Məhkəmə qərarları › İş №2(110)-50/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-50/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-50/2022 23.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Qışlaqabbas kənd sakini X1 ona verdiyi 5300 kq arpanın dəyəri olan 2395 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 44 (qırx dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi təsərrüfatla məşğul olduğunu və həmin qazancı ilə də aiəsini dolandırdığını, Şərur rayon Qışlaqabbas kənd sakini X2 2021-ci ilin avqust ayında gələrək ondan nisyə arpa almaq istədiyini, onun isə nisyə satmadığını bildirdiyini, iki gün sonra təkrar gələrək onun pulunu 18 avqustda verəcəyini bildirdiyini, onun da razılaşdığını və ona kiloqramı 47 qəpikdən 5300 kq arpa verdiyini, Səfərin ona təkrar arpanın pulunu 18 avqustda verəcəyini deyib getdiyini, avqustun 18-də ona zəng edərək pulunu istədiyini, onun isə bir gün daha vaxt istədiyini, həmin vaxtdan Səfərdən ona olan borcunu tələb edəndə hərdən bir yalan dediyini, müxtəlif bəhanələr gətirərək hər dəfəsində ondan vaxt istədiyini, göstərilən səbəblərdən ağır maddi vəziyyətə düşdüyünü, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Şərur rayon Qışlaqabbas kənd sakini X1 ona verdiyi 5300 kq arpanın dəyəri olan 2395 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 44 (qırx dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 dekabr 2021-ci il tarixdə keçirilən Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsində cavabdeh X3 qarşı “pul tələbinə” dair iddia qaldırdığını, 20 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində ifadə verən Cavabdeh ifadəsində 2395 manat dəyərində arpanı özünün aldığını, X2 təkcə sürücü kimi iştirak etdiyini bildirdiyini, buna görə də iddia tələbini Cavabdeh yönəldərək 2(110)-838/2021 saylı mülki iş üzrə iddia ərizəsi üzrə cavabdeh X2 əvəzinə Cavabdeh qismində işə cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-838/2021 nömrəli, 20.12.2021-ci il tarixli qərardadı ilə cavabdeh X5 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahatında 2021-ci ilin avqust ayının 15-də Abuzərov Səfərin atası Abuzərov Məhərrəmin ona zəng edərək ondan buğda almaq istədiyini bildirdiyini, o da cavabında buğdası olmadığını, arpası olduğunu dediyini, sonrakı gün Səfərin ona zəng edərək arpaya baxmağa gəldiklərini bildirdiyini, Cavabdeh Akif oğlu ilə birlikdə arpaya baxdıqdan sora arpanı nisyə almaq istədiklərini, o da nisyə satmadığını bildirdiyini, pulunu avqust ayının 18-i pulunu verəcəklərini dediklərini, Səfərin “Ruslan pulunu verməsə mənə vercəyəm” dediyini, buna görə də razılaşdığını, 18 avqust tarixində Səfərə zəng edərək, pulunu tələb etdiyini, Səfərin ondan 1 gün də vaxt istədiyini, daha sonra Səfərin Rusiya Federasiyasına getdiyini, Ruslanın da pulu ödəmədiyini bildirərək, məcbur qalıb məhkəməyə müraciət etdiyini, məhkəmə iclasında şahid qismində ifadə verən Cavabdeh ifadəsində 2395 manat dəyərində arpanı özünün aldığını, X2 təkcə sürücü kimi iştirak etdiyini bildirdiyini, bundan sonra məhkəməyə ərizə verərək cavabdeh X2 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etdiyini, məhkəmənin qərardadı ilə Cavabdeh qismində işə cəlb edildiyini, məhkəmədə Cavabdeh borcunu etiraf edərək 2022-ci ilin yanvar ayının 10-na kimi borcunu verəcəyini bildirsə də, bu günədək ona olan borcunu ödəmədiyini qeyd edərək məhkəmədən Cavabdeh 5300 kq arpanın dəyəri olan 2395 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 44 (qırx dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini bildirərək iddiaçıya borcunun olmasını etiraf etməsi barədə ərizəni məhkəməyə təqdim edərək ərizəsində 16 avqust 2021-ci il tarixdə İddiaçı 2395 manat dəyərində arpanı nisyə satın aldığını, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, qısa müddət ərzində borcunu ödəyəcəyinə söz verdiyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin ona izah olunduğunu və aydın olduğunu qeyd etmişdir. 20 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə məhkəmə baxışı iclasında iddiaçının təşəbbüşü ilə dəvət edilərək şahid qismində iştirak edən X7 ifadəsində 2021-ci ilin avqust ayında Ruslanla Səfərin onların həyətinə gəldiyini, həyat yoldaşı Rövşəndən 1 kiloqramı 47 qəpikdən olmaqla 5100 kiloqram arpa alaraq avtomobilə yüklədiklərini, lakin pulunu vermədiklərini, həyat yoldaşının Səfərə “mən səni tanıyram, Ruslanı tanımıram” dediyini, o da cavabında problem yoxdur, pulunu 2 günə gətirəcəyik dediyini, avqust ayının 18-də Ruslanla Səfərin yenidən onların həyətinə gəldiyini, Rövşənə əlavə ”2 gün vaxt ver pulunu gətirəcəyik” dediklərini, avqust ayının 20-si Ruslanın arpanı Xanlıqlar kənd sakini Koroğlu adlı şəxsə satdığını, qarşılığında quzu aldığını, həmin quzuları İbadulla kəndində 50 manata satdığını öyrəndiklərini bildirdi. 20 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə məhkəmə baxışı iclasında iddiaçının təşəbbüşü ilə dəvət edilərək şahid qismində iştirak edən X4 ifadəsində arpanı qardaşı Rövşənlə şərik əkdiklərini, təxminən 4 ay əvvəl qardaşının ona zəng edərək, arpanı almaq üçün müştərinin gəldiyini, arpanı yükləmək üçün kömək lazım olduğunu dediyini, qardaşının həyətinə gedən zaman Ruslan və Səfərin orada olduğunu gördüyünü, birlikdə arpanı yük avtomobilinə yüklədiklərini, qardaşının 5100 kiloqram arpanı 1 kiloqramını 47 qəpiyə satdığını, Ruslan və Səfərin arpanın pulunu 2-3 gün sonra gətirəcəklərini dediklərini, lakin gətirmədiklərini, qardaşının dediyinə görə Ruslanı arpa alması üçün Səfərin gətirdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini və cavabdehin iddianı etiraf etməsinə dair ərizəni qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh borcun etirafı barədə ərizəsinin məzmunundan görünür ki, o, 16 avqust 2021-ci il tarixdə İddiaçı 2395 manat dəyərində arpanı nisyə satın aldığını, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, qısa müddət ərzində borcunu ödəyəcəyinə söz verdiyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin ona izah olunduğunu və aydın olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.”“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın”etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və”digər”hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və”digər”hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı iddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı iddiaçı Şərur rayon Ələkli kənd sakini Cavabdeh iddiaçıya 2395 (iki min üç yüz doxsan beş) manat məbləğində borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən, eyni zamanda iddia təmin edildiyindən iş üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Şərur rayon Ələkli kənd sakini Cavabdeh 5300 kq arpanın dəyəri olan 2395 (iki min üç yüz doxsan beş) manat və 44 (qırx dörd) manat dövlət rüsumun əvəzi olmaqla, ümumilikdə 2439 (iki min dörd yüz otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar