Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-426/2025 28.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 Elmar oğlunun sədrliyi, oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab olunması pozulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Şərur rayon Düdəngə kəndi ərazisində yerləşən J№-562 10206005 kod nömrəli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaşı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1965-ci ildə Şərur rayonunun Düdəngə kəndində anadan olmuş, müxtəlif sahələrdə çalışmış və əsasən biznes fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyətinin bir istiqamətini kənd təsərrüfatı təşkil etdiyindən bu məqsədlə Şərur rayonu ərazisində bir sıra torpaq sahələri satın almışdır. Lakin həmin torpaq sahələrinin bəziləri müxtəlif səbəblərdən onun adına dövlət qeydiyyatına alınmamışdır. 2003-cü ildə həmkəndlisi Cavabdeh ilə aralarında razılaşma əldə edilmiş, cavabdehə və onun ailə üzvlərinə məxsus, Dövlət aktına əsasən mülkiyyət hüququ təsdiq olunmuş 0,47 hektar torpaq sahəsi (J№-564, kod ********) ona satılmışdır. Cavabdeh və həyat yoldaşı Cavabdeha notariat orqanına ərizə təqdim edərək torpaq sahəsinin iddiaçıya satılmasına razılıqlarını bildirmiş, notarius hüzurunda alqı-satqı ilə bağlı iradələrini ifadə etmişlər. İddiaçı həmin dövrdə mövcud olan bürokratik maneələr və digər səbəblər üzündən torpaq sahəsini öz adına dövlət qeydiyyatına ala bilməmişdir. Hazırda isə torpaq sahəsi onun istifadəsində və faktiki sahibliyindədir. Bu səbəbdən torpaq sahəsinin rəsmi olaraq adına qeydiyyata alınması zərurəti yaranmışdır. İddiaçı qeyd etmişdir ki, aralarında bağlanmış alqı-satqı müqaviləsini başqa yolla rəsmiləşdirmək mümkün olmadığından, məhkəmədən həmin müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd olunan iddia ərizəsi Şərur Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, tərəflərə məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçının nümayəndəsi-Vəkil xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Lakin tərəflər xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə isə keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdirlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Belə olan vəziyyətdə də, məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-426/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-426/2025
28.08.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver