Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-452/2023 07.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “məcburi iş buraxma ilə əlaqədar aylıq pul təminatının ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müdiri Malik İsmayılovun xx.xx.2023-cü il tarixli 77 №-li əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və xx.xx.2023-cü il tarixdən işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilib qanuni qüvvəyə minənədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı və. s) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2010-cu il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını (ADBİA) cüdo fakültəsi üzrə bitirdikdən sonra 2011-ci ildə Şərur Rayon Uşaq Gənclər və İdman Mərkəzində (UGİM) məşqçi müəllimi vəzifəsində əmək fəaliyyətinə başladığını, xx.xx.2012-ci il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissənin kəşfiyyat bölüyündə MAHHXHQ kimi xidmətə başladığını, 2014-cü ilin yanvar ayında Bakı şəhəri TTM-də ehtiyat zabit hazırlıq kursunu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsində N saylı hərbi hissədə İdman Rəisi vəzifəsinə təyin edildiyini, 2015-ci ildə leytenant hərbi rütbəsində xidmətdən təxris olunaraq ehtiyata buraxıldığını, Cavabdeh xx.xx.2017-ci il tarixli 176 №-li əmri ilə Şərur rayon Axaməd kənd tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunduğunu, işlədiyim müddətdə istər şagird, istərsə də müəllim kollektivi arasında müəllim etikasını qoruyub saxladığını, şagird və müəllim kollektivinin hörmət və rəğbətini qazandığını, müəllim adına və nüfuzuna xələl gətirəcək hər hansı bir hərəkətlərə yol vermədiyini, hər zaman şagirdlərinin hərbi biliklərə yiyələnməsi və hərbi bacarıqlarının inkişaf etdirilməsində əlindən gələni etməyə çalışdığını və nəticədə məktəbləri Şərur rayon təhsil müəssisələri arasında keçirilən hərbi idman yarışlarında rayon birinciliyi, o cümlədən Ümummilli Liderimiz Heydər Əliyev Cənablarının adına hərbi lisseyə qəbul imtnahlarında şagirdlərimiz yüksək nəticə göstərərək iki dəfə rayon birinciliyi əldə etdiklərini, əlavə olaraq bildirirəm ki, 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 34 bal toplayaraq sertifikasiya aldığını, 2022-ci ildə isə hərbi müəllimlərin attestasiya imtahanında testdən 32, müsahibədən isə 34 bal toplayaraq bir daha hərbi bilik və bacarıqlarını nəzəri olaraq sübut etdiyini, 25 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərlik çağırışı ilə əlaqədar ehtiyatda olan leytenant və hərbi müəllim olaraq səfərbərliyə qatıldığını və 52 gün əlimdə silah ön xətdə düşmənlə üz-üzə döyüşə hazır vəziyyətdə tabeçiliyində olan əsgərlərlə birgə vətənin müdafiəsini təşkil etmişəm. Səfərbərlikdən qayıtdıqdan sonra həvəslə işimi davam etdirərək şagirdlərimə qalib ordunun hərbi sirlərini öyrətməyə və onların vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışdığını, 2021-ci ilin dekabr ayında Axaməd kənd orta məktəbinə yeni direktor və 2022-ci ilin yanvar ayında yeni direktorun ərinin məktəbə təsərrüfat müdiri təyin edilmələrindən sonra təsərrüfat müdirinin öz işinə aid olmayan işlərə müdaxilə etməyə, dəfələrlə onun işlərinə qarışmağa, hətta onun sənədlərinin yoxlanılmasını tələb etməyə başladığını, onun buna etiraz etdikdə isə məktəbdə ona iftiralar ataraq onun bir küçə uşağı olduğunu deyərək kollektivi arasında nüfuzdan salmağa, onu şərləməklə müəllimlikdən azad olunmağıma çalışdığını, bununla bağlı Cavabdeh və o cümlədən Şərur rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində onun günahsız olduğunun müəyyən edildiyini, buna baxmayaraq məktəb direktoru və təsərrüfat müdiri tərəfindən onun işdən azad olunmağı üçün kompaniya başladıldığını, heç bir əsası olmayan ərizələr toplayaraq Cavabdehnə göndərildiyini, Təhsil Şöbəsinin müdiri Malik İsmayılovun ona bu məsələni özü araşdırıb həll edəcəyini bildirdiyini, bir heçə gün sonra Naxçıvan MR Təhsil Nazirliyindən Elxan müəllim, Təhsil Şöbəsinin müdiri Malik müəllim və Şərur Təhsil Şöbəsində hərbi metodist Arzuman müəllim məktəbə gələrək onun dərsində oturduğunu, dərsi dinlədikdən sonra Elxan müəllimin şagirdlərlə sorğu sual etdikdən sonra dərsi tərk etdiklərini, qısa müddət sonra Təhsil Şöbəsinin müdirinin onu direktorun otağına çağıraraq hərbi rəhbərə aid olan sənədləri yoxladığını, bəzi sənədlərin olmadığını bildirərək akt tərtib edib ona təzyiq göstərərək həmin aktı imzalamağa məcbur etdiyini, sonra Cavabdeh müdiri Malik İsmayılovun onun iştirakı olmadan Axaməd kənd tam orta məktəbində Pedaqoji Şuranın iclasını keçirdiyini və iclasda onun taleyinin həll olunmasına baxmayaraq onun həmin pedoqoji şuranın iclasında iştirakının təmin edilmədiyini, Pedaqoji Şuranın iclasından iki saat sonra Təhsil Şöbəsinin müdirinin onu Təhsil Şöbəsinə çağıraraq onun tutduğu vəzifədən azad edildiyini bildirdiyini, onun Təhsil Şöbəsinin müdirinə etirazını bildirərək, ailəli olduğunu, iki azyaşlı övladının olduğunu, ailəsinin səhəti ilə bağlı problemləri olduğunu, ondan başqa evə gəlir gətirən şəxsin olmadığını və başqa bir yerdən gəlirinin olmadığını, işlədiyi kollektivdən və müəllimlik peşəsindən kimlərinsə şəxsi istəkləri və qərəzli münasibətləri səbəbindən işdən azad olmağının düzgün olmadığını və işdən azad olmağının onun ailə vəziyyətinə maddi cəhətdən mənfi təsir edəcəyini, Həmkarlar Təşkilatının rəyi olmadan onun işdən azad edilməyinin qanuna zidd olduğunu bildirərək Təhsil Şöbəsinin müdirindən işdən azad olmağı barədə əmrin surətinin verilməsini tələb etdiyini, Naxçıvan MR Təhsil Nazirliyinin Cavabdeh 07 mart 2023-cü il tarixli 77 №-li əmrində onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maqddəsinin “c” bəndinə uyğun olaraq özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyimi əsas gətirərək tutduğu vəzifədən və Şərur rayon müəllimlər sırasından azad edildiyi qeyd edildiyini, onun müvafiq orqnlara işdən qanunsuz azad olunmduğunu bildirərək işə bərpa olmağına köməklik göstərilməsini xahiş etdikdən sonra onu Naxçıvan MR Təhsil Nazirliyinə çağıraraq müvəqqəti olaraq Şəhriyar kənd tam orta məktəbinə hərbi dərsləri icra etməyə təyin etdiklərini, onun Təhsil Nazirliyinin müvəqqəti təyinatı ilə razı olmadığını və öz işinə bərpa olunmaq istədiyini, onun əmək mübahisələrindən irəli gələn işə bərpa olunması və ödənilməyən əməkhaqqının ödənilməsi tələbi ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyası zamanı cavabdeh orqan Şərur Təhsil Şöbəsi ilə razılığa gələ bilmədiklərini, ona görə də Meiasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin medisiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə M-428/2023 saylı arayış verildiyini, onun Cavabdeh müdiri tərəfindən əsassız və qərəzli olaraq işdən çıxarıldığını, onun öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmədiyini və bu Məcəllənin 70-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmadığını, bu günə qədər istər Cavabdeh, istərsə də Naxçıvan MR Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən mənə öz əmək funksiyalarımı və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya bu Məcəllənin 70-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmağı barədə hər hansı bir cəza verilmədiyini, xəbərdarlıq belə edilmədiyini, bir daha bildirirəm ki, onun Cavabdeh müdiri Malik İsmayılovun xx.xx.2023-cü il tarixli 77 №-li əmri ilə əsasız və qərəzli şəkildə işdən azad edildikdən sonra heç bir yerdə işləmədiyini, başqa gəlir yerinində olmadığını, bu müddət ərzində maddi cəhətdən çətinlik çəkdiyini, ona görə də onun Cavabdeh 07 mart 2023-cü il tarixli 77 №-li əmrinin ləğv edilməli olduğunu və işdən azad olduqdan sonra məcburi işə buraxmağı ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı və.s) hesablanaraq ona ödənilməklə işə bərpa olunmalı olduğunu hesab etdiyini, qeyd olunanlara əsasən işə bərpa olunmağı və ödənilməyən əməkhaqqının ödənlməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. Lakin 12 may 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində Cavabdehnə qarşı işə bərpa olunma və aylıq pul təminatının ödənilməsi tələbi barədə iddia qaldırdığını, 27 aprel 2023-cü il tarixdə işə bərpa olunduğunu, buna görə də iddia tələbinin dəyişdirilməsi zərurətinin yarandığını, hal-hazırda iddia tələbini dəyişdirərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün məcburi işə buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının hesablanaraq ona ödəniməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara alınmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlara eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında və ona ünvanlanmış suallara cavabbinda Axaməd kənd tam orta məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icmal yazmadığından, kiçik və böyük summativ qiymətləndirmə aparmadığından, müəllimin fiziki tərbiyə fənninə aid proqramını məktəbin kitabxanaçısı, hərbi dərslərinə aid proqramını məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini yazdığından həmçinin hərbi rəhbərə aid olan sənədləşmə işlərinə aid heç bir iş aparılmadığından, məktəbin yanvar pedaqoji şurasında müəllimə xəbərdarlıq edilsədə, xx.xx.2023-cü il tarixdə yoxlama zamanı 10-cu sinifdə bugünə aid olan dərs deyil, xx.xx.2023-cü il tarixdə olan dərsi keçdiyindən, Axaməd kənd tam orta məktəbin müəllim kollektividə hərbi rəhbər olan dərsi İddiaçı məktəbdən azad olunması üçün akta imza çəkdiklərindən göstərilən nöqsanları nəzərə alaraq Axaməd kənd tam orta Məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən tutduğu vəzifədən və Şərur rayon müəllimlər sırasından azad edildiyini, işçidən yazılı izahatın alınıb-alınmamasından məlumatının olmadığını, həmin ərəfədə Axaməd kənd tam orta məktəbində həmkarlar təşkilatı fəaliyyət göstərmədiyindən müvafiq rəyin alınmasının mümkün olmadığını, lakin iddiaçının 27 aprel 2023-cü il tarixdə Şəhriyar kənd tam orta məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi kimi işə bərpa olunduğunu, eyni zamanda Axaməd kənd tam orta məktəbində hərbi dərslərin tədris olunması başqa müəllimə həvalə olunduğundan, iddiaçının tələb etdiyi aylıq pul təminatı həmin müəllimə ödənildiyini, ona görədə iddiaçının tələb etdiyi pulun ona ödənilməsinin mümkün olmadığını qeyd edərək məhkəmədən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 77 nömrəli əmrin surətindən görünür ki, Axaməd kənd tam orta Məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icmal yazmadığından, kiçik və böyük summativ qiymətləndirmə aparmadığından, müəllimin fiziki tərbiyə fənninə aid proqramını məktəbin kitabxanaçısı, hərbi dərslərinə aid proqramını məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini yazdığından həmçinin hərbi rəhbərə aid olan sənədləşmə işlərinə aid heç bir iş aparılmadığından, məktəbin yanvar pedaqoji şurasında müəllimə xəbərdarlıq edilsədə, xx.xx.2023-cü il tarixdə yoxlama zamanı 10-cu sinifdə bugünə aid olan dərs deyil, xx.xx.2023-cü il tarixdə olan dərsi keçdiyindən, Axaməd kənd tam orta məktəbin müəllim kollektividə hərbi rəhbər olan dərsi İddiaçı məktəbdən azad olunması üçün akta imza çəkdiklərindən göstərilən nöqsanları nəzərə alaraq Axaməd kənd tam orta Məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən tutduğu vəzifədən və Şərur rayon müəllimlər sırasından azad edilmişdir; - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Şərur rayon Axaməd kənd tam orta məktəbində GÇH müəllimi təyin edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və vəzifəsindən azad edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Şərur RTŞ-nin 176 №-li əmri ilə Şərur rayon Axaməd kənd tam orta məktəbində GÇH müəllim təyin edilmiş, xx.xx.2023-cü il tarixdə işdən azad olduğu günə kimi fasiləsiz olaraq həmin məktəbdə müəllim işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icmal yazmadığından, kiçik və böyük summativ qiymətləndirmə aparmadığından, müəllimin fiziki tərbiyə fənninə aid proqramını məktəbin kitabxanaçısı, hərbi dərslərinə aid proqramını məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini yazdığından həmçinin hərbi rəhbərə aid olan sənədləşmə işlərinə aid heç bir iş aparılmadığından, məktəbin yanvar pedaqoji şurasında müəllimə xəbərdarlıq edilsədə, xx.xx.2023-cü il tarixdə yoxlama zamanı 10-cu sinifdə bugünə aid olan dərs deyil, xx.xx.2023-cü il tarixdə olan dərsi keçdiyindən, Axaməd kənd tam orta məktəbin müəllim kollektividə hərbi rəhbər olan dərsi İddiaçı məktəbdən azad olunması üçün akta imza çəkdiklərindən göstərilən nöqsanları nəzərə alaraq Axaməd kənd tam orta Məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə tutduğu vəzifədən və Şərur rayon müəllimlər sırasından azad edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə qarşı “işə bərpa olunma və aylıq pul təminatının ödənilməsi tələbi” ilə Şərur Rayon Məhkəməsinə müraciət etdikdən sonra 27 aprel 2023-cü il tarixdə Şəhriyar kənd tam orta məktəbinin hərbi rəhbəri və fiziki tərbiyə müəllimi kimi işə bərpa olunduğundan, hazırda iddiaçı iddia tələbini dəyişdirərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün məcburi işə buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının hesablanaraq cavabdeh tərəfindən ona ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 47-ci maddəsinə əsasən əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; -311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186- cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; -186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. -186-cı maddəsinin İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən onun yazılı izahatının alınıb-alınmamasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunvericilik işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Hazırki iş üzrə əmək müqaviləsi ləğv edilərkən istinad edilən Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə uyğun olaraq, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi ləğv oluna bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallarda yol verilir. Belə ki, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Bunun üçün eyni zamanda işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. Hazırki işdə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları və iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu və digər amilləri nəzərə alaraq ona başqa intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Belə ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olunmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” kimi intizam tənbeh növünün verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaratmış olacaqdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; - 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi Əmək Məcəlləsinin 80-ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməsi qeyd edilmişdir. Lakin məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi “həmin ərəfədə Axaməd kənd tam orta məktəbində həmkarlar təşkilatı fəaliyyət göstərmədiyindən müvafiq rəyin alınmasının mümkün olmadığını” bildirmişdir. Bununlada işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan madəsinin tələblərinə də əməl etməmişdir. Beləliklədə məhkəmə qeyd edir ki iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini, işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu əsaslandırmamış, işçinin əmək funksiyasını yerinə yetirmədiyinə görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ilə xitam verildiyini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur ki, nəticədə iddiaçı öz iradəsindən asılı olmayaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün məcburi iş buraxmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün məcburi işə buraxma ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı ödənilməlidir. Belə ki, qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə əmək mübahisəsinə baxan təşkilat işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının ödənilməsidə məhkəmə qətnaməsilə müəyyən edilir. Həmçinin iddia tələbinin məcburi işburaxma ilə əlaqədar aylıq pul təminatının hesablanaraq ona ödənilməsi hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... ; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən, özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün məcburi işə buraxma ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-452/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-452/2023
07.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver