Məhkəmə qərarları › İş №2(110)-490/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-490/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-490/2020 14.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “əmlakından məcburi çıxarılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Şərur rayon Kürkənd kəndində yerləşən daşınmaz əmlakdan Cavabdeh məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında X3 məhkəməyə ərizə təqdim edərək cavabdehlə aralarındakı mübahisəni məhkəmədənkənar həll etmələri məqsədilə iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçının iddia ərizəsinin baxılmamış saxlanması və sənədlərinin geri qaytarılması haqda ərizəsinə etirazının olmamasını bildirdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin də verilmiş ərizəyə etirazı olmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 54428 №li qəbzlə "Kapital Bank" Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Cavabdeh qarşı “əmlakından məcburi çıxarılması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 54428 №li qəbzlə "Kapital Bank" Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat manat dövlət rüsumu ona qaytarılsın. X2 izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar