Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-444/2023 31.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın faktiki qəbulu tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X5 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi tərəfindən faktiki qəbulunun müəyyən ediləsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, nənəsi X5 xx.xx.1985-ci il tarixdə beyin qansızması xəstəliyindən vəfat etdikdən sonra Şərur rayon İbadulla kəndində 0.0466 ha həyətyanı torpaq sahəsinin miras qaldığını, həmin torpaq sahəsindən nənəsinin vəfatından sonra bu günə kimi onun istifadə etdiyini, torpaq islahatı aparılan zaman Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin torpaq sahəsinə mərhum nənəsi X5 adına Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verildiyini, həmin şəhadətnaməyə əsasən xx.xx.2023-cu il tarixdə mərhum nənəsinin adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2023-cü il tarixdə isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verildiyini, mərhum nənəsi X5 vərəsəsi – atası X14 xx.xx.1970-ci ildə vəfat etdiyini, atası X14 vərəsələrindən anası X15, bacıları X19 və X9 vəfat etdiyini, qardaşları X7 və X12 isə Maraqlı şəxsndə ərizə verərək mərhum nənələrindən qalmış əmlakı qəbul etmədiklərini bildirərək miras əmlakdan imtina etdiklərini və həmin əmlakın tərəfindən miras əmlak kimi qəbul edilməsinə heç bir etirazları olmadığını, qeyd olunanlara əsasən mərhum nənəsi X5 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakın miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının tanınmalı olduğunu, ona görə də mərhum nənəsi X1 qalmış miras əmlakdan ona qanun üzrə X22 Şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət etdiyini, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 19 saylı Qərarı ilə ona mərhum nənəsi X5 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan Qanun üzrə X22 Şəhadətnamə verilməsindən imtina edildiyini, bu səbəbdən də mərhum nənəsi X5 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakın tərəfindən faktiki qəbulunun müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X4 Məmmədovla qonşu olduqlarını, onların atalarının da qonşu olduqlarını, Xeyrənsənin Nadirin nənəsi olduğunu, 1984 və ya 1985-ci ildə vəfat etdiyini, Xeyrənsənin Məmməd adında 1 oğlu olduğunu, başqa övladının olmadığını, Məmmədin nə vaxt vəfat etməsini xatırlamadığını, amma Xeyrənsədən əvvəl rəhmətə getdiyini, Xeyrənsə vəfat etdikdən sonra onun torpaqlarında Nadirin tərəvəz məhsulları əkib-becərdiyini, həmin torpaqların halhazırda da Nadirin istifadəsində olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X6 ata-babadan qonşu olduqlarını, Nadirin nənəsi Xeyrənsənin 1985-ci ildə vəfat etdiyini, o vəfat etdikdən sonra ona məxsus torpaq sahələrini bu günə qədər Nadirin əkibbecərdiyini, Nadirin atası Məmmədin Xeyrənsədən xeyli əvvəl rəhmətə getdiyini, Məmmədin başqa bacısının və qardaşının olmadığını, evin tək övladı olduğunu, Nadirin 2 bacısı və 2 qardaşı olduğunu, bacılarının vəfat etdiyini, qardaşlarının isə yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X8 onun dayısı olduğunu, dayısının atası Məmmədin evində yaşadığını, Məmmədin bacısı və ya qardaşının olub-olmamasını xatırlamadığını, anasının nənəsi Xeyrənsənin 1985-ci ildə vəfat etdiyini, o vəfat etdikdən sonra ondan qalan evə və torpağa bu günə qədər dayısı Nadirin nəzarət etdiyini, torpaq sahəsində tərəvəz əkib- becərdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində Şərur rayon İbadulla kəndində yaşamış xx.xx.1985ci ildə vəfat etmiş nənəsi X1 miras qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair X22 şəhadətnamə verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli 19 nömrəli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, Şərur rayonu, İbadulla kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə mərhum X5 ölümündən sonra Şərur rayon ibadulla kəndində yerləşən 0.0466 ha torpaq sahəsi ilə bağlı miras qalmış əmlakdan qanun üzrə X22 şəhadətnamə verilməsindən imtina edilmişdir. - X7 və X12 xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.1985-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakı qəbul etmədiklərini, həmin mirasdan heç bir pay tələblərinin olmadığını, adlarının qanun üzrə X22 şəhadətnaməyə salınmasını istəmədiklərini, həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəklərini bildirmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur rayonu İbadulla kəndində yerləşən 0.0466 ha torpaq sahəsi tam mülkiyyət kimi X5 adına qeydiyyatdadır. - Şərur rayon İbadulla kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 109 nömrəli arayışından görünür ki, X11 xx.xx.1985-ci il tarixdə vəfat etdikdən sonra onun vərəsələri aşağıdakı kimidir.
1. Ərizəçi xx.xx.1954 - Şərur rayon İbadulla kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 114 nömrəli arayışından görünür ki, Ərizəçi atası X23 xx.xx.1970-ci il tarixdə vəfat etdikdən sonra onun vərəsələri aşağıdakı kimidir.
1. X2 vəfat edib xx.xx.1996
2. Qızı Quliyeva (Məmmədova) Şura Məmməd qızı vəfat edib xx.xx.2012
3. Qızı Bağırova (Məmmədova) Cancan Məmməd qızı vəfat edib xx.xx.1977
4. X3 yaşayır xx.xx.1943
5. X10 yaşayır xx.xx.1950
6. Oğlu Ərizəçi yaşayır xx.xx.1954 - Şərur rayon İbadulla kənd İƏD tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 376691 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2012-ci il tarixində Şərur rayon İbadulla kəndində ürək dayanması, qaraciyərin sirrozu səbəbindən vəfat etmişdir. - Şərur rayon İbadulla kənd İƏD tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli İV-ЖГ № 458191 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1996-cı il tarixində Şərur rayon İbadulla kəndində vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X23 xx.xx.1970-ci il tarixində Şərur rayon İbadulla kəndində mədə şişi (xərçəng) səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X18 xx.xx.1977-ci il tarixində Şərur rayon İbadulla kəndində ağciyər vərəmi səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X11 xx.xx.1985-ci il tarixində Şərur rayon İbadulla kəndində beyinə qansızma səbəbindən vəfat etmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon İbadulla kəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə ərizəçinin nənəsi mərhum X5 məxsus olmuş, o xx.xx.1985-ci il tarixdə öldükdən sonra həmin evdə ərizəçi, arvadı, uşaqları və anası ilə yaşamağa davam etmişdir. Ərizəçinin atası X23 isə xx.xx.1970-ci ildə vəfat etmişdir. Mərhum Xeyrənsənin vəfatından sonra onun heç bir birinci dərəcəli vərəsəsi olmamış, həmin vaxtdan ərizəçi nənəsindən qalmış miras əmlakı faktiki olaraq idarə etməklə, onu lazımi vəziyyətdə saxlamaqla, evdə əlavə tikililər, təmir işləri aparmaqla, evin komunal xərclərini və digər ödəmələrini ödəməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın nəvəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatları, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985ci il tarixdə ölmüş mərhum X5 ölmündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə ölmüş mərhum X5 ölmündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev