Məhkəmə qərarları › İş №2(110)-412/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-412/2025

07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-412/2025 07.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X17 Elmar oğlunun sədrliyi, qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə bibisi X5 mülkiyyətində olmuş Şərur rayon Tumaslı kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırılmışdır ki, mərhumə bibisi X16 qizı xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Mərhumə bibisi X11 heç vaxt ailə qurmamış və onun övladı olmamışdır. Onun mülkiyyətində olan Şərur rayon Tumaslı kəndində yerləşən Şərur rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1998-ci il tarixli 06 nömrəli qərarı və xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.18 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mərhumə bibisi X5 ölümündən sonra qardaşı-X6 (vəfat edib) varisləri olmuşdur. Mərhum atası X6 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X2 ölümündən sonra qızı-(Hüseynova) X1, qızı-(Hüseynova) X9, qızı- (Hüseynova) X7, qızı- Ərizəçi Hüseyn qızı, qızı- Maraqlı şəxs2, qızı-(Hüseynova) X3, oğlu-X8 adında varisləri vardır. Həmin miras əmlakı, o, mərhumə bibisi X5 ölümündən sonra mübahisəsiz olaraq qəbul etmiş və həmin torpaq sahəsini əkib becərir. Onun digər varisləri isə hamısı ailə quraraq ayrılmışlar. Maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilməmiş. Mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon iki saylı Notariat Ofisinə müraciət etmişdir. Şərur rayon iki saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 123 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olacağı bildirilmişdir. Qeyd olunan iddia ərizəsi Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək, xx.xx.2025-ci il tarixdə həyata keçirilən məhkəmə hazırlıq iclası nəticəsində mülki iş məhkəmə baxışına təyin edilmişdir. Ərizəçi və maraqlı şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud ərizəçi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş ərizəçi məhkəmənin birinci çağırışında gəlmədikdə, maraqlı şəxs isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdirlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Belə olan vəziyyətdə də, məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və Ərizəçi verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə ərizəçi və ya maraqlı şəxsin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələblərinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar