Məhkəmə qərarları › İş №2(110)-523/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-523/2023

31.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-523/2023 31.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul tələbi”nə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 03 nömrəli qərarı ilə JN-1422 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən X9 ailə başçısı olmaqla 7 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alınması üçün ödədiyi 2450 manat, əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqini 2050 manat, cəmi 4500 (dörd min beş yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 65 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2016-cı ildə Cavabdeh əmisi X7 ilə birlikdə onlara gələrək onlara təcili pul lazım olduğunu, Şərur rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 03 nömrəli qərarı ilə JN-1422 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən atası X9 ailə başçısı olmaqla 7 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq istədiyini bildirdiyini, onun Cavabdeh pulu olmadığını, bir baş yanı balalı inəyi olduğunu, həftə sonu inəyi sataraq torpağın pulunu verə biləcəyini bildirdiyini və cavabdehlə əmisi X4 yanında həmin torpaq sahəsini 2450 (iki min dörd yüz əlli) manata satın almaq barədə razılaşdıqlarını, onun həftə sonu bir baş yanı balalı inəyi bazarda sataraq əvvəlcədən razılaşdıqları kimi 2450 (iki min dörd yüz əlli) manat nağd pulu həmkəndlisi-cavabdehin əmisi X2 yanında Cavabdeh ödəyərək həmin torpaq sahəsini ondan satın aldığını, Həmin vaxt onun həmin torpaq sahəsini adına notarial qaydada rəsmiləşdirmək istəsə də mülkiyyətçilərdən bəzilərinin Türkiyə Respublikasında olması səbəbindən torpaq sahəsini adına rəsmiləşdirə bilmədiyini və cavabdehin əmisi X4 ona onun zamin olduğunu, digər mülkiyyətçilər də gəldikdən sonra torpağı notarial qaydada adına rəsmiləşdirəcəklərinə söz verdiyini, onun bir həmkəndli kimi onlara inandığını və həmin vaxt torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirmədən 2450 (iki min dörd yüz əlli) manat nağd pul ödəyərək torpaq sahəsini Cavabdeh satın aldığını və həmin torpaq sahəsinin 2016-cı ildən 2023-cü ilədək onun istifadəsində olduğunu, bu müddət ərzində dəfələrlə Cavabdeh alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini bildirsə də hər dəfə cavabdeh mülkiyyətçilərin Türkiyə Respublikasında olduqlarını, qayıtdıqdan sonra rəsmiləşdirəcəyini bildirərək torpaq sahəsinini alqı-satqısının rəsmiləşdirilməsindən yayındığını, 2023-cü ilin fevral ayında cavabdehin qardaşı X1 Respublikasından gələrək birgə mülkiyyətlərində olmuş torpaq sahəsinin satılmasına razılıq vermədiyini və torpaq sahəsini geri qaytarmaq istədiyini bildirdiyini, onun Zamin Sultanova torpaq sahəsini əmisi X4 yanında qardaşı Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat nağd pul ödəyərək satın aldığını bildirərək torpaq sahəsini almaq üçün qardaşına ödədiyi pulu və əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqini ödəməyəcəkləri təqdirdə torpaq sahəsini onlara qaytaracağını bildirdiyini, Zamin Sultanovun ona torpağı geri qaytarmaq üçün 2000 manat pul təklif etdiyini, onun razılıq vermədiyini və torpaq sahəsini qardaşı Müslümə 2000 manat yox, 2450 (iki min dörd yüz əlli) manat nağd pul ödəməklə satın aldığını, ona görə də ona 2450 (iki min dörd yüz əlli) və əldən çıxmış fayda qismində torpaq sahəsinin bu günə olan qiymətinin fərqini 2050 (iki min əlli) manat, cəmi 4500 (dörd min beş yüz) manat ödəməsini bildirdiyini, ona görə də Zamin Sultanovun ona qarşı Şərur rayon Məhkəməsində birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə olan maniələrin aradan qaldırılması tələbi ilə iddia qaldırdığını və Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-212/2023 saylı Qətnaməsi ilə Zamin Sultanovun iddia tələbinin təmin edildiyini, ona görə də onun, Cavabdehddan həmin torpaq sahəsini almaq üçün ona ödədiyi 2450 (iki min dörd yüz əlli) manat pulun və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə bazar qiyməti ilə dəyərinin fərqini ona ödəməsini bildirdiyini, Cavabdeh isə məsələni qardaşı Zaminlə öz aralarında həll etmələrini və ona pul verməyəcəyini bildirdiyini, onun ona torpaq sahəsinin alqı-satqısını əmisi X4 yanında onunla razılaşdığını, pulu ona verdiyini xatırladaraq pulu onun ona qaytarmasını bildirsə də Cavabdeh torpaq sahəsini almaq üçün ona ödədiyi pulu və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan dəyərinin fərqini ona qaytarmaqdan imtina etdiyini, onun həmin torpaq sahəsini 2016-cı ildə aralarında olan razılaşmaya əsasən Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat nağd pul ödəməklə satın aldığını, bu gün həmin torpaq sahəsinin qiyməti 4500-5000 manat olduğunu və onun həmin torpaq sahəsini 4500 manata satsaydı burdan 2050 manat təmiz qazanc əldə etmiş olacağını, beləliklə mübahisəli torpaq sahəsinin qaytarılması nəticəsində ona (torpaq sahəsinin alınması üçün 2450 manat, əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi 2050 manat) ümumilikdə 4500 (dörd min beş yüz) manat zərər vurulduğunu və Cavabdeh ondan aldığı torpaq sahəsini qaytarmağıma görə dəymiş zərərin əvəzini ona ödəməli olduğunu bildirmişdir. Məhkəmədə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. 31 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının vəsatətinə əsasən məhkəməyə dəvət edilən şahid X7 ifadəsində Cavabdeh onun qardaşı oğlu olduğunu, Müslümün həmin torpaq sahəsini İddiaçı 2000 manata satdığını bildiyini, Müslümlə Bəhrəmin razılaşmalarında onların yanında olmadığını, lakin torpaq sahəsini 2000 manata Bəhrəmə satdığını Müslümdən eşitdiyini, Müslümün torpaq sahəsini satmasına görə ailədə münasibətlərinin pozulduğunu, Müslümün Bəhrəmə verib torpaq sahəsini geri qaytarmasına görə 1200 dollar pul göndərdiyini, pulu Bəhrəmin oğluna verdiyini, lakin qəbul etmədiyini, atam bilər dediyini, atası ilə danışdıqdan sonra pulu qəbul etmədiyini, daha sonra Müslümün qardaşı Zaminin gəldiyini, torpaq sahəsini qaytarmaq üçün Bəhrəmin evinə getdiyini, Zaminin Bəhrəmə 2000 manat pulu geri qaytarmağı təklif etdiyini, lakin Bəhrəm qəbul etmədiyini, torpaq sahəsinin qiymətinin artdığını dediyini, daha sonra Zaminin torpaq sahəsinin qaytarılması üçün məhkməyə müraciət etdiyini və məhkəmənin qətnaməsi ilə torpaq sahəsinin geri qaytarıldığını, Bəhrəmində 8 il ərzində həmin torpaq sahəsindən istifadə etdiyini, qazanc əldə etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 2(110)-212/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-142 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə X6 və digər ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş Şərur rayon Muğanlı kəndində yerləşən 0.96 ha torpaq sahəsindən istifadəyə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan Şərur rayon Muğanlı kənd Bələdiyyəsinin 04 saylı 08.2023-cü il tarixli arayışıdan qeyd olunmuşdur ki, Muğanlı kəndində qeydiyyatda olmuş mərhum X3 adına və ailə üzvlərinə məxsus 0.96 ha torpaq sahəsini 2016-cı ildə İddiaçı satılmış və həmin ildən torpaq pulu və su pulu İddiaçı tərəfindən ödənilmişdir. Haliyyədə Muğanlı kənd Bələdiyyəsinə heç bir borcu yoxdur. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə 152 saylı qəbzlə Dövlət büdcəsinə 65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 03 nömrəli qərarı ilə JN-1422 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən atası X9 ailə başçısı olmaqla 7 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 2016-cı ildə X5 övladı Cavabdeh ailəsinin Türkiyə Respublikasında olmasından istifadə edərək ailə üzvlərinə məxsus torpaq sahəsini satmaq istədiyini bildirmiş və iş üzrə İddiaçı ilə öz aralarında həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan şifahi razılaşmaya əsasən İddiaçı həmin torpaq sahəsini almışdır. Lakin məhkəmə tədqiqqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin torpaq sahəsində pay hüququna malik olmamış, həmçinin ailə üzvlərinin heç birinin həmin torpaq sahəsinin satılmasına dair razılıqları iş materialına əlavə olunmamışdır. Həmçinin İddiaçı mübahisə predmeti olan torpaq sahəsini alması müqavilində Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul ödədiyini iddia etsədə, məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X4 ifadəsində, həmçinin iş materialında olan Şərur Rayon Məhkəməsinin 2(110)-212/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində həmin torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən 2000 (iki min) manat ödənilməsi təsdiqini tapmışdır. İddiaçı buna öz etirazını bildirsədə, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Şərur Rayon Məhkəməsinin 2(110)-212/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti torpaq sahəsinin mülkiyyətçiləri iddiaçının ödədiyi 2000 manat pulu könüllü olaraq qaytarmağa razırdırlar. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə torpaq sahəsinin alınmasına görə 2000 (iki min) mant məbləğndə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbi üzrə əldən çıxmış fayda qismində iddiaçının tələb etdiyi həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqi olan 2050 manatın cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir əqd olmadığından və tərəflərin razılaşması heç bir qanuni əsasa söykənmədiyindən iddiaçının əldən çıxmış fayda qismində tələbi əsassızdır, təmin edilə bilməz. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: - 1096.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) hüquqlа və yа qаnunlа müdаfiə еdilən bаşqа şəхsə (zərəçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıхаrаn təqsirli, hüquqа zidd (mülki qаnunvеriciliyin nоrmаlаrını pоzаn) əməldir (hərəkət və yа hərəkətsizlikdir). - 1096.2-ci mаddəsinə əsаsən dеlikt törətmiş şəхs mülki hüquqi məsuliyyəti dаşıyır. MM-in mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən - 1097.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) nəticəsində fiziki şəхsin şəхsiyyətinə və yа əmlаkınа vurulmuş zərərin, hаbеlə hüquqi şəхsin əmlаkınа və işgüzаr nüfuzunа vurulumş zərərin əvəzi zərərvurаn tərəfindən tаm həcmdə ödənilməlidir. - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın. - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının təfsirindən belə nəticəyə gəlinir ki, MM-in 1096.1 mаddəsi üzrə dеlikt məsuliyyətinin yаrаnmаsı üçün mülki-hüquq pоzuntsunun tərkibini təşkil еdən аşаğıdаkı еlеmеntlərin оlmаsı zəruridir: а) ziyаnın vurulmаsı, b) ziyаnvurаnın hüquqа və yа qаnunаzidd hərəkəti, c) əvvəlki iki еlеmеntlər аrаsındа səbəbli əlаqə. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin alınıb iddiaçıya ödənilməsi barədə tələbi qanuni və əsaslı olmamışdır. Məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından iddia tələbi maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin alınıb ona ödənilməsi hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət etməsi üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etmişdir, lakin iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı iddiaçıya aid edilməli, 36 (otuz altı) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıdan aldığı 2000 (iki min) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun 36 (otuz altı) manatı olmaqla, cəmi 2036 (iki min otuz altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar