Məhkəmə qərarları › İş №2(110)-428/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-428/2020

14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-428/2020 14.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın- doğum və qohumluq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 və Ərizəçi2 doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatının olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydiyyatı kitabında onların- Ərizəçi1 xx.xx.1965-ci il tarixində Şərur rayon Zeyvə kəndində və Ərizəçi2 xx.xx.1962-ci il tarixində Şərur rayon Zeyvə kəndində anadan olmaları və X2 onların ataları, X3 anaları olması barədə akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında Ərizəçi1 verdiyi ərizəni müdafiə edərək izahatında onların Şərur rayon Zeyvə kəndində bir ailədə anadan olduqlarını, onların haliyyədə şəxsiyyət vəsiqələrinin və digər sənədlərinin olduğunu, lakin atadan qalan miras əmlakla bağlı sənədlərini topladıqları zaman onlara doğum şəhadətnaməsinin lazım olduğunu və onların evdə doğum şəhadətnamələrini tapa bilmədiklərini, doğum akt qeydiyyatı kitabından çıxarış almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiklərini, qeydiyyat şöbəsində onlara doğum aktlarının qeydiyyatı kitabında doğum qeydlərinin olmadığının məlum olduğunu, ataları və analarının müxtəlif tarixlərdə vəfat etdiklərini, onların ölümü haqqında şəhadətnaməni aldıqlarını, onların hazırda doğum qeydlərini təsdiq edən başqa sənədlərinin olmadığını, bu səbəbdən də məhkəməyə mürciət etməli olduqlarını, X2 və X3 onların ata-anaları olması faktını şahidlərin də təsdiq edə biləcəyini, onların Sərxanbəyovların ailəsində böyüdüklərini və atalarının ölənə kimi onların ataları olduğunu qeyd edərək onların Ərizəçi1 və Ərizəçi2 doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatının olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydiyyatı kitabında onların- Ərizəçi1 xx.xx.1965-ci il tarixində Şərur rayon Zeyvə kəndində və Ərizəçi2 isə xx.xx.1962-ci il tarixində Şərur rayon Zeyvə kəndində anadan olmaları və X2 onların ataları, X3 anaları olması barədə akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi2 izahatında Ərizəçi1 qeyd etdiyi xüsusatları bir daha təkrarlayaraq Ərizəçi1 və Ərizəçi2 doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatının olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydiyyatı kitabında onların - Ərizəçi1 xx.xx.1965-ci il tarixində Şərur rayon Zeyvə kəndində və Ərizəçi2 isə xx.xx.1962-ci il tarixində Şərur rayon Zeyvə kəndində anadan olmaları və X2 onların ataları, X3 anaları olması barədə akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində Ərizəçi1 və Ərizəçi2 ilə qonşu olduqlarını, onların eyni həyətdə yaşadığını, uşaq vaxtlarından onları tanıdığını, onların atalarının X4 olduğunu, təxminən 20 ildən çoxdur ki, vəfat etdiyini, anaları X3 isə təxminən 15 ildən çoxdur ki, vəfat etdiyini, Ərizəçi1 və Ərizəçi2 valideynlərinin X4 və X5 olmasına şahid olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 Məlahət Qəzənfər qızı və Ərizəçi2 ilə eyni kənddə yaşadıqlarını, onlarla uzaq qohum olduqlarını, X2 onun ögey dayısı olduğunu, onların atalarının X4, analarının isə X5 olduğunu, X2 təxminən 20 ilə yaxındır ki vəfat etdiyini, X3 isə təxminən 14-15 ilə yaxındır ki, vəfat etdiyini Ərizəçi1 və Ərizəçi2 valideynlərinin X4 və X5 olmasına şahid olduğunu bildirdi. İş materiallarında olan Şərur rayon Dövlət Arxivinin 05/199 saylı xx xxx 2020-ci il tarixli arxiv arayışda qeyd olunmuşdur ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabında Zeyvə kənd sakini X7 ailə başçısı olmaqla adına 0,20 ha torpaq sahəsi qeydə alınmış və aşağıdakı ailə üzvlərinin olduğu müəyyən edilmişdir.

1. X17-həyat yoldaşı

2. X8-oğlu

3. X6-qızı

4. X11-oğlu İş materiallarında olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 132 nömrəli arayışından görünür ki, Ərizəçi1 və Ərizəçi2 Şərur rayon Zeyvə kəndində yaşayırlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, İV-ЖГ 82245 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X4 xx.xx.1998-ci il tarixdə Şərur rayon Düdəngə kəndində hipertoniyadan ölmüş və bu barədə Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlkdə xx.xx.1998-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 052276 nömrəli ölüm haqqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X18 xx.xx.2004-cü il tarixdə Şərur rayon Zeyvə kəndində qaraciyar sirrozundan ölmüş və bu barədə Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlkdə xx.xx.2004-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, İİİ-ЖГ 368035 nömrəli nikah haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X4 ilə X18 arasında xx xxxx 1987-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Sərxanbəyova" soyadı verilmişdir. İş materiallarında olan Nax MSSR İliç rayon Düdəngə kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ 361422 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 ilə Şəfiyeva Havva qızı arasında xx xxxxxxxx 1984-cü il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Sərxanbəyova" soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 684 nömrəli arayışdan görünür ki, Zeyvə kənd inzibati ərazi dairəsi üzrə 1965-ci ilə aid Maraqlı şəxs arxivində Ərizəçi1 1962-1986-cı illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 685 nömrəli arayışdan görünür ki, Zeyvə kənd inzibati ərazi dairəsi üzrə 1962-ci ilə aid Maraqlı şəxs arxivində Ərizəçi2 1960-1986-cı illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 710 nömrəli arayışdan görünür ki, Zeyvə kənd inzibati ərazi dairəsi üzrə 1965-ci ilə aid Maraqlı şəxs arxivində Ərizəçi1 1983-2020-cı illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. İş materiallarında olan Şərur RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olub, hal-hazırda həmin kənddə qeydiyyatda durur və yaşayır. İş materiallarında olan Şərur RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE № 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq surətindən görünür ki, Ərizəçi2 xx.xx.1962-ci il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olub, hal-hazırda həmin kənddə qeydiyyatda durur və yaşayır. İş materiallarında olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 478 nömrəli arayışından görünür ki, Ərizəçi2 anası və atası aşağıdakı kimidir:

1. Atası: X4 (vəfat edib)

2. Anası: X5 (vəfat edib) İş materiallarında olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 479 nömrəli arayışından görünür ki, Ərizəçi1 anası və atası aşağıdakı kimidir:

1. Atası: X4 (vəfat edib)

2. Anası: X5 (vəfat edib) Məhkəmə ərizəçiləri və şahidləri dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 xx.xx.1965-ci il tarixdə, Ərizəçi2 isə xx.xx.1962-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmuşlar. Onlar doğum haqqında şəhadətnamələrini tapa bilmədikləri üçün onlar yenidən şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin doğum haqqında akt qeydləri kitabında onlar haqqında, eyni zamanda ataları və anaları barədə məlumat olmadığı üçün bundan imtina edilərək, məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Ərizəçilərin doğum akt qeydinin bərpası üçün bu faktların başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ona görədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsndə doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatlarının olmaması müəyyən edilməli və doğum haqqında akt qeydiyyatı kitabında Ərizəçi1 xx.xx.1965-ci il tarixdə Şərur rayon Zeyvə kəndində və Ərizəçi2 isə xx.xx.1962-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmaları, eyni zamanda doğum haqqında akt qeydləri kitabında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ata qrafalarında atalarının X4, ana qrafalarında analarının Sərxanbəyova (Əliyeva) Lala Cahangir qızı olması barədə doğum akt qeydi məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsndə doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatlarının olmaması müəyyən edilsin və doğum haqqında akt qeydiyyatı kitabında Ərizəçi1 xx.xx.1965-ci il tarixdə Şərur rayon Zeyvə kəndində və Ərizəçi2 isə xx.xx.1962-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmaları barədə akt qeydi bərpa edilsin. Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ata qrafalarında atalarının X4, ana qrafalarında analarının Sərxanbəyova (Əliyeva) Lala Cahangir qızı qeyd edilməklə doğum akt qeydi bərpa edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar