Məhkəmə qərarları › İş №2(110)-560/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-560/2023

07.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-560/2023 07.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi və maraqlı şəxs X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi anası Novruzova Qoçalı qızının xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra sağ qalan vərəsələirinin özünü və qardaşı X3 olduğunu, anasından Şərur rayon Çərçiboğan kəndində yerləşən mülkiyyətində olan JN0031, Kod 10205038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Akına əsasən torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi miras qaldığını, anasının sağlığından və o vəfat edəndən sonra həmin torpaq sahəsini və evi faktiki olaraq qəbul edərək idarə etdiyini, anasından miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2022-ci il tarixində Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd etdiyi halları və ötən məhkəmə iclasında verdiyi izahatını təsdiq etdiyini, anasının bütün tələblərinin onun yerinə yetirdiyini, qardaşına düşən payı anasının verdiyini, anasından sonra həmin evdə kimsə yaşamadığını, lakin evə onun nəzarət etdiyini, işıq pulu və vergiləri onun ödədiyini, ona görə də ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X3 izahatında və verilmiş suallara cavabında ərizəni qəbul etmədiyini, ərizəçinin dedikləri həqiqətə uyğun olmadığını, anasından 3 torpaq sahəsi qaldığını, onlardan birinin üzərində fərdi yaşayış evi olmadığını, anasının evdə tək yaşadığını, anasının pensiyasını da 10 il ərzində qardaşı Firuzun aldığını, anasının 2020-ci ildə vəfat etdiyini, ölümündən sonra açarın qardaşı Firuzda olduğunu, lakin onun da həmin evə və həyətə baxdığını, bağda ağacları suvardığını, qardaşı Firuzla barışmaq istəsə də Firuzun onunla barışmadığını, tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin arasında hüquq haqqında mübahisə olduğunu nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2022-ci tarixli ********* nömrəli qəbzə əsasən "xxxx"ASC-nin Şərur filialı vasitəsilə ödədiyi 100 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2022-ci tarixli ********* nömrəli qəbzə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar