Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-420/2021 22.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, ərizəçilərin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilərin nümayəndələri ərizə ilə məhkəməyə müraciət edərək 18.11.1952-ci ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş X2 və xx.xx.1934-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş Ərizəçi1 və xx.xx.1938-ci il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş Ərizəçi2 bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər iddia ərizəsində iddia tələbinin əsası kimi ərizəçilər doğulduqdan sonra pasport verilsə də doğum aktlarının qeydiyyatı kitabında onların doğum qeydi aparılmadığını, ailədə 7 uşaq olduqlarını, müxtəlif tarixlərdə bacıları və qardaşlarının birinin vəfat etdiyini, digər qardaşları Nümayəndə2 sağ olduğunu, bacıları X2 23.12.2020ci il tarixdə vəfat etdiyini, Lətifənin başqa vərəsəsi olmadığından ondan qalmış mirası qəbul etmək istədiklərini, lakin ərizəçilərin doğum haqqında şəhadətnamələri olmadığından sənədlərinin qəbul edilmədiyini, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də doğum qeydiyyatları olmadığından onlara şəhadətnamə verilməsindən imtina edildiyini, X2 onların bacısı olduğunu təsdiq edən başqa sənəd olmadığından məhkəməyə müraciət etdiklərini bildirmişdirlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi2 nümayəndəsi Nümayəndə2 izahatında və ona verilmiş suallara cavabında iddia ərizəsindəki halları təsdiq etmiş və əlavə olaraq nümayəndəsi olduğu Ərizəçi2 səhhəti ilə əlaqədar olaraq Bakı şəhərində olduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, hər iki ərizəçinin və X2 həqiqətən onun bacıları olduğunu, bacısı X2 2020-ci ildə vəfat etdiyini, ondan qalmış mirası qəbul etmək istədikləri üçün qohumluq faktının müəyyən olunması məqsədilə məhkəməyə müraciət etdiklərini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi Nümayəndə1 izahatında və ona verilmiş suallara cavabında iddia ərizəsindəki halları təsdiq etmiş və əlavə olaraq nümayəndəsi olduğu Ərizəçi1 oğlu olduğunu, anasının yaylaqda olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, X2 ərizəçilərin bacısı olduğunu, onların qalan bütün bacı qardaşlarının öldüyünü, X2 vərəsəsi qismində yanlız sağ olan bacıqardaşların, yəni Ərizəçi1, Ərizəçi2 və Nümayəndə2 qaldığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində çıxış edən Maraqlı şəxs nümayəndəsi X8 14.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Maraqlı şəxs 29.01.2021-ci il tarixli 24 nömrəli doğum akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X5 18.11.1952-ci il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuşdur və atası X6r. İş materiallarında olan Şərur Rayon Dövlət Arxivinin 16.05.2021-ci il tarixli 13/536 saylı arayışından görünür ki, Mahmudkənd kəndinin 1954-1956-cı illərə aid 6 nömrəli təsərrüfatbaşına kitabında mərhum X3 8 ailə üzvü arasında qızları X5, X7 və X4 da adı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinin 08.01.2021-ci il tarixli AZ ll № 147028 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Mahmudkənd kənd İƏDN-in 06.05.2021-ci il tarixli 06/05 nömrəli arayışından görünür ki, X5 vəfat edəndən sonra Ərizəçi2, Ərizəçi1 və Nümayəndə2 qalan vərəsələri qismində çıxış edirlər. İş materiallarında olan Maraqlı şəxs 04.05.2021-ci il tarixli 05/02/179 nömrəli məktubundan görünür ki, akt qeydi tapılmadığından Ərizəçi2 doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 04.05.2021-ci il tarixli 05/02/180 nömrəli məktubundan görünür ki, akt qeydi tapılmadığından Ərizəçi1 doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçilərin xahişi təsmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı izahatlardan, arxiv sənədlərindən və arayışlardan müəyyən olundu ki, həqiqətən də X5, X7 və X1 Abdulla Həsən oğlu adlı şəxsin qızlarıdır. Məhkəməyə təqdim edilmiş arayışdan da göründüyü kimi ərizəçilər X2 vərəsələri qismində çıxış edirlər. Ərizəçilərin doğum haqqında şəhadətnamələri olmadığından və müvafiq akt qeydləri tapılmadığından Maraqlı şəxs tərəfindən sənədləri qəbul edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18.11.1952-ci ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş X2 xx.xx.1934-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş Ərizəçi1 və xx.xx.1938-ci il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş Ərizəçi2 bacısı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçilərin xahişi təmin edilsin. 18.11.1952-ci ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş X2, xx.xx.1934-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş Ərizəçi1 və xx.xx.1938-ci il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş Ərizəçi2 bacısı olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-420/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-420/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver