Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-430/2020 21.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılması və evin boşadılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi 5000 mant kompensasiya verilməklə onun və ailə üzvlərinin mülkiyyətində olan Şərur rayonu Çomaxtur kəndində yerləşən yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində işin faktiki halları ilə əlaqədar olaraq bildirirəm ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Seriya nömrəsi MH ******* olan xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Şərur rayonu, Çomaxtur kəndində 0.178 ha torpaq sahəsində yerləşən 179.03 m2 yaşayış evinin onun mülkiyyətində olduğunu, Cavabdeh onun oğlu olduğunu, 1991-ci ildə ailə həyatı qurduqdan sonra özünə torpaq sahəsi alıb ev tikənədək ona məxsus yaşayış evində müvəqqəti olaraq məskunlaşdığını, Şərur rayonunda torpaq islahatı aprılarkən X1 xx xxxx 1998-ci il tarixli, 03 qərarına əsasən Cavabdeh torpaq sahəsi ayrıldığını və JN- 151B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildiyini, Cavabdeh ona ayrılmış torpaq sahəsində ev tikənə qədər ailə üzləri ilə birlikdə yaşamaları üçün onlara möhlət verməyini ondan xahiş etdiyini, o da cavabdehə bu şəraiti yaradaraq ev tikənə kimi möhlət verəcəyini bildirdiyini, Cavabdeh artıq bir neçə ildir ki, özünə ev tikməsinə baxmayaraq ona məxsus yaşayış evindən çıxmadığını, artıq neçə ildir onunla davadalaş içində yaşadıqlarını, münaqişəli ailə kimi polisdə qeydiyyata alındıqlarını, hər gün davaları olduğu üçün onunla birlikdə yaşamağın mümkünsüz olduğunu, onun yanında yaşayan qızını və onu döydüyünü, təhqir etdiyini, cavabdehin axırıncı dəfə qızı Təranə ilə mübahisə edərək ona ağır xəsarət yetirdiyini, artıq ana kimi onun özbaşına hərəkətlərindən bezdiyini, çünki onun zorakılıqları nəticəsində onların hər an xəsarət ala biləcəklərini, onun bu aqressiyası nəticəsində cinayət hadisəsinin qaçılmaz olacağını, onun məqsədi onları bezdirmək və xəsarət yetirərək yaşayış evini oğlu üçün əldə etmək olduğunu, çünki o bunu hər dəfə mübahisə edərkən bunu bəyan etdiyini, bundan başqa mülkiyyətində olan yaşayış evində yaşayaraq elektrik enerjisi və s. komunal xidmətlərdən istifadə etdiyini, lakin onun dəyərini özünün ödədiyini, cavabdehin bu qanunsuz əməlləri nəricəsində mülkiyyəti üzərində müstəqil sərəncam verə bilmədiyini, başqa sözlə desək cavabdehin mülkiyyətçi kimi onun bütün hüquqlarını məhdudlaşdırdığını, bu səbəbdəndə 5000 manat kompensasiya verilməklə cavabdehin və onun ailə üzvlərini mülkiyyətində olan yaşayış evindən çıxarılması və evin boşaldılması zərurəti yarandığını, cavabdehin Şərur rayonu, Çomaxtur kəndində yerləşən yaşayış evinə dair mülkiyyət hüquqlarını pozması onun məhkəməyə müraciət etməyinə əsas yaratdığını qeyd edərək məhkəmədən Cavabdeh ümumi 5000 manat kompensasiya verilməklə onun və ailə üzvlərinin mülkiyyətində olan Şərur rayonu Çomaxtur kəndində yerləşən yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq məhkəmədən iddia tələbinin təmin olunaraq Cavabdeh ümumi 5000 manat kompensasiya verilməklə onun və ailə üzvlərinin mülkiyyətində olan Şərur rayonu Çomaxtur kəndində yerləşən yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında 1969-cu ildə Şərur rayon Çomaxtur kəndində yerləşən hazırkı mübahisəli ata evində doğulduğunu, 1991-ci ildə ailə qurduğunu, həyat yoldaşını həmin evə qeyri-şərtsiz köçürdüyünü, həmin vaxtı atasının da sağ olduğunu, atasının 1993-cü ildə rəhmətə getdiyini, birgə nikahdan üç uşaqlarının doğulduğunu, onların birgə nikahlarından doğulmuş uşaqları da Şərur rayon Çomaxtur kəndində yerləşən mübahisəli fərdi yaşayış evində bu günki günədək yaşamağa davam etdiklərini, həmin vaxtı evin iki otaq bir kolidor və on üç metr uzunluğunda olan şüşəbənddən ibarət olduğunu, ailə qurduqdan sonra da ailəsi ilə birlikdə indiyə qədər həmin evdə yaşadığını, uşaqları doğulduqdan sonra həmin evdə yaşayış sahəsi az olduğu üçün öz vəsaiti hesabına şüşəbəndi sökərək əlavə iki otaq bir kuxna tikdiyini, 2019-cu ildə əlavə olaraq bir otaq və salon tikdiyini, anasının istifadəsində olan şüşəbəndi sökərək əlavə kuxna tikərək anası ilə bacısının istifadəsinə verdiyini, bundan əlavə açıq balkonun da anası və bacısının istifadəsində olduğunu, hazırda o balkonu da otaq etdiyini, anası və bacısının istifadəsində iki otaq, bir kolidor və kuxna olduğunu, ümumilikdə həmin evin təmirinə və əlavə apardığı tikililərə 60000 (altmış min) manatdan çox xərc çəkdiyini, əgər anasının onun həmin evdən çıxmasını istəyirsə ona 5000 manat yox, 60000 manat pul verəcəyi təqdirdə həmin evdən çıxacağını, iddiaçının təklif etdiyi məbləğlə o özü və ailə üzvləri üçün haliyədə yaşadığı evdə olan şəraitə uyğun yaşayış sahəsi ilə qura bilməsinin mümkün olmayacağını, ona görə də onun təklifi ilə qəti razılaşmadığını, eyni zamandaŞərur Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(110)-286/2020 saylıqətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Şərur rayon Çomaxtur kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ verildiyini, bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Şərur rayon Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 423 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şərur rayon Çomaxtur kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Şərur rayon Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 465 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Şərur rayon Çomaxtur kəndində yaşayir və ailə üzvləri arvadı, iki oğlu, gəlini və nəvəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak vəTorpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli Seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adına Şərur rayon Çomaxtur kəndində 0.178 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 179.03 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(110)- 286/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “yaşayış evindən məcburi çıxarılma” tələbinə dair iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh-İddiaçı qarşı “yaşayış və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki Şərur rayon Çomaxtur kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə cavabdeh və onun ailə üzvlərinin isə istifadə hüquqları vardır. Hazırda İddiaçı öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdehin və onun ailə üzvlərinin sözügedən mənzildən 5000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini və cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılması və həmin evin boşaldılmasını tələb edir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli mənzildə hazırda iddiaçı və Cavabdeh ailə üzvləri birgə yaşayır. İddia təmin ediləcəyi təqdirdə Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxmalıdırlar. İş materiallarında iddiaçı tərəfindən cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olmasına dair heç bir sübut təqdim edilməmişdir. Cavabdeh göstərilən məbləğə razı deyildir. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Şərur rayon ərazisində başqa yerdə indiki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehə təklif olunun 5000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmədiyindən, cavabdehin və 5 nəfərdən ibarət ailə üzvünün 5000 manat kompensasiya müqabilində mənzildən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılması və həmin evin boşaldılmasını tələb etməsi məqsədə müvafiq deyil. İddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi, tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Eyni zamanda həmin qərarda əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçinin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibəti, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun ailə üzvləri ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehlərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi qanunvericilikdə öz əksini tapmışdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahsiə predemti olan yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, qeyd olunan hüquq xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzilə dair istifadə hüququ müvafiq məhkəmə qətnaməsi əsasında tanınmışdır. Göründüyü kimi, cavabdehin və ailə üzvlərinin mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin həmin mənzildə yaşadağını, onun həmin mənzildən istifadə edə bilməməsini əsas gətirərək, cavabdehin həmin mənzilə dair istifadə hüququna 5000 manat məbləğdə kompensasiya ödənilməklə xitam veilməsi və onun həmin mənzildən çıxarılması tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mlüki iş ürzə iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə bir sıra meyarlar- cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzilə dair istifadə hüququnun müvafiq məhkəmə qətnaməsi əsasından tanınması, cavabdehin həmin mənzildə doğulduğu tarixdən, yəni 1969-cu ildən, ailə üzvlərinin 1991-ci ildən başlayaraq bu günədək həmin mənzildə yaşamaları, həmin tarixdən inidyədək mübahisəli mənzilə dair istifadə hüquqlarının mövcudluğu, cavabdehin və ailə üzvlərinin başqa yaşayış sahəsinə malik olmaması, təklif olunan kompensasiya məbləğinin cavabdehin və ailə üzvlərinin əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərli olmaması nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli hesab edilməsi məqsədəmüvafiq deyildir. Ona görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təklif edilən kompensasiya cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi üçün yetərli hesab edilə bilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbinin “mənzildən çıxarılma və evin boşadılması” hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə qeyd olunan tələb əsas iddia tələbi olan “kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbindən törəmə olduğundan və əsas iddia tələbi rədd edildiyindən, həmin hissədə də iddia tələbi rədd edilməldiir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiştələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılması və evin boşadılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-430/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-430/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver