Məhkəmə qərarları › İş №2(110)-551/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-551/2021

17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-551/2021 17.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı idda qaldıraraq, onun 01.02.1970-ci il tarixdən 05.05.1973-cü il tarixədək “Dmitrov” adına üzümçülük sovxozunda fəhlə və 1977-ci ilin mart ayından 1978-ci ilin yanvar ayınadək Naxçıvan Təmir Tikinti Qurğu Stansiyalarında təminatçı işləməsi faktının müəyyən olunması barədə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 17 avqust 2021-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək, Şərur Rayon Məhkəməsində Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair iddia qaldırdığını, hal-hazırda maraqlı şəxslə razılığa gələrək barışdığını buna görədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon şöbəsi ərizəçi iddia ərizəsinin baxılmamış saxlanması haqda ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və maraqlı şəxsin də verilmiş ərizəyə etirazı olmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması“ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ərizəçi izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar