Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-480/2024 12.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxslər X1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi İsmayıl oğlunun Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində onların ailəsinin 6 nəfər ailə üzvündən ibarət olduğunu, atası X2 1978-ci ildə vəfat etdiyini, anası X6 isə 2001-ci ildə vəfat etdiyini, ondan ünvan 1indəki torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin miras qaldığını, anası X6 vəfat edəndən onun anasından qalan mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, anası X4 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun mirasın qəbulu faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bunula bağlı qonşularının da şahidlik edə biləcəyini, ona görə də məcbur qalıb məhkəmə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında anasının 2001-ci ilin sentyabr ayının 14-də rəhmətə getdiyini, anası rəhmətə gedəndən sonra həmin evdə onun ailəsi, uşaqları, həmçinin qardaşı Xəyaləddinin və qardaşı Cəsarətin ailəsi-uşağı ilə birlikdə yaşadıqlarını, qardaşı, Cəsarətin bir il orada yaşadıqdan sonra Türkiyəyə getdiyini, ailəsi və uşaqlarının 2005-ci ilədək orada yaşadıqlarını, sonradan Bakı şəhərinə köçdüklərini, qardaşı Xəyaləddinin 2005ci ildə ailə qurub Bakı şəhərinə köçdüyünü, qardaşı Fərmayılın anası rəhmətə getdiyi vaxtı Şərur rayonunda kirayədə yaşadığını, 2002-2003-cü illərdə gəlib ana həyətinin bitişik torpaq alaraq özünə ev tikdiyini, haliyyədə orada yaşadığını,ana həyətinin bir hissəsini isə əkib becərdiyini, anası rəhmətə getdikdən sonra mirası faktiki qəbul etdiyini, evin çardağını qardaşı Xəyaləddinin dəyişdirdiyini, özünün bağ saldığını, tövlə tikdiyini, əlavə evi təmir etdiyini, köməkçi tikililər tikdiyini bildirərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs X3 izahatında anasının 2001-ci ildə rəhmətə getdikdən sonra həmin evdə qardaşları Cəsarət ailəsiylə, Könül ailəsi ilə, Xəyaləddinin yaşadığını, həmin ərəfədə özünün rayonda kirayədə yaşadığını, 2002-ci ildə onun həmin evə köçərək orada yaşadığını, 2005-ci ildə anasına məxsus torpaq sahəsinə bitişik ərazidən torpaq sahəsi alaraq özünə ev tikdiyini, anasına məxsus torpaq sahəsinin isə bir hissəsini bu günədək əkib becərdiyini, bir hissəsində özünə ev tikdiyini, həmin torpaq sahəsinin bir hissəsini əkib becərdiyini, qardaşı Könülün ailəliklə bu günədək həmin evdə yaşadığını, təsərrüfat apardığını, torpaq sahəsini əkib becərdiyini, buna etirazının olmadığını, lakin həmin miras əmlakı bütün qardaşların qəbul etdiyini, həmin evin Könül tərəfindən öz adına keçirilməsinə etiraz etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs3 izahatında anasının 2001-ci ildə rəhmətə getdikdən sonra həmin evdə onun ailəsiylə, Könülün ailəsi ilə, Xəyaləddinin yaşadığını, Fərmayılın həmin torpaq sahəsinin bir hissəsində özünə ev tikdiyini, bugünədək orada yaşadığını, Könülündə bu günədək həmin həmin evdə ailəsi ilə birlikdə yaşadığını, təsərrüfatı idarə etdiyini, buna etirazının olmadığını, lakin həmin miras əmlakı bütün qardaşların qəbul etdiyini, həmin evin Könül tərəfindən öz adına keçirilməsinə etiraz etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs4 izahatında anasının 2001-ci ildə rəhmətə getdikdən sonra həmin evdə onun, Könülün ailəsi ilə, Cəsarətin ailəsiylə yaşadığını, 2005-ci ildə ailə qurub Bakı şəhərinə köçdüyünü, Könülün ailəsi ilə həmin evdə yaşadığını, 2005-ci ilə qədər Cəsarətin ailəsi ilə yaşadığını, Fərmayılın 2003-cü ildə həmin torpaq sahəsində özünə ev tikdiyini, bugünədək ailəsi ilə orada yaşadığını, Könülündə bu günədək həmin həmin evdə ailəsi ilə birlikdə yaşadığını, təsərrüfatı idarə etdiyini, buna etirazının olmadığını, lakin həmin miras əmlakı bütün qardaşların qəbul etdiyini, həmin evin Könül tərəfindən öz adına keçirilməsinə etiraz etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarına və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 43 nömrəli arayışından görünür ki, mərhum X6 aşağıdakı tərkibdən ibarət varisləri vardır:
1. Ərizəçi
2. X3
3. Maraqlı şəxs3
4. Maraqlı şəxs4 - Ərizəçi Maraqlı şəxs1ndə vermiş olduğu ərizəsində bildirmişdir ki, ünvan 1ində yaşamış xx.xx.2001-ci ildə vəfat etmiş anam X4 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş edirəm. miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir; - Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnamələrindən görünür ki, ünvan 1i ünvanındakı yaşayış evinın sığorta haqqı Ərizəçi tərəfindən ödənilmişdir; - Naxçıvan MR rabitə və Yeni Texnologiyalar Nazirliyinin Şərur Rayon Rabitə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 1i ünvanında ***-**-** nömrəli sabit şəbəkə telefonunun rabitə xərci Ərizəçi tərəfindən ödənilmişdir; - Şərur rayon Tənənəm Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Tənənəm kənd bələdiyyəsinə heç bir əmlak, torpaq, kommunal borcu yoxdur: - Naxçıvan MR Qaz istismar Xidmətinin Şərur Rayon Qaz İstismar İdarəsi tərəfindən verilmiş arayışından görünür ki, ünvan 1i ünvanında ********* abonent kodlu qaz pulu Ərizəçi tərəfindən ödənilmişdir: - Dövlət Energetika Xidmətinin Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışından görünür ki, ünvan 1i ünvanında ********* abonent kodlu enerji pulu Ərizəçi tərəfindən ödənilmişdir; - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 07 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 1ində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - Şərur rayon Dövlət Arxivinin 07/266 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Şərur ryon Dövlət Arxivində mühafizə olunan Tənənəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1991-1995-ci illərə aid 2 №li təsərrüfatbaşına kitabında ünvan 1 sakini X13 ailə başçısı olmaqla adına ümumi sahəsi 36 kv.metr olan mənzil, 0.12 ha torpaq sahəsi qeydə alınmış və aşağıdakı ailə üzvlərinin olduğu müəyyən edilmişdir;
1. Ərizəçi
2. X3
3. Maraqlı şəxs3
4. Maraqlı şəxs4 - JN-103A KOD 10200038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Maraqlı şəxs3 və Maraqlı şəxs4 ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 1ində 0.16 hektar fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi verilmişdir; - JN-103B KOD 10200038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Maraqlı şəxs3 və Maraqlı şəxs4 ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 1ində 0.01 hektar fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi verilmişdir; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli AZ-İ № 080288 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2001-ci il tarixində ünvan 1ində ağciyər ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir; - İliç rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X7, anası X9r; Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin və maraqlı şəxsin izahatları ilə müəyyən edilmişdir ki, ərizəçinin anası mərhum X13 xx.xx.2001-ci il tarixdə öldükdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə anasından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə mərhum X10 digər vərəsələri X1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il tarixdə ölmüş mərhum X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə ölmüş mərhum X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev