Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-580/2023 14.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi anası X3 xx.xx.2008-ci ildə vəfat etdiyini, ondan ünvan 1 ünvanında fərdi yaşayış evinin miras qaldığını, anası vəfat edəndən həmin evdə ailəsi ilə birlikdə yaşadığını, evin kommunal xərclərini də onun ödədiyini, bacıları X12, X13, X6 və qardaşı X1 mirasdan imtina etdiyini, özünün anasından qalan bütün mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, anası X2 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləciyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, anasının vəfatından əvvəl və sonra ailəsi ilə birlikdə həmin evdə yaşadığını, digər bacılar və qardaşlar arasında mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X23 ifadəsində və verilən suallara cavabında İslamla qonşu olduqlarını, 1980-ci illərdən həmin evdə yaşadığını, İslamın ailəsi ilə birlikdə 1990-cı illərdə Ermənistan Respublikasından gəldiklərini, həmin evi aldıqlarını, o vaxtdan da həmin evdə yaşadıqlarını, anasının vəfatından sonra da həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində və verilən suallara cavabında bina istifadəyə veriləndən həmin binada yaşadığını, 1990-cı illərdə İslamgilin ailəliklə həmin evə köçdüklərini, onlarla qonşu olduğunu, anası ilə birlikdə həmin evi aldıqlarını, anası vəfat etdikdən sonra İslamın həmin evdə ailəsi ilə yaşadığını, hal-hazırda da həmin evdə yaşadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X5 məxsudur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 20.122.2022-ci il tarixli AZ-İ № 334152 nömrəli çıxarışından görünür ki, X11 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 21 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon Düdəngə kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 318 nömrəli arayışından görünür ki, X11 vəfat edəndən sonra onun vərəsələri Ərizəçi, X7, X8, X9, X10 qalmışdır. İş materiallarında olan Naxçıvan MR-ın Rabitə və Yeni Texnologiyalar Nazirliyi Şərur Rayon Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 485 nömrəli arayışından görünür ki, ünvan 1-də yaşayan Ərizəçi ***-**-** nömrəli telefon abunəçisidir və rabitə xərclərini vaxtında ödəyir. İş materiallarında olan Naxçıvan MR-ın Dövlət Energetika Xidmətinin Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 575 nömrəli arayışından görünür ki, Ərizəçi 2017-ci ildən elektrik enerjisinin ödəyicisi kimi qeydiyyatda durur. İş materiallarında olan Şərur MSTİ-nin arayışından görünür ki, ünvan 1-də yaşayan Ərizəçi 2018-ci ildən su ödəyicisi kimi qeydiyyatda durur. İş materiallarında olan Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti Şərur Şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1-də 1996-cı ilin ortalarından etibarən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X11 xx.xx.2008-cü il tarixdə ölmüşdür. Onun vərəsələri Ərizəçi, X7, X8, X9, X4r. X11 öldükdən sonra ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirası qəbul etməmişlər və bu barədə notarial ərizə vermişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X2 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X2 miras qalan fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra Ərizəçi yaşamışdır. Vərəsələr arasında mira əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə də müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-580/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-580/2023
14.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver