Məhkəmə qərarları › İş №2(110)-403/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-403/2024

26.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-403/2024 26.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh Məmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı “əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmməd oğlunun və ailəsinin Şərur rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il 10 nömrəli qərarı ilə mülkiyyətlərində olan Şərur rayon Zeyvə kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin və yaxud bazar qiyməti ilə 8000 (səkkiz min) manat pulun, 117 kvadrat metr sahəsi olan fərdi yaşayış evin tikilməsi üçün xərclənmiş 60000 (altmış min) manat pulun, ümumilikdə 68000 (altmış səkkiz min) manat pulun Cavabdeh Məmməd oğlundan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində, məhkəmədə Cavabdeh Məmməd oğluna qarşı “əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə” iddia qaldırdığını, hal-hazırda cavabdehlə öz aralarında razılaşdıqlarını, buna görə də, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh Məmməd oğlu izahatında iddiaçı ilə razılaşdıqlarını, ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etirazının olmamasını qeyd etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Məmməd oğluna qarşı “əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar