Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-407/2025 09.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X2ndan miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onların ailəsi 12 nəfər ailə üzvündən ibarət olub. X2 2008-ci ildə vəfat etmişdir. X3 1989-cu ildə vəfat etmişdir. X2 1990-cı ildə yenidən ikinci dəfə ailə həyatı quraraq X6 ilə evlənmişdir. X4 2015-ci ildə vəfat etmişdir. Bunlardan Şərur rayon Danyeri kəndində 0.46 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayəş evi miras qalmışdır. X2 vəfat etdikdən sonra ondan qalan mirası faktiki olaraq qəbul edərək idarə edir. X1 vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi üçün Maraqlı şəxs1nə müraciət etdi. Lakin Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdi. Mirası tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edir. Qeyd olunan ərizə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək, xx.xx.2025-ci il tarixdə həyata keçirilən məhkəmə hazırlıq iclası nəticəsində mülki iş məhkəmə baxışına təyin edilmişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş məhkəmə baxışı iclaslarında Ərizəçi və maraqlı şəxs Şərur Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri iştirak etməmiş, bununla əlaqədar olaraq yalnız maraqlı şəxsin nümayəndəsi müvafiq məktublarla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdirlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Belə olan vəziyyətdə də, məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və Ərizəçi verdiyi xüsusi icraat qaydasında məhkəməyə təqdim etdiyi ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələblərinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-407/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-407/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver