Məhkəmə qərarları › İş №2(110)-436/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-436/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-436/2025 02.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6 Türkiyə Respublikaının İstanbul şəhərində anadan olması, anasının X9 olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində X9 ilə 11 tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində ailə qurduqlarını, nikahlarının xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbul Konsulluğunda nikah haqqında akt qeydləri kitabında 56 N-ilə rəsmi nikah qeydiyyatına alındığını, ailə qurduqan sonra ailəliklə Türkiyə Respublikasının İstanbul şəhərinəd yaşadıqlarını, birgə yaşadıqları müddətdə birgə nikahdan X24 Xəstəxanasında xx.xx.2006-cı il təvəllüdlü X16 doğulduğunu, övladları doğulduqdan sonra da Türkiyə Respublikasının İstanbul şəhərində yaşadıqları üçün övldımız X6 doğumunu rəsmi qeydiyyata aldırıb doğum hqqında şəhadətnamə almadıqlarını, 2025-ci ilin fevral ayında övladı ilə birlikdə Azərbaycan Respublikasına qayıtmaq üçün Ərkanın rəsmi sənədləri olmadığından Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğuna müraciət edərərək övladı xx.xx.2006-cı il təvəllüdlü X10 ölkəyə qayıdış şəhaətnaməsi verilməsini xahiş etdiyini, Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğu tərəfindən X6 adına xx.xx.2025-ci il tarixdə verilmiş Azərbaycan Respublikasına qayıdış Şəhadətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdə Şərur rayon Şəhriyar kəndinə gəldiklərini, qayıtdıqdan sonra Şərur rayon Nikah Evinə rəsmi olaraq ərizə ilə müraciət edərək X10 doğum haqqında şəhadətnamə verilməsini xahiş etdiyini, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-120/2025 saylı məktubda xx.xx.2006-ci il təvəllüdlü X10 doğum haqqnamə verilməsindən imtina edilərək Məhkəməyə müraciət etmək məsləhət görüldüyünü, ona görə də doğum faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixdə 10:45-ə təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 Arif Paşa oğlunun onun qaynı olduğunu, Arifin oğlu X6 2006-cı il aprelin 13-də Türkiyə Respublikası İstanbul şəhərində doğulduğunu, anası X7 olduğunu, orda doğulduğu və orda yaşadıqları üçün ona doğum şəhadətnaməsi almadıqlarını, indi Ərkanın hərbi xidmətə getmək istədiyini, lakin onun heç bir şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onu hərbi xidmətə aparmadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 onun qardaşı olduğunu, qardaşı 2005-ci idə Türkiyə Respublikasında evləndiyini, onların rəsmi nikahı olmadığından oğlu X16 doğularkən ona doğum şəhadətnaməsi almadıqlarını, Arifin ailəsi ilə birlikdə Türkiyə Respublikası İstanbul şəhərində yaşadığını, Arif oğlu Ərkanınhərbi xidmətə getmək istədiyini, Arifin onu Şərur rayonuna gətirdiyini, lakin Qeydiyyat şöbəsində onun adına akt qeydi olmadığına görə şəxsiyyət vəsiqəsi ala bilmədiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 onun əmioğlusu olduğunu, Arifin 2005-ci ildə Türkiyə Respublikasında ailə qurduğunu, həmin vaxtdanda orda yaşadığını, nikahda olub-olmamasını bilmədiyini, iki uşaqları Ərkan və Sərkanın doğulduğunu, Ərkanın doğum şəhadətnaməsi almamaları barədə məlumatı olmadığını, Ərkanın hərbi xidmətə getmək üçün ölkəyə qayıtdığını, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığını, şəxsiyyət vəsiqəsi almaq istədiyini bildirmişdir. İş materiallarında olan: - X24 Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum arayışından görünür ki, Çinarə Rzayeva həqiqətən xx.xx.2006-cı il tarixində həmin xəstəxanada bir diri oğlan uşağı dünyaya gətirmişdir. Uşağın çəkisi 3.600, boyu 50 sm olmuşdur; - Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli AZ-İİ № 095058 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X9 arasında 12 iyul 2023-cü il tarixdə 56 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Rzayeva” soyadı verilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, Şərur rayon Nikah Evinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü övladına doğum haqqında şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin ona imnita edilərək aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür; - Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli AA0281544 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X16 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Ərizəçi ilə X9 2005-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-rəsmi ailə quraraq evlənmiş, onların bu evliliyindən xx.xx.2006-cı il təvəllüdlü X16 doğulmuşdur. Onların rəsmi nikahları olmadığından onların birgə evliliklərindən doğulmuş uşaqları X10 bu günə qədər doğum şəhadətnaməsi alınmamışdır. Lakin sonradan xx.xx.2023-cü il tarixdə onlar Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunda rəsmi nikah qeydiyyatına düşmüşlər. Ərizəçi uşağa doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şərur rayon Nikah Evinə müraciət etmiş, lakin Şərur rayon X4 elektron informasiya sistemində və Arxivində uşaqlar barəsində doğum haqqında akt qeydi aşkar edilmədiyindən Şərur rayon Nikah Evi tərəfindən ona imtina məktubu təqdim edilməklə, aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə də, məhkəmədə tədqiq edilmiş sübutlarla ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 xx.xx.2006-cı il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulması faktı, atasının Ərizəçi və anasının X9 olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 xx.xx.2006-cı il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulması faktı müəyyən edilsin. Atasının Ərizəçi və anasının X9 olması müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnam verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar