Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-4/2025 07.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “10000 (on min) manat məbləğində kompensasiyanın alınıb ona verilməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pulun paylarına müvafiq olaraq ona ödənilməsi” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şərur rayon Aqrar İslahat Komissiyasının 09 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-761A saylı şəhadətnaməyə əsasən mərhum X3 və qardaşı Cavabdeh birgə mülkiyyətlərinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsindən mərhum X6 münasibətdə ona düşən payın müəyyən olunması və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Çomaxtur kənd sakini mərhum X8ilə 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq.Bildirirəm ki, ailə qurduqdan sonra Sadıq Rzayevin sağlığında və onun vəfatındansonra da mən Aqrar İslahat Komissiyasının 09 mart 1998-ci il tarixli 03 saylı qərarı iləmərhum Sadıq Rzayevlə qardaşı Cavabdeh birgə mülkiyyətlərinə verilmiş 0.14 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evində yaşamışam.Sadiq Rzayev vəfat etdikdən sonra mən harada yerləşməsindən və nədən ibarətolmasından asılı olmayaraq qalmış əmlakın miras əmlak kimi tərəfimdən faktiki qəbulunun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Şərur rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-689/2022 saylı qətnaməsi ilə iddia tələbim təmin olunmuş və 28.0432019-ci il tarixdə ölmüş X1 mirasqalmış əmlakın tərəfimdən faktiki qəbul olunması müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinə ərizə ilə müraciət edərək mənə Sadıq Rzayevin mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə texniki pasportun və Mülkiyyət hüququna dair Çıxarış verilməsini xahiş etdim. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlər Xidmətinin Şərur rayon idarəsindən verilmiş xx.xx.2023cü il tarixli 04/11 saylı cavab məktubunda mərhum həyat yoldaşım X8 ilə qardaşı Cavabdehn birgə mülkiyyət olaraq verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində ailə zəminində mübahisə yarandığından texniki pasportun hazırlanması imkanları xaricində olduğu bildirilmişdir. Bildirirəm ki, X2 qalmış miras əmlak tərəfimdən faktiki qəbul olunmasına baxmayaraq Cavabdeh mərhum həyat yoldaşım X1 miras qalmış əmlakdan istifadə etməyimə maniələr yaradır və mən bu səbəbdən də Sadıq Rzayevdən miras qalmış əmlakdan istədiyim kimi istifadə edə bilmirəm. Ona görə də mərhum X8 ilə qardaşı Cavabdeh birgə mülkiyyətlərinə verilmiş 0.14 ha torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evlərindən mərhum Sadıq İsmayılovun payının müəyyən olunmasını və naturada bölünməsini istədiyini bildirmişdir. 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, torpaq islahatı zamanı ona verilmiş torpaq sahəsinə dair şəhadətnamədə səhvən qardaşı Sadiqin adının da qeyd edildiyini, qardaşı Sadiqin Yaqutla ailə qurduğunu, Yaqutun həmin torpaq sahəsi üzərində yerləşən onların ata evinə gəlin köçdüyünü, həmin evin 1 otağının Sadiqlə Yaqutun istifadəsində olduğunu, 1 otaq, 1 dəhliz və bağlı eyvanın isə onun və bacısının istifadəsində olduğunu, sonradan Sadiqlə Yaqut əlavə 1 otaq, 1 mətbəx və açıq eyvan tikərək orada yaşadıqlarını, 2019-cu ildə Sadiq vəfat etdikdən sonra Yaqutun həmin evdə 2 gün yaşadığını, 40 gün qardaşının evinə gedib-gəldiyini, sonradan Yaqutla aralarında narazılıqların yarandığını, Yaqutun həmin evə gəlmədiyini qeyd edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək iştirak edən şahid X12 ifadəsində Cavabdeh və X9 ilə qonşu olduqlarını, Sadiq vəfat etdikdən sonra arvadı Yaqutun 2 gün yas mərasimində iştirak etdiyini və həmin evdə yaşadığını, daha sonra 40 gün gündüzlər qardaşının evinə gedib gəldiyini, gecələr həmin evdə yaşamadığını bildirmişdir. 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək iştirak edən şahid X10 ifadəsində Cavabdeh ilə qonşu olduqlarını, Musanın qardaşı Sadiq vəfat etdikdən sonra onun arvadı Yaqutun 2 gün yas mərasimində iştirak etdiyini, Sadiqin qırxı çıxanadək 40 gün oraya gəlib axşama qədər orada olduğunu, axşamlar isə qardaşının evinə getdiyini bildirmişdir. 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək iştirak edən şahid X7 ifadəsində Cavabdeh və X3 onun qardaşları olduğunu, qardaşı Sadiq vəfat etdikdən sonra Yaqutun həmin evdə 1-2 gün yaşadığını, sonra çıxıb qardaşının evinə getdiyini, Yaqutun Sadiqin avtomobilini satdığını, özü üçün xərclədiyini, Sadiqin borclarını vermədiyini, həmin evdə həmçinin də özünün yaşadığını, oranın onun atası evi olduğunu, həmin evdən Yaquta heç nə verməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, məhkəmədə Cavabdeh qarşı payların müəyyən olunması və naturada bölünməsi tələbi barədə iddia qaldırmışam. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Şərur rayon Çomaxtur kəndində yerləşən Cavabdeh və X4 birgə mülkiyyətində olan 0.14 ha torpaq sahəsinin naturada texniki cəhətdən ayrılmasının mümkün olmaması müəyyən edilmişdir. Buna görə də, hazırda iddia tələbinin dəyişdirilməsi zərurəti yarandığından, iddia tələbimi dəyişdirərək, Şərur rayon Çomaxtur kəndində yerləşən Cavabdeh və X4 birgə mülkiyyətində olan JN-761A saylı şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsi və üzərində olan tikililərdən mərhum X6 münasibətdə mənə çatan paya görə Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiyanın alınıb mənə verilməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pulun paylarımıza müvafiq olaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında İddiaçı əlavə olaraq iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh əlavə olaraq izahatında iddianın ümumiyyətlə qəbul etmədiyini, ekspertin ancaq onun evini qiymətləndirdiyini, həmin əmlakdan iddiaçıya heç nə çatmadığını, iddiaçıya verəcək pulunun olmadığını, iddiaçının yaşamaq istəyirsə ancaq gəlib orada yaşaya biləcəyini qeyd edərək məhkəməədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materialında olan: - Torpağa mülkiyyət hüquqna dair JN – 761A, KOD 10200018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Çomaxtur kəndində X6 və Cavabdeh ümumi birgə mülkiyyət hüququ əsasında 0.14 hektar fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir; - Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 fevral 2004-cü il tarixli İİ-AZ № 034976 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X11 arasında 21 fevral 2004-cü il tarixdə 03 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Rzayeva” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 748415 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixində Şərur rayon Çomaxtur kəndində şəkərli diabet səbəbindən vəfat etmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-689/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddia təmin edilməklə xx.xx.2019-cu il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, mərhum həyat yoldaşınız X8 və qardaşı Cavabdeh birgə mülkiyyət olaraq verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində ailə zəmnində mübahisə yarandığı üçün texniki pasportun hazırlanması imkanımız xaricindədir; - Çomaxtur kənd İƏD tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 955 nömrəli arayışdan görünür ki, X8 vəfat edən günə kimi Çomaxtur kəndində qeydiyyatda durub və yaşamışdır. Mərhumun vərəsələri aşağıda göstərilən tərkibdən ibarətdir;
1. Yoldaşı İddiaçı - Şərur rayon Məhkəməsinin 2(110)-914/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “payların müəyyən olunması və naturada bölünməsi” tələbi barədə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 347 nömrəli rəyində qeyd olunmuşdur ki, Şərur rayon Çomaxtur kəndində X4 və Cavabdeh birgə mülkiyyətlərinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin naturada texniki cəhətdən mümkün olmadığı müəyyən edilir; - Şərur Rayon Məhkəməsinin 2(110)-38/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-38/2024 saylı 22 may 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “payların müəyyən olunması və naturada bölünməsi” tələbi barədə mülki işə iddia tələbi dəyişdirilərək mülki işə “10000 (on min) manat məbləğində kompensasiyanın alınıb ona verilməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pulun paylarına müvafiq olaraq ona ödənilməsi” iddia tələbi çərçivəsində baxılması qərara alınmışdır; - Şərur Rayon Məhkəməsinin 2(110)-38/2024 saylı 22 may 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “10000 (on min) manat məbləğində kompensasiyanın alınıb ona verilməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pulun paylarına müvafiq olaraq ona ödənilməsi” tələbi barədə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-38/2024 saylı 22 may 2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli 28 nömrəli rəyində qeyd olunmuşdur ki, Rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini və mülki iş materialında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İdarə Heyətinin sədri Nəcafalı Nəcəfalıyevin şəxsi imzası ilə təsdiq edilmiş 28 dekabr 2024-cü il tarixli mütəxəssis məktubunda qeyd olunanlara əsasən Şərur rayonu, Çomaxtur kəndində yerləşən, X9 və Cavabdeh birgə mülkiyyətində olan 0.1355 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 167.2 m² olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti və likvid qiyməti 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində olduğu müəyyən edilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-4/2025 saylı 10 fevral 2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir Məhkəmə tərəflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materialında olan Torpağın mülkiyyətə verilməsinə dair JN -761A, KOD 10200018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Çomaxtur kəndində 0.14 ha həyətyanı torpaq sahəsi X4 və Cavabdeh birgə mülkiyyətlərinə verilmişdir. İş materialında olan Şərur Rayon Məhkəməsinin 2(110)-689/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddia təmin edilməklə xx.xx.2019-cu il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilmişdir.İddiaçı məhkəməyə müraciət edərək mərhum X3 və qardaşı Cavabdeh birgə mülkiyyətlərinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsindən mərhum X6 münasibətdə ona düşən payın müəyyən olunması və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221- ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 4 aprel tarixli qərarında qeyd etmişdir ki,
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Lakin iş materialında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 347 nömrəli rəyindən görünür ki, Şərur rayon Çomaxtur kəndində X4 və Cavabdeh birgə mülkiyyətlərinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin naturada texniki cəhətdən mümkün deyil. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək “10000 (on min) manat məbləğində kompensasiyanın alınıb ona verilməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pulun paylarına müvafiq olaraq ona ödənilməsi” tələbi çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kompensasiya ödənilməsilə bağlı tərəflərin fikrini soruşmuş, iddiaçı orada yaşamaq istəmədiyini bildirərək cavabdeh tərəfindən ona 10000 (on min) manat kompensasiya veriləcəyi təqdirdə həmin əmlakdakı payını cavabdehə bağışlaya biləcəyini bildirmiş, cavabdeh isə həmin əmlakdan iddiaçıya heç nə çatmadığını, iddiaçıya verəcək pulunun olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə bu halı iddiaçının təklifindən cavabdehin imtinası kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan əmlakın naturada bölgüsünün mümkün olmadığından və payın əvəzinə kompensasiyanın ödənilməsilə bağlı tərəflərin razılaşmamasını nəzərə alaraq bu qənaətə gəlir ki, belə olan halda həmin əmlakın açıq hərracdan satılması hissəsinə hüquqi qiymət verilməlidir. Belə ki, ekspert rəyi ilə mübahisə predmeti olan əmlakın hazırkı bazar qiyməti və likvid qiyməti 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində olduğu müəyyən edilmişdir. Ona görə də mübahisə predmeti olan əmlak müəyyən olunmuş qiymətlə açıq hərraca çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; - 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. - 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; - 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və yaondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli 02/2024 qərardadından görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Həmçinin həmin qərada qeyd edilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisə predmeti olan əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına münasib olaraq bərabər bölüşdürülməlidir. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdənən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.. Ona görə də, iş üzrə məhkəmə ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** hesabana ödənilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsədə, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Şərur rayon Çomaxtur kəndində İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətində olan əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına münasib olaraq bərabər bölüşdürülsün. Ümumi paylı mülkiyyətində olan olan əmlakı ilkin satış qiyməti (likvid dəyər) 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində müəyyən edilsin. Tərəflərə izah olunur ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. İş üzrə məhkəmə ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** hesabana ödənilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev