Məhkəmə qərarları › İş №2(110)-39/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-39/2022

07.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-39/2022 07.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı ASCnin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qeyd edilən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsində 18 may 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evini alaraq tam mülkiyyətinə əldə etdiyini, (Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 07.09.2018-ci il tarixli MH seriyalı ******* saylı Çıxarış) hal-hazırda cavabdehlərin İddiaçı ASC-nə məxsus fərdi yaşayış evində yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini, və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozduğunu, bu səbəbdən də cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları itirilmiş hesab edilməli, qeydiyyatından çıxarılmalı və fərdi yaşayış evi tamamilə boşaldılmalı olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC–yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qeyd edilən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmişlər və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 01 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şərur rayon Siyaqut kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 75/7 nömrəli, 22.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC-nə məxsus Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər aşağıdakılardır:

1. Cavabdeh1 15.07.1960

2. Cavabdeh2 xx.xx.1963

3. Cavabdeh3 14.02.1988

4. Cavabdeh4 xx.xx.1994

5. Cavabdeh5 xx.xx.1994

6. Cavabdeh6 09.07.2018 İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 saylı mülki iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsindən görünürki, cavabdeh X2 İddiaçı ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutma ipoteka yüklü edilmiş 03.03.2011-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 18 may 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 18551 (on səkkiz min beş yüz əlli bir) manata İddiaçı ASC-nin Şərur filialı tərəfindən alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 07.09.2018-ci il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin Şərur filialının adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Şərur Rayon Məhkəməsinə 02.11.2021-ci il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsindən görünür ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 saylı qətnaməsinin ləğv edilməsi X2 İddiaçı la iş birliyinin, kreditin verilməsi üzrə tələb olunan sənədlərin yoxlanılması, Maliyyə Bazarlarına Nəzarət Palatasının təstiq etdiyi qaydaların araşdırılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-760/2021 saylı 03.11.2021-ci il tarixli qərardadı ilə cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsinin qəbul edilməməsi və ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinə 29.11.2021-ci il tarixdə daxil olmuş şikayətdən görünür ki, iddiaçının ilkin iddiasının rədd edilməsi, 03 noyabr 2021-ci il tarixli 2(110)-760/2021 saylı qərardadın ləğv edilməsi cavabdehin bu iş üzrə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-760/2021 saylı 01.12.2021-ci il tarixli qərardadından görünürki, şikayətin əsaslı hesab edilməməsi və Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(108)-214/2021 saylı qərardadına əsasən verilmiş şikayət mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(108)- 214/2021 saylı qərardadına əsasən şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 01.04.2011-ci il tarixli ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 məxsus Şərur rayon, Siyaqut kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı mənzili, 0.1083 ha torpaq sahəsində yerləşən, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka qoyulmasına razılıq vermiş və tutmanın ipoteka predmetinə yönəldildiyi zaman həmin yaşayış sahəsindən çıxacaqlarına dair öhdəlik götürmüşlər. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüş, bu kreditin təminatı kimi Cavabdeh1 məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və başqa şəxslərə məxsus digər daşınmaz əmlakları ipoteka ilə yüklü etmişdir. Cavabdeh bank qarşısında olan öhdəliyini lazımınca icra etmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası əsasında Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 13.02.2014-cü il tarixli 2-2(087)-03/2014 saylı qətnaməsi ilə tələb ipoteka predmetinə yönəlmişdir. 18.05.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Şərur rayon Siyaqut kəndində Cavabdeh1 mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin Şərur filialına satılmış və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 07.09.2018-ci il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən “Kapital Bank" ASC-nin Şərur filialının adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatda olmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; - 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; - 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; - 42.8-ci maddəsinə əsasən Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; - 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir; - 59.3-cü maddəsi ilə müəyyən edilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev "xxxx" ASC-nin mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının saxlanılması iddiaçının mülkiyyətçi kimi istifadə, sahiblik və sərəncam vermə hüquqlarını məhdudlaşdırır, onun həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olur. Eyni zamanda bu hal mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də, mülkiyyətçi Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən cavabdehlərin mübahisə predmeti olan mənzildən istifadə hüquqlarına xitam verilməsini və cavabdehlər tərəfindən mənzilin boşaldılaraq təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 07.09.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və onun yetkinlik yaşına çatmayan oğlu Cavabdeh6 məcburi qaydada çıxarılmalı, yaşayış evi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməli və cavabdehlərin qeyd edilən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır; - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 30 (otuz) manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 07.09.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və onun yetkinlik yaşına çatmayan oğlu Cavabdeh6 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evi tamamilə boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil versin. Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 yetkinlik yaşına çatmayan oğlu Cavabdeh6 istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar