Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-384/2021 07.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkli Vəkil, cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur Rayon Kərimbəyli kəndində X4 məxsus olmuş evin təmir və bərpa işlərinə çəkilmiş 16000 manat xərcin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə 07.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflər barışıq sazişini məhkəməyə təqdim etmişlər. Barışıq sazişinin şərtlərinə görə iş üzrə Cavabdeh Şərur rayon Kərimbəyli kəndində yerləşən **********43 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.325 hektar torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi (A tikilisi) və tövlədən ibarət qeyri yaşayış sahəsinin (B tikilisi) yerləşdiyi torpaq sahəsini yaşayış sahəsinin ətrafından bir metr məsafədə olmaqla tövlənin (B tikilisinin) giriş tərəfindən sağ tərəfdə yerləşən birinci qapının kənarından ölçülməklə iş üzrə iddiaçı İddiaçı bağışlamağı öhdəsinə götürdüyünü, İddiaçı Cavabdeh qeyd olunnan təklifini qəbul etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bildikərini göstərmişlər və imzaları ilə təsdiq etmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin imzaladığı barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərə izah edir ki, Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predment haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 122.3-cü maddəsinə tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə tərəfindən məhkəmə xərcləri müzakirə olunmuş, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdeh X3 ilə aralarında bağlanmış 07.07.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin şərtlərinə görə iş üzrə Cavabdeh Şərur rayon Kərimbəyli kəndində yerləşən **********43 reyestr nömrəsi ilə mülkiyyətimdə olan 0.325 hektar torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi (A tikilisi) və tövlədən ibarət qeyri yaşayış sahəsinin (B tikilisi) yerləşdiyi torpaq sahəsini yaşayış sahəsinin ətrafından bir metr məsafədə olmaqla tövlənin (B tikilisinin) giriş tərəfindən sağ tərəfdə yerləşən birinci qapının kənarından ölçülməklə iş üzrə İddiaçı bağışlamağı öhdəsinə götürməsi nəzərə alınsın. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-384/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-384/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver