Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-599/2023 17.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bibisi X1 mülkiyyətində olan Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən yaşayış mənzilinin miras olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə göndərərək ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə ərizəçinin ərizəsini və maraqlı şəxsin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması ərizəçi tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, ərizəçi tərəfindən xx.xx.2023-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx"ASC-nin Şərur filialı vasitəsilə Şərur Rayon Məhkəməsinə ödədiyi 100 manat (bir yüz) dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2023-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx"ASCnin Şərur filialı vasitəsilə Şərur Rayon Məhkəməsinə ödədiyi 100 manat (bir yüz) dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-599/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-599/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver