Məhkəmə qərarları › İş №2(110)-630/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-630/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-630/2021 14.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh Məhərrrəm oğluna qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh Məhərrrəm oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağlanmış müqavilənin bənd və maddələrinə əməl edərək, müqavilənin 3-cü bəndinin 3.1 və 3.2 maddələrinə uyğun olaraq 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illər üçün Cavabdeh Məhərrrəm oğlundan İddiaçı MMC-nin xeyrinə 1626 (bir min altı yüz iyirmi altı) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar göstərilən tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbləri baxımından məhkəmə iclasının tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Məhərrrəm oğlu 27.08.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı MMC-nin Şərur rayon Məhkəməsində ona qarşı borcun tutulması barədə iddia qaldırdığını, hərbi qulluqçu olduğundan Naxçıvana gələ bilmədiyini, bu barədə işi hərtərəfli araşdırması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi 26.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində icraatda olan 2(110)-630/2021 saylı iş üzrə məhkəmə baxışının Bakı Şəhəri Xətai Rayon Məhkəməsində keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, tərəflərin vəsatətləri təmin edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət verdiyi halda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; - 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; - 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.5, 45.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh Məhərrrəm oğluna qarşı “pul tələbinə” dair 2(110)-630/2021 saylı mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar