Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-366/2020 14.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ akim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Şərur rayonu, Yuxarı Daşarx kəndində olan 0.2158 ha torpaq sahəsi üzərində yerləşən, 111.15 kvm olan 4 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********53-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Naxçıvan MR, Şərur rayon Yuxarı Daşarx kəndində olan 0.2158 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 80.23 kvm yaşayış, 30.92 kvm köməkçi sahədən (ümumi sahəsi 111.15 kvm) ibarət valideynlərindən miras qalmış əmlakın bütövlükdə onun mülkiyyətinə verildiyini, həmin evdə doğulduğunu, indiyə qədər həmin evdə yaşadığını, Cavabdeh1, qardaşı X2 həyat yoldaşı olduğunu, onların 1989-cu ildə ailə qurduqlarını, atası tərəfindən Rahilənin həmin evə gəlin köçürüldüyünü, həmin dövrdə mübahisəli evin atasına məxsus olduğunu, onların birgə nikahından Cavabdeh2 və X1 doğulduğunu, qardaşının 1994-cü ildə rəhmətə getdiyini, ondan sonrada Rahilə iki uşağı ilə həmin evdə yaşamağa davam etdiyini, atasının da 1997-ci ildə rəhmətə getdiyini, atası rəhmətə getdikdən sonra da Rahilə iki uşağı ilə həmin evdə onlarla birlikdə yaşadığını, onların bütün qayğılarını çəkdiyini, Təbrizin toyunu etdiyini, Xəyyamın Bakı şəhərində yaşadığını, Təbrizin isə anası Rahilə ilə onun evində yaşadığını, atasının sağlığından bu günədək orada yaşadıqlarını, Təbrizin bir övladının da doğulduğunu, ailəlikcə onun evində yaşadıqlarını, anası, bacısı, bacısının oğlu, qızı, Rahilə, Təbriz və o birlikdə həmin evdə mehriban yaşadıqlarını, anasının 2019-cu ilin oktyabr ayında vəfat etdiyini, anası vəfat etməmişdən əvvəl Rahilənin ondan icazəsiz Türkiyə Respublikasına oğlunun yanına getdiyini, anasının yas mərasiminə belə gəlmədiyini, buna görə ondan incidiyini, münasibətlərinin pozulduğunu, Türkiyədən qayıtdıqdan sonra cavabdehlərin zorla ona məxsus evdə yaşamağa başladıqlarını, cavabdehlərlə yola gedə bilmədiyi üçün həmin evdən çıxdığını, hal-hazırda Naxçıvan şəhərində kirayədə yaşadığını, öz mülkiyyətində olan evdə yaşamaq istədiyini qeyd edərək, məhkəmədən Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Şərur rayonu, Yuxarı Daşarx kəndində olan 0.2158 ha torpaq sahəsi üzərində yerləşən, 111.15 kvm olan 4 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı onun (baldızı) mərhum həyat yoldaşı X2 bacısı olduğunu, 1989-cu ildə İsfəndiyar Əkbərovla ailə quraraq qayınatasının evinə köçdüklərini, birgə nikahlarından iki uşaqlarının doğulduğunu, həyat yoldaşının 1994-cü ildə vəfat etdiyini, yoldaşı rəhmətə getdikdən sonra qaynatasının evində iki uşağı ilə yaşamağa davam etdiklərini, 1997-ci ildə qayınatası rəhmətə getdikdən sonra isə iddiaçı ilə həmin evdə yaşamağa davam etdiklərini, son vaxtlar digər baldızı ilə yola gedə bilmədikləri üçün iddiaçı ilə münasibətlərinin pozulduğunu, baldızının öz evi, ailəsi olduğunu, lakin həmin evə gələrək söz-söhbət yaratdığını, iddiaçının haliyədə bacısına görə evdən çıxıb getdiyini, onu heç kimin o evdən çıxarmadığını, istədiyi vaxtı evinə qayıda biləcəyinə heç bir maneənin olmadığını, amma o onların evdən çıxmalarını istədiyini, lakin onların həmin evdə yaşayıb istifadə etməyə haqqlarının olduğunu, yaşamağa başqa yerlərinin olmadığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 da anası- Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09/06 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09/06 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09/06 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak vəTorpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli Seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adına Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 1989-cu ildə qayınatasına tərəfindən özünə məxsus Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən hazırkı mübahisəli evə qeyd-şərtsiz gəlin köçürülməklə orada yaşamış və həmin evdə yaşayış sahəsindən İddiaçı valideynləri ilə bərabər fərdi yaşayış evində birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Onların birgə nikahlarından doğulmuş uşaqları da Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən mübahisəli fərdi yaşayış evində yaşadıqları dövrdə doğulmuşlar. Həyat yoldaşı 1994-cü ildə rəhmətə getdikdən sonra da, qayınatası, qayınanası, baldızı-İddiaçı və uşaqları ilə həmin ünvanda bərabər yaşamış, 1997-ci ildə qayınatası rəhmətə getdikdən sonra da bu günkü günədək də bütün ailə üzvləri mübahisəli yaşayış evində yaşamağa davam etməklə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarına malik olmuşlar. Eyni zamanda yuxarıda qeyd edilənləri keçirilən məhkəmə baxışı iclasında iddiaçı da izahatında etiraf etmişdir. Beləliklə də yuxarıda göstərilənlərlə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətimdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə iddia tələbinin rədd edilməsini aşağıda göstərilən hüquq normalarına istinadən əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə mübahisənin həlli ilə bağlı hansı maddi hüquq normasının tədbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1dək yarandığından mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tədbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR-in Mənzil Məcəlləsinin: 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətənyaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-cimaddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayışyeri və olduğu yer uzrə qeydiyyata alınmalıdır; 2-ci maddəsinə əsasən, şəxsinyaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mulkiyyətçi kimi icarə və kirayə müqaviləsiuzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi vəya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıqimkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil muəssisələri və digər bu kimi yaşayışyerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiştələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətimdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi barədə” iddiası rədd edilsin Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-366/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-366/2020
14.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver