Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-462/2023 11.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən mülkiyyətində olan Şərur şəhəri, Şəhriyar küçəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması və torpaq sahəsində istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2000-ci il tarixdə Şərur rayon Şəkər şirkətinə ərizə ilə müraciət edərək şirkətin balansında olan Şərur şəhər Şəhriyar küçəsində yerləşən iki otaqlı yaşayış evinin istifadəsiz qaldığından özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etdiyini, Şərur rayon Şəkər şirkətinin 23 noyabr 2000-ci il tarixi 6 saylı və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyin 15 noyabr 2000-ci il tarixli 3/212 saylı məktublarına əsasən Dövlət büdcəsinə ******* (bir milyon beş yüz əlli min) manat pul ödəyərək Şərur rayon Şəkər şirkətinin balansında olan Şərur şəhəri Şəhriyar küçəsində yerləşən iki otaqlı yaşayış evini özəlləşdirərək satın aldığını, 27 noyabr 2000-ci il tarixdə həmin yaşayış binasına Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Əmlakı Nazirliyi X1 tərəfində Müəssisə və obyektin Texniki Pasportu, xx.xx.2000-ci il tarixdə isə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Naxçıvan MR Dövlət Əmlakı Nazirliyi tərəfindən Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə verildiyini, 2001-ci il tarixdə isə həmin iki otaqlı yaşayış evinin yerləşdiyi 600 m2 torpaq sahəsini Dövlət Büdcəsinə 549000 (beş yüz qırx doqquz min) manat ödəyərək özəlləşdirdiyini və xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Naxçıvan MR Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 3 saylı reyestr kitabının 7-ci səhifəsində 17 № ilə qeyd edilmiş Özəlləşdirilmiş Müəssisə və Obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququmu təsdiq edən Şəhadətnamə əsasında xüsusi mülkiyyətinə verildiyini, qeyd olunan torpaq sahəsinin həmin tarixdən bu günə kimi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq keçmiş Respublika rəhbərliyinin qohumları tərəfindən zəpt edildiyini və həmin torpaq sahəsindən istədiyim kimi istifadə edilməsinə maneələr törədilmişdir. Bildirirəm ki, haliyədə həmin torpaq sahəsi tamamilə boş olduğunu və üzərində heç bir tikili olmadığını və Şərur rayon Yuxarı Aralıq kənd sakini Cavabdeh həmin torpaq sahəsinin giriş qapısına kilid vuraraq onu mülkiyyətində olan torpaq sahəsinə buraxmadığını və həmin torpaq sahəsindən istədiyi kimi istifadə etməyinə imkan vermədiyini, bununlada Cavabdeh onun mülkiyyət hüququnu pozduğunu, Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istədiyi kimi istifadə etməyinə törədilən maneələr aradan qaldırılmalı və torpağa mülkiyyət hüququ təmin edilməli, mülkiyyətçi kimi həmin torpaq sahəsindən istədiyi kimi istifadə hüququm təmin edilməli olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında həqiqətəndə cavabdehin məhkəməyə göndərdiyi torpaq sahəsinin plan və ölçüsündə əks olunmuş torpaq sahəsinin hazırki mübahisə predmeti olan ona məxsus olan torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin X3 daimi istifadəsinə verildiyindən xəbərinin olmadığını, ümumiyyətlə X4 tanımadığını, buna baxmayaraq mülkiyyətində olan torpaq sahəsindən istədiyi kimi istifadə etməyinə törədilən maneələr aradan qaldırılmalı və torpağa mülkiyyət hüququ təmin edilməli, mülkiyyətçi kimi həmin torpaq sahəsindən istədiyi kimi istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının izahatına və iş materialında digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialında olan: - Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 15 noyabr 2000-ci il tarixli 3/212 saylı məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyi şirkətin balansında olan 2 otaqlı yaşayış evinin istifadəyə yarasız olduğunu nəzərə alaraq özəlləşdirilməsinə etiraz etməmişdir; - Naxçıvan Muxtar Respublikası X5 X6 və Tədarükü "xxxx" şirkəti Şərur rayon Şəkər Şirkətinin 23 noyabr 2000-ci il tarixli məktubundan görünür ki, Şərur rayon Şəkər şirkətinin direktoru H.Novruzov Naxçıvan MR Dövlət Əmlak nazirinə məktub ünvanlayaraq Şərur rayon Şəkər şirkətinin balansında duran 1980-ci ildə tikilmiş 2 otaqlı yaşayış binası istifadəsiz qaldığından Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin 15 noyabr 2000-ci il tarixli 3/212 saylı razılıq məktubunu nəzərə alaraq şirkətin işçisi İddiaçı adına özəlləşdirilməsinə sərəncam verilməsini xahiş etmişdir; - Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 27 noyabr 2000-ci il tarixli 1/100 nömrəli texniki pasportundan görünür ki, Şərur şəhəri Şəhriyar küçəsində yerləşən Şəkər Şirkətinin 2 otaqlı yaşayış sahəsi İddiaçı adına qeydiyyata alınmışdır; - Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 14 dekabr 2000-ci il tarixli 0050 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməndən görünür ki, İddiaçı Şərur şəhəri Şəhriyar küçəsində yerləşən 2 otaqlı yaşayış binasını qüvvədə olan qanunvericilik əsasında satın almışdır və həmin onun daimi toxunulmaz mülkiyyətidir; - Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 10 yanvar 2001-ci il tarixli 0017 nömrəli özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüqununu təsdiq edən şəhadətnamədən görünür ki, Şərur şəhəri Şəhriyar küçəsində yerləşən 2 otaqlı yaşayış binasının yerləşdiyi torpaq sahəsi Şərur rayon Zeyvə kənd sakini İddiaçı daimi toxunulmaz mülkiyyətidir; - 11 dekabr 2000-ci il tarixli 1 nömrəli qəbzdən görünür ki, İddiaçı iki otaqlı yaşayış binasının özəlləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Naxçıvan BUS Bankda olan ********** nömrəli hesabına ******* (bir milyon beş yüz əlli min) manat pul ödəmişdir; - 09 yanvar 2001-ci il tarixli 1 nömrəli qəbzdən görünür ki, İddiaçı 600 kv.m torpaq sahəsinin özəlləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Naxçıvan BUS Bankda olan ********** nömrəli hesabına 549000 (beş yüz qırx doqquz min) manat pul ödəmişdir; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin xx.xx.2023-cü il tarixli, **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi ünvan 4inin xx.xx.2023-cü il tarixli, 3M-245 qeydiyyat nömrəli daimi istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında X3 daimi istifadəsinə verilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Şərur şəhəri, Şəhriyar küçəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi, Şərur rayon Zeyvə kənd sakini İddiaçı mülkiyyətində olsa da, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, haliyədə həmin torpaq sahəsi ünvan 4inin xx.xx.2023-cü il tarixli, 3M-245 qeydiyyat nömrəli daimi istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında X3 daimi istifadəsinə verilmişdir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi üzrə tələbin yönəldiyi subyekt -Cavabdeh hazırki iddia tələbinə cavab verməli subyekt deyil, o,iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və hazırki iş üzrə əsl cavabdeh deyildir. Ona görədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmçinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, Cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs olmadığından hazırki iş üzrə iddiaçı ona qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da onun Cavabdeh tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcədə həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi yalnız iddia tələbinin yonəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına gorə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mubahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi gostərilən şəxsin iddia uzrə cavab verməli şəxs olub-olmamasını muəyyən etməlidir. Hazırki iş uzrə qeyd olunan halın düzgün muəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mubahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti muəyyənləşdirmək bilavasitə iddiaçının mustəsna hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə gorə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla muəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə gorə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata kecirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını numayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə muəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, prosessual qanunvericiliyə gorə iddia tələbinin yonəldiyi fiziki və hüquqi şəxslər cavabdeh ola bilərlər. Qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin daimi istifadəçisi başqa şəxs olduğundan Cavabdeh iş uzrə cavabdeh ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair ünvan 4inin xx.xx.2023-cü il tarixli, 3M-245 qeydiyyat nömrəli daimi istifadə hüququnun alqı-satqı müqaviləsi mövcud olduğundan, hazırki vəziyyətdə cavabdehin əsl cavabdehlə əvəz edilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə tələbin yönəldiyi subyektin buna cavab verməli subyekt olmadığını iddiaçının nəzərinə çatdırsada, iddiaçı məhkəmədən mövcud iddia tələbi əsasında işə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı konkret olaraq Cavabdeh qarşı tələb irəli sürmüşdür. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğu nəzərdə tutur. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-462/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-462/2023
11.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver