Məhkəmə qərarları › İş №2(110)-616/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-616/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-616/2020 25.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə məcburi qaydada köçürülmə tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Şəhriyar kəndində yerləşən mərhum atası X1 mülkiyyətində olan fərdi yaşayış evində yaşamağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin evə məcburi qaydada köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, əvvəllər eynicavabdehə qarşı eyni tələb ilə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin olunmuş və cavabdeh tərəfindən həmin mənzilə köçüb yaşamasına Cavabdeh icazə vermir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(110)-292/2020 nömrəli qətnaməsindən də görünür ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüqunun tanınması və həmin evə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir.Göründüyü kimi məsələ məhkəmə qərarının icra olunması ilə bağlıdır. Mövcud iddia tələbi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə məcburi qaydada köçürülmə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur rayon Filialında Ödəniş Portalından xx.xx.2020-ci il tarixli 62307 nömrəli qəbzlə X2 hesabına ödənmiş 10 (on) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar