olaraq orada yaşadıqlarını, bütün təsərrüfatı Təranənin idarə etdiyini, meyvə bağları olduğunu, həyətdə tərəvəz əkib-becərdiklərini, haliyədə orada özlərinin yaşadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X26 ifadəsində Təranə və İsa ilə qonşu olduğunu, isanın nə vaxt rəhmətə getdiyini xatırlamadığını, rəhmətə getdikdən sonra həmin evdə Təranə, qızı və oğlu ilə birlikdə yaşadıqlarını, orada usta və fəhlə işlədiyini gördüyünü, lakin nə tikdiklərini bilmədiyini, həyətdə bağları olduğunu, tərəvəz əkib-becərdiklərini, təsərrüfatı özlərinin idarə etdiklərini, İsanın əvvəlki evlilikdən olan oğlunu o evdə İsanın sağlığında bir-iki dəfə gördüyünü, qızları isə tanımadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X21 ifadəsində Təranə ilə qonşu olduqlarını, yoldaşı İsanın rəhmətə getdiyi vaxtı dəqiq xatırlamadığını, İsa rəhmətə getdikdən sonra həmin evdə Təranənin oğlu və qızı ilə birlikdə yaşadığını, İsa rəhmətə getdikdən sonra İsanın əvvəlki evililiyindən olan uşaqlarının ümumiyyətlə o evdə yaşamadıqlarını, İsa rəhmətə getdikdən sonra həmin torpaqda əlavə hamam və mətbəx tikdiyini, həyətyanı torpaq sahəsində ağaclar əkdiyini, tərəvəz əkib təsərrüfatı özünün idarə etdiyini, daimi orada yaşadıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2006-cı il tarixli, MH № ******* seriyalı, 1815 qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayon danyeri kəndində 3916.57 kv.m torpoaq sahəsində yerləşən, 1 mərtəbəli 2 otaqlı 61.6 kv.m yaşayış --- kv.m qeyri yaşayış, 20.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır; - Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 212 nömrəli arayışından görünür ki, mərhum X4 aşağıdakı tərkibdən ibarət varisləri vardır:

1. Ərizəçi – arvadı

2. Maraqlı şəxs2 – oğlu

3. X24 – qızı

4. Maraqlı şəxs4 – oğlu

5. Maraqlı şəxs5 – qızı

6. X16 – qızı

7. X17 – qızı (vəfat edib)

8. X15 – oğlu (vəfat edib) - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 48 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən X4 ölümündən sonra Şərur rayon Danyeri kəndində yerləşən qeydiyyat nömrəsi 1815 olan 61.6 kv.m fərdi yaşayış evi və 3916.57 ha torpaq sahəsinə dair miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - Şərur Rayon Xanlıqlar kənd sovetliyi tərəfindən verilmiş 02.6.1993-cü il tarixli 359835 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X12 arasında xx.xx.1993-cü il tarixdə 34 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “İsmayılova” soyadı verilmişdir; - İliç Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 437184 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 ilə cavabdeh X5 arasında bağlanmış nikah xx.xx.1990-cı il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra qadına “İsmayılova” soyadı verilmişdir; - Şərur rayon Şəhid Məmməd kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 466922 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1995-ci il tarixində Şərur rayon Şəhid Məmməd kəndində ürək damar çatışmamazlığı səbəbindən vəfat etmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 375465 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2000-ci il tarixində Şərur rayon Danyeri kəndində ürək dayanması səbəbindən vəfat etmişdir; - Şərur rayon Şəhid Məmməd kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 419748 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 atası X19, anası Ərizəçidır; - Şərur rayon Şəhid Məmməd kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 267627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası X19, anası Ərizəçidır; - Şərur rayon Danyeri kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 554319 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2014-cü il tarixində Şərur rayon Danyeri kəndində miokard infakt səbəbindən vəfat etmişdir; - Şərur rayon Danyeri kənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/12 nömrəli arayışdan görünür ki, X19 xx.xx.2014-cü il tarixində rəhmətə getdikdən sonra evə aid əmlak tullantı, su pulları, Ərizəçi tərəfindən ödənilir; - İliç rayon Xanlıqlar sovetliyi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli 407386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1984-cü il tarixində İliç rayon Yenikənd kəndində anadan olmuşdur; - A № 604436 nömrəli attestatın surətindən görünür ki, Maraqlı şəxs4 2002-ci ildə Şərur şəhər axşam əyani-qiyabi məktəbini bitirmişdir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin maraqlı şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin yoldaşı mərhum X19 xx.xx.2014-cü il tarixdə öldükdən sonra onun birinci dərəcə vərəsəsi kimi ərizəçi NəƏrizəçi şəksiz nümayiş etdirməklə yoldaşından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə mərhum X4 vərəsələri X2, Maraqlı şəxs5, X9 və X3 gələcəkdə mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014-cü il tarixdə ölmüş mərhum X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə ölmüş mərhum X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar