Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-604/2022 18.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC şirkətinə vurulmuş maddi ziyana görə 1210 manat, 6 gün nəqliyyat vasitəsi boş durduğu üçün 210 manat, mənəvi vurulmuş ziyana görə 500 manat və onun tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi 1951 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir; - 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir; - 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbi” ilə məhkəməyə müraciət etsədə iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları (FİN nömrəsini), sübutların siyahısını qeyd etməmiş, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallara dair sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə müvafiq olaraq iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumunun ödənilməsi nəzərdə tutlduğndan, iddiaçı 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etdiyindən iddianın qiymətinə müvafiq olaraq 39.20 manat dövlət rüsumu ödəməli idi. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, məhkəmə müraciət etməsi məqsədi ilə iddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsində qeyd olunub ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçı iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yerə dair hər hansı sübut (DİN MAPS arayışı, qeydiyyatda olduğu yeri üzrə İƏDÜ nümayəndəlikdən arayış) əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində işdə iştrak edən şəxslərin adlarının, onların poçt ünvanlarının əlavə etməsinin məqsədi işin məhkəmə baxışının ərazi aidiyyəti baxımından konkret olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmasının müəyyən edilməsi, ona qarşı irəli sürülmüş iddiaya dair onun öz tələb və etirazlarını, həmçinin məhkəmə sənədələrinin onların yaşadığı yer üzrə çatdırılması və tərəflərin iştirakı ilə məhkəmə baxışı iclaslarının keçirilməsinin təmin edilməsindən ibarətdir. Məhz bu baxımından cavabdehlərin rəsmi qeydə alındığı yerin müəyyən edilməsi haqda müvafiq sənədin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, X1 tərəfindən "xxxx" ASC-nin Şuşa filialı vasitəsilə xx.xx.2022-ci il ci il tarixdə 11749 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X1 tərəfindən "xxxx" ASC-nin Şuşa filialı vasitəsilə xx.xx.2022-ci il ci il tarixdə 11749 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-604/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-604/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver