Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-398/2020 08.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətimdə olan fərdi yaşayış evdindən məcburi qaydada çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Şərur rayon Kərimbəyli kəndində 0,325 ha torpaq sahəsidən və üzərində yerləşən sahəsi 64.35 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********43-10301, MH seriyalı, ******* nömrəli çıxışına əsasən Şərur rayon Kərimbəyli kəndində olan 0,325 ha torpaq sahəsinin 2020-ci ilin fevral ayından onun mülkiyyətinə verildiyini, mülkiyyətində olan həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş iki otaqlı, bir zaldan ibarət fərdi yaşayış evini əmisinin 2016-cı il tarixdə Cavabdeha müvəqqəti yaşaması üçün verdiyini, lakin Cavabdeh son zamanlar fərdi yaşayış evini boşaltmasını tələb etsə də onun buna məhəl qoymadığını, yaşadığı müddət ərzində onun icazəsi omadan evdə aparılmış tikinti işlərinin nəticəsində evinə və həyətyanı torpaq sahəsində özbaşına onun meyvə tinglərini kəsməsi nəticəsində onun mülkiyyətinə əsaslı şəkildə zərər dəydiyini, artıq beş ildir ki, cavabdehin ona məxsus evdə yaşadığını, bu illər ərzində evdə aparılmış təmirin əhəmiyyətli dərəcədə korlandığını, təmir işlərinin aparılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə salınması üçün 8000 (səkkiz min) manat vəsaitə ehtiyac olduğunu, lakin ondan təmirin aparılmasını və ya lazım olan məbləğin ödənilməsini tələb etsə də onunla razılaşmadığını, belə olan halda qərara gəlmişdir ki, cavabdehin mülkiyyətindən çıxarılmalı və təmir işlərinin aparılması üçün 8000 (səkkiz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməli olduğunu qeyd edərək, Cavabdeh onun mülkiyyətində olan Şərur rayon Kərimbəyli kəndində 0,325 ha torpaq sahəsidən və üzərində yerləşən sahəsi 64.35 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi süsusatları təkrarlayaraq əlavə olaraq izahatında həmin evin əvvəlcə X9 məxsus olduğunu, X1 və X14 adlı iki qızının olduğunu, Əruzun eşitmə və nitq qüsurlu İ qrup əlil olduğunu, ailə qurmadığını, Nazənini isə X10 və X15 adlı iki oğlunun doğulduğunu, X2 onun atası olduğunu, 2001-ci ildə vəfat etdiyini, əmisi X5 Bakı şəhərində yaşadığını, ona çatan vərəsəlik payından onun xeyrinə notarial qaydada imtina etdiyini, bunu müqabilində 2016-cı ildə mübahisəli evə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdiyini, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********43-10301, MH seriyalı, ******* nömrəli çıxışına əsasən Şərur rayon Kərimbəyli kəndində olan 0,325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 64.35 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etdiyini, Cavabdeh isə əmisinin razılığı ilə 5 ilə yaxındır həmin evdə müvəqqəti yaşadığını qeyd edərək, məhkəmədən Cavabdeh onun mülkiyyətində olan Şərur rayon Kərimbəyli kəndində 0,325 ha torpaq sahəsidən və üzərində yerləşən sahəsi 64.35 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və təmir işlərinin aparılması üçün 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında mübahisəli evin X6 məxsus olduğunu, Əruzun atasının bibisi qızı olduğunu, həmin həyətdə köhnə tikilidə atasının bibisi Tila və onun qızı Əruzun yaşadığını, atasının həmin köhnə evi tamamilə sökərək yerində indiki evi tikdiyini, həmin evdə atasının bibisi Tila və onun qızı Əruzun yaşamağa davam etdiklərini, Tilanın 1985-ci ildə, Əruzun isə 2007-ci ildə vəfat etdiyini, Tila rəhmətə getdikdən sonra 1985-ci ildən 1991-ci ilədək Əruzun yanında yaşadığını, 1991-ci ildə hərbi xidmətə getdiyini, 2010-cu ildə yenidən kəndə qayıdaraq atası evində yaşamağa başladığını, 2011-ci ildə evlənərək həmin indi yaşadığı evə köçərək orada yaşamağa başladığını, İsfəndiyarla 2019-cu ildən mübahisələrinin başladığını, İsfəndiyarın o evlə, o ailə ilə heç maraqlanmadığını, Əruz rəhmətə gedəndə belə onun yas mərasimində iştirak belə etmədiyini qohumların hamısının bildiyini, Əruzun yas mərasiminin bütün xərclərini qardaşı X3 çəkdiyini, haliyədə həmin evdə tək yaşadığını, həmin evin həyətində əlavə ağaclar əkdiyini, abadlıq işlərini apardığını, evi təmir etdirdiyini, sökülən hissələrini bərpa etdiyini, həmin evdə haliyədə qeydiyyatsız yaşadığını qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X11 ifadəsində Xaqanini onun xalası oğlu olduğunu, evin Tila və Əruza məxsus olduğunu, Tilanın qardaşı oğlu Xaqanin atası Süleyman kişi orada olan köhnə evi sökərək yerində yenisini tikdiyini, Tila rəhmətə gedəndə onun dəfn xərclərini onun xalası uşaqları İlhamə və Etibarın çəkdiyini, həmin evin həyətində Əruzun vaxtında iki ağac olduğunu, onlarında quruduğunu, Xaqaninin həmin həyətə yeni meyvə ağacları əkdiyini, evi təmir edərək orada yaşadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X23 ifadəsində həmin evdə Tila ilə Əruzun yaşadığını, onlara məxsus köhnə evi Xaqaninin atası Süleyman əmi sökərək yenisini tikdiyini, Xaqaninin 9 il orada yaşadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X24 ifadəsində 70-dən yuxarı yaşı olduğunu, həmin evdə Tila ilə Əruzun yaşadığını, onlara məxsus köhnə evi Xaqaninin atası Süleyman kişi sökərək yenisini tikdiyini, Xaqanini Tila ilə Əruzun saxladığını, Tilanın dəfn xərclərini də Süleyman kişinin çəkdiyini, Tila rəhmətə gedəndən sonra həmin evdə Əruzun tək yaşadığını, Əruz rəhmətə gedəndə isə onun dəfn xərclərini Etibar, İlhamə və Xəqanin çəkdiyini bildiyi söylədi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X12 ifadəsində Şərur rayon Kərimbəyli kəndində doğulduğunu və orada da yaşadığını, Xaqaninin indi yaşadığı evdə Tila və qızı Əruzun yaşadığını, Xaqaninin atası Süleyman kişinin onlara məxsus köhnə evi sökərək yerində yenisini tikdiyini, Onların dəfn xərclərini Xaqanini qadaşının çəkdiyini bildiyini, Xaqaninin həmin evdə hərbi xidmətə gedənə qədər həmin evdə yaşadığını, indidə orada yaşamağa davam etdiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X16 ifadəsində 1984-cü ildən Xaqanin indiki yaşadığı evin qonşuluğunda yaşadığını, həmin evdə Tila və qızı Əruzun yaşadığını, Xaqaninin atası Süleyman dayının onlara məxsus köhnə evi sökərək yerində yenisini tikdiyini gözləri ilə gördüyünü, Xaqaninin Tila rəhmətə gedəndən sonra gələrək həmin evdə yaşamağa başladığını, haliyədədə orada yaşamağa davam etdiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində iştirak edən X17 o evi Xaqaninin atasının tikdiyini, indi də Xaqaninin yaşadığını, evi təmir etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatına və mülki iş materialında toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 424 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Şərur şəhəri, 28 May küçəsi, mənzil 05-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Şərur rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 46 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda durmur, haliyədə ərazidə yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Kərimbəyli kəndində 0.325 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 64.35 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Beləliklə, baxılan mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Kərimbəyli kəndində 0.325 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 64.35 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı qeyd edir ki, Konstitusion hüquq kimi mülkiyyət hüququ həm mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını əks etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu baxımdan iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sahiblik və istifadə və sərəncam hüquqlarını həyata keçirmək məqsədilə iddia qaldırmışdir. Məhkəmə yuxarıda qeyd etdiklərinin əsasında bu qənaətə gəlir ki, Cavabdeh İddiaçı Şərur rayonu Kərimbəyli kəndində mülkiyyətində olan 0.325 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 64.35 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda məhkəmə baxışı zamanı iddiaçı Cavabdeh evdə aparılmış təmir işlərinin əhəmiyyətli dərəcədə korlandığını, təmir işlərinin aparılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə salınması üçün 8000 (səkkiz min) manat vəsaitə ehtiyac olduğunu bildirsədə bununla bağlı məhkəməyə heç birmötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsаnhüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylıProtokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə mülkiyyət hüququnun müdafiə edilməsini nəzərdə tutan maddi hüquq normalarına əsaslanmaqla bu qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək Cavabdeh İddiaçı Şərur rayonu Kərimbəyli kəndində mülkiyyətində olan 0.325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 64.35 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsədə, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Şərur rayonu Kərimbəyli kəndində mülkiyyətində olan 0.325 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 64.35 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-398/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-398/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver