Məhkəmə qərarları › İş №2(110)-515/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-515/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-515/2025 07.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1967-ci il tarixdə Balakən rayon Qullar kəndində anadan olmağı, anasının X1, atasının isə X3 olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsində məhkəmədə Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə iddia qaldırdığını, hal-hazırda ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizsində bildirmişdir ki, Maraqlı şəxsnə xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli 2(110)-515/2025 saylı məhkəmə bildirişinizə cavab olaraq bildirirəm ki, üzrlü səbəbə görə məsafə uzaq olduğu üçün Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlıq iclasında iştirak edə bilmirik. Odur ki, 07 may 2025-ci il tarixə saat 09:15-ə təyin edilmiş məhkəmə baxışına hazırlıq iclasını səlahiyyətli nümayəndəmizin iştirakı olmadan keçirilməsini və mülki işin məhkəmə baxışına təyin edilərək, məhkəmə baxışı iclasının vaxtı barədə şöbəmizə məlumat verməyinizi Sizdən xahiş edirəm. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinın ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da ərizəçiya geri qaytarılmalıdır Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 170, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə mülki iş üzrə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar