Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-64/2023 01.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlunun iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçılar Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçılar Cavabdeh2 Əsgər oğlunun, Cavabdeh3 və Cavabdeh4 iddiaçı-cavabdeh İddiaçı qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçılar Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı ərizəsində, atası X20 xx.xx.2003-cü il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Şəhriyar kəndində yerləşən 0.35 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin torpaq sahəsində qardaşı Bəxtiyarın atasının sağlığında həyətin aşağısında özünə yaşayış evi tikdiyini, atası, anası və onun onlara aid olan hissədə öz fərdi yaşyış evlərində yaşadıqlarını, son 3 ildi ki, Bəxtiyarın ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığından onun evinə ailəsinin razılığı ilə qardaşı Eldəniz köçdüyünü, atası vəfat edəndən atasının evində onun anası ilə yaşayaraq mirası qəbul etdiklərini, qardaşlarından Bəxtiyar, Əli və Vəli onun xeyrinə mirasdan imtina etdiklərini, bunun üçün miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 Saylı Dövlət Notariat Ofisinə müraciət etdiyini, lakin Notariat Ofisi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləcəyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Eyni zamanda cavabdeh-iddiaçılar Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3 və Cavabdeh4 iddiaçıcavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiasının qanunsuz və əsassız olduğundan rədd edilməsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Əsgər oğlunun mərhum X15 qalmış əmlak üzrə miras qoyan X20 qanuni vərəsələri kimi tanınmaları və miras qalmış ev üzrə onlara çatan payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh-iddiaçılar Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizələrində Naxçıvan MR Şərur Rayon Məhkəməsində icraatınızda İddiaçı cavabdehlər Cavabdeh2 Əsgər oğlu, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi iddiası üzrə mülki işin olduğunu, İddiaçı iddiasını əsaslandırmadığını və mübahisənin həqiqi hallarını təhrif etməklə əsassız tələblər irəli sürdüyünü, belə ki, İddiaçı Naxçıvan MR Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini, həmin iddia ərizəsində, atası X31 xx.xx.2003-cü il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Şəhriyar kəndində yerləşən 0,35 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin torpaq sahəsində qardaşı Bəxtiyarın atasının sağlığında həyətin aşağısında özünə yaşayış evi tikdiyini, atası, anası və onun, onlara aid olan hissədə öz fərdi yaşayış evlərində yaşadıqıarını, son 3 ildi ki, Bəxtiyarın ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığından onun evinə ailələrinin razılığı ilə qardaşı Eldənizin köçdüyünü, atası vəfat edəndən atasının evində onun, anası ilə yaşayaraq mirası qəbul etdiklərini, qardaşlarından Bəxtiyar, Əli və Vəlinin onun xeyrinə mirasdan imtina etdkilərini, bunun üçün miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 saylı Dövlət Notariat Ofisinə müraciət etdiyini, lakin Notariat Ofisi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilməyəcəyini, bununla bağlı qonşuların da şahidlik edə biləcəklərini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini, Azərbaycan Respublikasının MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayıldığını, həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyini, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, yuxarıda göstərilənlərə əsasən Məhkəmədən X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini, Azərbaycan Respublikası MPM -nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlı olduğunu, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməli olduğunu, ona görə də iddiaçı – yəni qardaşları İddiaçı qeyd olunan iddia ərizəsinin onların maraqlarına toxunduğunu və onların qanunla qorunan hüquqlarını pozduğu üçün onların iş üzrə məhkəməyə qarşılıqlı idda ərizəsi ilə müraciət etdiklərini, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının iddia tələblərinin tamamilə əsassız olduğunu və ona görə də təmin oluna bilməyəcəyini, rədd olunmalı olduğunu, belə ki, mərhum ataları X31 ilə anaları X7 birgə nikahından onların səkkiz övladının 6 oğul, 2 qızları olduğunu, onların övladları oğlanları - X13, X32, X28, İddiaçı (iddiaçı) Əsgər oğlu, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh1, qızları isə Cavabdeh3 və Cavabdeh4 olduğunu, onların övladlarının hamısının ataları Əsgər Babayevə məxsus olmuş evdə doğulduqlarını və orada da uşaqlıqlarının və gəncliklərinin keçdiyini, ataları X20 2003-cü ildə vəfat etdiyini, mərhum ataları Əsgər Babayev anaları İsmət Babayeva ilə evləndikdən sonra Naxçıvan MR Şərur rayonun Şəhriyar kəndində olan 0,35 ha torpaq sahəsində (evin üstündə evi inşa edən usta tərəfindən evin 1961-cı ildə inşa edilməsi barədə qeydlər var) 1961-cı ildə inşa edilmiş 2 mərtəbəli olmaqla 5 otaq 1-ci mərtəbədə, 5 otaqda 2-ci mərtəbədə olan həyət evi tikdirdiklərini, onların həmin evdə doğulduqlarını və orda da böyüdüklərini, iddiaçı - Cavabdeh3 – yəni onun 1988-ci ildə Bakı şəhər sakini X21 ilə evlənib, Bakı şəhərinə köçdüyünü, iddiaçı – Cavabdeh4 – yəni onun 2002-ci ilə kimi həmin evdə yaşadığını, 2002-ci ilin sentyabr ayında Şərur rayonun Yenicə kənd sakini X26 ilə evləndiyini və Yenicə kəndinə gəlin köçdüyünü, lakin atasına məxsus olmuş evdən qeydiyyatdan çıxmadığını, hal-hazırda da həmin ünvanda qeydiyyatda olduğunu, faktiki olaraq isə Bakı şəhəri, Binə Atçılıq qəsəbəsində yaşadığını, iddiaçı – Cavabdeh2 Əsgər oğlunun Şərur rayonun Şəhriyar kəndində mərhum ataları Əsgər Babayev tərəfindən 0.35 ha həyətyanı torpaq sahəsində qeyd olunan mübahisəli evdən əvvəl tikilmiş əl damında (daxmada) öz ailəsi ilə birlikdə yaşadığını, həmin əl damının uçub-töküldüyünü, iddiaçı – yəni qardaşları Eldənizin xəstə olduğunu, dövlətdən sosial yardım aldığını, 2-ci qrup əlil olduğunu, onun 2 azyaşlı övladının olduğunu, Eldənizin hal-hazırda yaşadığı evin, “ona ev demək mümkünsə”, qeyd olunan mübahisəli evə heç bir aidiyyətinin olmadığını, qardaşları – X4 2010-cu ildən öz ailəsi ilə birlikdə Bakı şəhərində Binə atçılıq qəsəbəsində yaşadğını, qardaşımız Bəxtiyarın Şərur rayonunun Şəhriyar kəndində evinin olmadığını, qardaşları–X22 Şərur rayonun Şəhriyar kəndində öz adına olan həyətyanı torpaq sahəsində yerləşən şəxsi evində yaşadığını, qardaşları–X16 Şərur rayonun Şəhriyar kəndində öz adına olan həyətyanı torpaq sahəsində yerləşən şəxsi evində yaşadığını, hal-hazırda qardaşları Vəlinin müvəqqəti olaraq Türkiyə Respublikasında işləməklə orada yaşadığını, qardaşları– Cavabdeh1 Şərur rayonun Şəhriyar kəndində öz adına olan həyətyanı torpaq sahəsində yerləşən şəxsi evində yaşadığını, hal-hazırda qardaşları Etibarın öz ailəsi ilə birlikdə müvəqqəti olaraq işləmək üçün Türkiyə Respublikasına getdiyini və orada yaşadığını, qardaşları – İddiaçı (iddiaçı) isə öz ailəsi ilə birlikdə mərhum ataları Əsgər Babayev tərəfindən 1961-ci ildə tikilmiş evdə 2-ci mərtəbədə yaşadığını, anaları İsmətin isə həmin evdə 1-ci mərtəbədə tək yaşadığını, eyni zamanda bildiririk ki, İddiaçı qeyd olunan iddia ərizəsində göstərilir ki, “....atam X31 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Ondan Şərur rayon Şəhriyar kəndində yerləşən 0,35 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsində qardaşım Bəxtiyar atamın sağlığında həyətin aşağısında özünə yaşayış evi tikmişdir. Atam, anam və mən bizə aid olan hissədə öz fərdi yaşayış evimizdə yaşayırdıq. Son 3 ildi ki, Bəxtiyar ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığından onun evinə ailəmizin razılığı ilə qardaşım Eldəniz köçmüşdü. Atam vəfat edəndən atamın evində mən, anam ilə yaşayaraq mirası qəbul etmişik. Qardaşlarımdan Bəxtiyar, Əli və Vəli mənim xeyrimə mirasdan imtina etmişlər...” Bildiririk ki, iddia ərizəsində bu göstərilənlər tamamilə yalan olduğunu, qardaşları Bəxtiyar Babayevin ataları Əsgər Babayevin sağlığında və o öləndən sonra ataları Əsgər Babayevə məxsus olmuş həyətyanı torpaq sahəsində ev tikmədiyini və ümumiyyətlə qardaşları Bəxtiyarın Şərur rayonunun Şəhriyar kəndində evinin olmadığını, iddiaçı Cavabdeh2 isə qardaşları Bəxtiyarın evinə köçmədiyini və orada yaşamadığını, qeyd etdikləri kimi iddiaçı Cavabdeh2 Şərur rayonun Şəhriyar kəndində mərhum ataları Əsgər Babayev tərəfindən 0.35 ha həyətyanı torpaq sahəsində qeyd olunan mübahisəli evdən əvvəl tikilmiş əl damında (daxmada) öz ailəsi ilə birlikdə yaşadığını, həmin əl damının uçub-töküldüyünü, Cavabdeh2 2006-cı ildə evləndiyini və 2016-cı ilə kimi öz ailəsi ilə birlikdə mərhum ataları Əsgər Babayevin tikdirdiyi qeyd olunan mübahisəli evdə yaşadığını, 2016-cı ildən hal-hazıra kimi isə hal-hazırda yaşadığı əl damına köçüb orada yaşadığını, qardaşları Cavabdeh2 1975-ci il təvəllüdlü olduğunu, ataları Əsgər Babayevin 2003-cü ildə vəfat edəndə qeyd olunan həmin mübahisəli evdə qardaşları Cavabdeh1 öz ailəsi ilə, qardaşları Eldənizin - yəni iddiaçı və Elsevərin - yəni cavabdehin isə subay olaraq anaları İsmət Babayeva ilə birlikdə yaşadıqlarını, ataları Əsgər Babayevin 2003-cü ildə vəfat edərkən onun dəfnində bütün övladları oğlanları - X13, X32, X28, İddiaçı, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh1 və qızları Cavabdeh3 və Cavabdeh4 iştirak etdiklərini, atalarının 3-ü, 7-si, qırxı və ölümünün ildönümündə iştirak etdiklərini, eyni zamanda bu günə kimi də mütəmadi olaraq qeyd olunan mübahisəli evdə yaşayan analarıİsmət Babayevanın yanına, ona baş çəkməyə getdiklərini və atalarından miras qalmış əmlakla maraqlanmaqla onu faktiki olaraq qəbul etdiklərini, onların bu yaxınlarda İddiaçı atalarından miras qalmış evə dair bütünlüklə miras əmlakın onun tərəfindən faktiki olaraq tam halda qəbul edilməsinə dair notariatdan vərəsəlik şəhadətnaməsi alaraq onların ata mülkünü özünü adına keçirib həmin evi satmaq istədiyini eşitdiklərini, onların isə atalarından miras qalmış evə iddiaçının adına tam hissədə vərəsəlik şəhadətnaməsinin verilməsinə razı olmadıqlarını, eyni zamanda Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayon İcra Hakimiyyəti Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 23 noyabr 2022-ci il tarixli 238 saylı arayışda “mərhum X20 aşağıdakı tərkibdən ibarət vərəsələri olduğunun
1. Arvadı - X17 – xx.xx.1938,
2. Oğlu – X32 - xx.xx.1959,
3. Qızı - (Babayeva) Cavabdeh3 - xx.xx.1961,
4. Oğlu - X28 - xx.xx.1963,
5. Oğlu – X13 – 1.08.1967,
6. Oğlu – Cavabdeh1 – xx.xx.1971,
7. Qızı - Cavabdeh4 – xx.xx.1979,
8. Oğlu – Cavabdeh2 Əsgər oğlu – xx.xx.1975,
9. Oğlu – İddiaçı – xx.xx.1980 qeyd olunduğunu, Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayon İcra Hakimiyyəti Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 23 noyabr 2022-ci il tarixli 239 saylı arayışda “Verilir Cavabdeh2 Əsgər oğlu ondan ötrü ki, o həqiqətəndə Şərur rayonunun Şəhriyar kəndində yaşayır, qeydiyyatda durur. Arayış Şərur Rayon Məhkəməsinə təqdim etmək üçündür.” (hər iki arayış iddia ərizəsinə əlavə olunur.), Şərur Rayon 2 saylı Dövlət Notariat Ofisinin ataları X15 miras qalmış evin tam olaraq cavabdeh İddiaçı tərəfindən qəbul edilməsinə dair sonuncunun-yəni iddiaçının ərizəsinə verdiyi imtina qərarı ilə razı olduqlarını, həmin imtina qərarının qanuni və əsaslı olduğunu, həmin qərarın məhkəmə tərəfindən ləğvi üçün əsas olmadığını, ona görə də onların – yəni Cavabdeh3, Cavabdeh4nən və Cavabdeh2 Əsgər oğlunun mərhum ataları X15 miras qalmış əmlak üzrə miras qoyan X20 qanuni vərəsələri kimi tanınaraq, miras qalmış ev üzrə onlara çatan payın müəyyən edilməsi barədə qətnamə çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını və qeyd olunan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, hal-hazırda qüvvədə olan Аzərbaycan Respublikası Мülki Мəcəlləsinin 1252-ci maddəsində “Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır” deyildiyini, göründüyü kimi, mirasın açılmasından 19 il müddət keçdiyini, lakin İddiaçı vərəsə kimi bu müddət ərzində vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etmədiyini, indi müraciət etdiyini, Müraciət etməkdə məqsədinin isə onların ata yurdlarını dəyər-dəyməzinə satıb, həmin pula Bakı şəhərində ev almaqla Bakıya köçmək istədiyini, onların isə qanuni vərəsə kimi ata mülkünün satılmasına və bağışlanmasına razı olmadıqlarını, ona görə də yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 Əsgər oğlu, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair olan iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd olunmalı və tərəflərindən verilmiş qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə tərəfindən onlar – yəni Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Əsgər oğlunun mərhum ataları X15 miras qalmış əmlak üzrə miras qoyan X20 qanuni vərəsələri kimi tanınmalı olduğunu və miras qalmış ev üzrə onlara çatan payın müəyyən edilməsi barədə qətnamə çıxarılmalı olduğunu, ataları X20 ölüm haqqında şəhadətnaməsi, valideynlərinin arasında bağlanmış nikah haqqında şəhadətnamə, notariusun imtina qərarı, daşınmaz əmlakın şəhadətnaməsi və digər aidiyyəti sənədlərin cavabdeh İddiaçı olduğundan və cavabdehin həmin sənədləri onlara təqdim etmədiyindən onların həmin sənədləri və ya onların surətlərini qarşılıqlı iddia ərizəsinə əlavə edə bilmədiklərini bildirmişdir. 28 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı və digər cavabdeh-iddiaçıların nümayəndəsi Cavabdeh2 Əsgər oğlu məhkəməyə tələbin dəqiqləşməsi barədə ərizə verərək ərizəsində cavabdeh-iddiaçılar Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə iddiaçıcavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiasının qanunsuz və əsassız olduğundan rədd edilməsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Əsgər oğlunun mərhum X15 qalmış əmlak üzrə miras qoyan X20 qanuni vərəsələri kimi tanınmaları və miras qalmış ev üzrə bizə çatan payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişik. Hal-hazırda iddia tələbinin dəqiqləşməsi zərurəti yarandığından, İddiaçı cavabdehlər Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı X15 qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiasının qanunsuz və əsassız olduğundan rədd edilməsinə, X15 miras əmlakın Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Əsgər oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-64/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadla mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərşivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında atasıın 2003-cü ildə rəhmətə getdiyini, atası rəhmətə gedəndən sonra atasına məxsus evdə özünün, anasının bu günədəkdə yaşadıqlarını, qardaşları Eldənizin və Etibarın da həmin evdə müvəqqəti bir müddət yaşadıqlarını, Etibarın həmin evdə təqribən 1 il yaşadığını, sonra özünə Şəhriyar kəndində ev aldığını, həmin müddətdə ata evində onun 1 uşağının doğulduğunu, Səkinənin evli olduğunu, Bakı şəhərində yaşadığını, yasda iştirak etdiyini, atasının 7-si çıxandan sonra Bakıya getdiyini, onlarla yaşamadığını, bacısı Ceyhunənin İstanbulda yaşadığını, atasının yas mərasimində də iştirak edə bilmədiyini, 4-5 il sonra İstanbuldan gəldiyini, Yengicə kəndində ər evində yaşadığını, oradanda Bakı şəhərinə köçdüklərini, haliyyədə Bakı şəhərində yaşadığını, atasının 7-dən sonra qardaşı Etibarın arvadının qızıllarının oğurlandığını, hər kəs qardaşı Eldənizin və bacısı Səkinənin yoldaşı Abbasın həmin qızılları birlikdə oğurlamalarından şübhələndiklərini, ona görədə ailə arasında narazılıq yarandığını, Eldənizin evdən çıxaraq həyətdə olan digər evə köçərək, orada özünə lazımi şərait quraraq bir müddət orada yaşadığını, sonradan həmin evdəndə köçərək ya Bakı şəhərinə, ya da İstanbul şəhərinə getdiyini, bunu dəqiq bilmədiyini, bir neçə ildən sonra qayıdaraq həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlu izahatında qarşılıqlı iddia ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında atasının xx.xx.2003-cü ildə rəhmətə getdiyini, atasının sağlığında da, atası rəhmətə gedəndən sonrada ata evində anasının, özünün, qardaşı Elsevərin və qardaşı Etibarın ailəsi ilə yaşadığını, bacısı Səkinənin Bakı şəhərində yaşadığını, yasa gəlib iştirak etdiyini, atasının 40-dan sonra getdiyini, bacısı Ceyhunənin Türkiyədə yaşadığı üçün yasda iştirak etmədiyini, 2007-ci ildə Türkiyədən köçüb gəldiklərini, atası rəhmətə gedəndən sonra üzünün davamlı olaraq o evdə iki il yaşadığını, iki ildən sonra Türkiyəyə getdiyini, 2010-cu ildə qayıtdığını, 2016-cı ilədək həmin evdə yaşadığını, sonra yenə Türkiyə Respublikasına işləmək üçün getdiyini, bir müddətdən sonra qayıtdığını, qardaşı Elsevərin onu evə qoymadığını, məcbur qalıb həyətdə olan köməkşi evə köçərək orada yaşamağa başladığını bildirərək qarşılıqlı iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh3 və cavabdeh-iddiaçı Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Lakin nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh3 vəkili və cavabdeh-iddiaçı Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh3 təmsil edən nümayəndəsi cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlu verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən qarşılıqlı iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh4 təmsil edən nümayəndəsi cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlu verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən qarşılıqlı iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X23 ifadəsində Eldəniz və Elsevərin onun bacısı uşaqları olduğunu, X31 2003-cü ildə vəfat edəndən sonra həmin evdə Elsevərin və anası İsmətin yaşadığını, Eldənizin atasının sağlığında da, atası vəfat edəndən sonra o evdə ümumiyyətlə yaşamadığını, Şəhriyar kəndində başqa evdə yaşadığını, Səkinə və Ceyhunənin isə başqa yerdə yaşadıqlarını, Etibarında həmin evdə yaşamadığını, Şəhriyar kəndində öz evində yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X5 ifadəsində Babayev Elseverlə qonşu olduqlarını, Əsgər vəfat edəndən sonra həmin evdə oğlanları Elsevərin, Etibarın, Eldənizin və arvadı İsmətin yaşadıqlarını, Etibarın və Eldənizin nə qədər yaşamaqlarını bilməsədə bir müddət həmin evdə yaşadıdıqlarını, haliyədə həmin evdə Elsevərin ailəsi, uşaqları və anası ilə yaşadığını, Ceyhunə və Səkinənin isə atalarının sağlığında ailə qurduqlarını, orada yaşamadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X3 ifadəsində Elsevər və Eldənizlə qonşu olduqlarını, Əsgərin vəfat etdikdən sonra həmin evdə Elsevər və anasının yaşadığını, başqa kimlərin orada yaşamasını xatırlamadığını, indi Eldənizin həmin həyətdə atasına məxsus olan digər evdə yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X33 ifadəsində Elsevərlə Eldənizi həmkəndli olaraq tanıdığını, Babayev Əsgər vəfat edən zaman həmin evdə Elsevərin anası ilə birlikdə yaşadığını bildiyini, həmin vaxt Eldənizin orada yaşamasını bilmədiyini, Etibarın Şəhriyar kəndində evinin olduğunu, orada yaşadığını, digərləri barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X29 ifadəsində Elsevərin və Eldənizin bibisi oğlanları olduğunu, bibisinin əri Babayev Əsgər vəfat edən zaman özünün Türkiyə Respublikasında olduğunu, yas mərasimin 3-cü günü gəldiyini, Elsevəri, Etibarı və Eldənizi yas mərasimində gördüyünü, Eldənizin harada yaşamasını bilmədiyini, Etibarın Şəhriyar kəndində öz evinin olduğunu, orada yaşadığını, həmin evdə Elsevər və anasının yaşadığından xəbərinin olduğunu, Səkinə və Ceyhunənin ailə qurub getdiklərini, orada yaşamadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X17 ifadəsində Elsevər və Eldənizin onun oğlanları olduğunu, əri X31 2003-cü ildə vəfat etdikdən sonra həmin evdə özünün, uşaqları Elsevərin, Eldənizin, Etibarın və onun ailəsinin yaşadığını, Eldənizin həmin evdə 3-4 ay yaşadığını, qardaşı Elsevərlə və onunla yola getmədiyi üçün bir müddətdə həyətdə olan digər evdə özünə lazımi şərait quraraq yaşadığını, sonra Türkiyəyə getdiyini, Türkiyədən qayıtdıqdan sonra həyətdə olan digər evdə yaşamağa bu gündə yaşadığını, Etibarın və onun ailəsinin həmin evdə bir müddət yaşadıqdan sonra kənddə özünə ev alaraq ora köçdüyünü, Səkinənin ailə quraraq Bakı şəhərində yaşadığını, atası rəhmətə gedən zaman yasda iştirak etdiyini, sonra Bakı şəhərinə qayıtdığını, digər qızı Ceyhunənin isə Türkiyədə yaşadığı üçün yas mərasiminə gələ bilmədiyini, 5-6 ildən sonra gəldiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid Qəhrəmanov Musa ifadəsində hər ikisi ilə qonşu olduqlarını, hazırda həmin evdə Elsevər yoldaşı, uşaqları, anasının yaşadığını, həmin həyətdə olan əlavə evdə isə Eldənizin ailəsi ilə yaşadığını bildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X8 ifadəsində dayısı Babayev Əsgərin 2003-cü ildə rəhmətə getdiyini, ondan sonra həmin evdə Elsevərin, Eldənizin, Etibarın, dayısının arvadı İsmətin yaşadıqlarını, sonradan Etibarın kənddə özünə ev alıb ailəsi ilə ora köçdüyünü, Eldənizin həmin evdə nə qədər yaşadığını dəqiq bilmədiyini, sonradan həmin həyətdə olan digər evdə yaşadığını, bu gün də orda yaşadığını, dayısının arvadı İsmətin, Elsevərin və ailəsinin isə bu gündə dayısının evində yaşadıqlarını bildirmişdir. Məhkəmə iddiaçı-cavabdehin, cavabdeh-iddiaçının izahatlarına, şahid ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ilkin iddia üzrə iddia təmin edilməli, qarşılıqlı iddia üzrə isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X6 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********106 saylı xx.xx.2021-ci il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum X15 miras qalmış əmlakı qəbul etməmişəm. Həmin mirasdan heç bir pay tələbim yoxdur. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəm; - X1 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********10 saylı xx.xx.2021-ci il tarixli ərizədə bildirmişdir ki, mərhum atam X31 xx.xx.2003-cü il tarixində ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atamın ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm; - X9 rayon 2 saylı notariat ofisində vermiş olduğu xx.xx.2017-ci il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum atam X15 miras qalmış daşınar və daşınmaz əmlak payımızdan anam X7 xeyrinə imtina edirəm, gələcəkdə həmin paya vərəsəliyin qəbulu üzrə məhkəmədə iddia qaldırmayacağam. Həmin əmlakın qardaşım İddiaçı hədiyyə olunmasına heç bir etirazım yoxdur; - X2 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********565 saylı xx.xx.2022-ci il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum X15 miras qalmış əmlakı qəbul etməmişəm. Həmin mirasdan heç bir pay tələbim yoxdur. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Həmin mirasdan oğlum İddiaçı xeyrinə imtina edirəm. Həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəm; - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu **********489 saylı xx.xx.2022-ci il tarixli ərizədə bildirmişdir ki, Şərur rayonu, Şəhriyar kəndində yaşamış xx.xx.2003-cü ildə vəfat etmiş atam X15 qalmış miras əmlakı qəbul edirəm. Miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi. Göstərilən əmlakdan mənə çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm; - Şərur rayon Şəhriyar kənd ərazi i/n tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X31 xx.xx.2003-cü il tarixdə Şərur rayon Şəhriyar kəndində ağciyər ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir; - Nax. MSSR İliç rayon Şəhriyar EDS tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli İ-UE 453328 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X17 arasında xx.xx.1965-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Babayeva" soyadı verilmişdir; - Şərur rayon 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 24 nömrəli qərarında qeyd olunmuşdur ki, Şərur rayon Şəhriyar kəndində qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X20 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilsin; - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X31 ailə başçısı olmaqla X10, Cavabdeh2 Əsgər oğluna, Cavabdeh4, İddiaçı Şərur rayon X11 25 dekabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir; - Şərur rayon Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 238 saylı nömrəli arayışdan görünür ki, mərhum X20 aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır;
1. Arvadı - X17 – xx.xx.1938,
2. Oğlu – X32 - xx.xx.1959,
3. Qızı - (Babayeva) Cavabdeh3 - xx.xx.1961,
4. Oğlu - X28 - xx.xx.1963,
5. Oğlu – X13 – 1.08.1967,
6. Oğlu – Cavabdeh1 – xx.xx.1971,
7. Qızı - Cavabdeh4 – xx.xx.1979,
8. Oğlu – Cavabdeh2 Əsgər oğlu – xx.xx.1975,
9. Oğlu – İddiaçı – xx.xx.1980. - Komunal xərclərin ödəniş qəbzlərindən görünür ki, miras əmlaka dair komunal ödənişlər İddiaçı və Cavabdeh2 Əsgər oğlu tərəfindən ödənilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Şəhriyar yerləşən sözügedən miras əmlak birgə mülkiyyət hüququ üzrə mərhum X31 ailə başçısı olmaqla X10, Cavabdeh2 Əsgər oğluna, Cavabdeh4, İddiaçı məxsus olmuşdur. X31 xx.xx.2003-cü il tarixdə öldükdən sonra, ondan miras qalmış əmlakın miras qoyanın birinci növbə vərəsələri kimi onun oğlanları iddiaçı-cavabdeh İddiaçı, cavabdeh- iddiaçı Cavabdeh2 Əsgər oğlu və ilkin iddia üzrə Cavabdeh1 tərəfindən miras evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə etmələri, mirası faktiki qəbul etmələri, miras əmlakı faktiki surətdə idarə etməyə başlamaları, mirasa yiyələnmələri iddiaçı-cavabdeh İddiaçı etirafedici izahatı və əksəriyyət təşkil edən şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh- iddiaçı Cavabdeh2 Əsgər oğlu və ilkin iddia üzrə Cavabdeh1 miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı verdiyi izahatında atasının ölümündən sonra Eldənizin müvəqqəti bir müddət onlarla yaşadığını, sonradan Eldənizin evdən çıxaraq həyətdə olan digər evə köçərək, orada özünə lazımi şərait quraraq bir müddət də orada yaşadığını etiraf etdiyindən, həmçinin iddiaçı-cavabdeh İddiaçı təşəbbüsü ilə məhkəməyə dəvət edilən anaları şahid X17 ifadəsində Eldənizin həmin evdə 3-4 ay yaşadığını, qardaşı Elsevərlə və onunla yola getmədiyi üçün bir müddətdə həyətdə olan digər evdə özünə lazımi şərait quraraq orada yaşadığını təsdiq etməsi cavabdeh- iddiaçı Cavabdeh2 Əsgər oğlunun mirası faktiki qəbul etməsini sübut etmə vəzifəsindən azad etdiyindən, onun tərəfindən məhkəməyə əlavə olaraq hər hansı sübutun təqdim edilməsi zərurətini aradan qaldırmış olur. Həmçinin bu onu deməyə əsas verir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mərhumun qızları cavabdeh-iddiaçı Cavabdeh3 və cavabdeh-iddiaçı Cavabdeh4 onun ölümündən çox əvvəl ailə quraraq evi tərk etmiş və mərhumun ölümündən sonra da onun mirasını faktik qəbul etdiklərini şəksiz nümayiş etdirən hər hansı hərəkətlər etməmişlər. Buna görə də mərhumun mirasından pay almaq hüququ yalnız oğlanları iddiaçı-cavabdeh İddiaçı, cavabdeh- iddiaçı Cavabdeh2 Əsgər oğluna və ilkin iddia üzrə Cavabdeh1 məxsusdur. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir, ona sahib durur və ondan təyinatına uyğun olaraq istifadə edir. O da qeyd olunmalıdır ki, məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı və cavabdeh- iddiaçı Cavabdeh2 Əsgər oğlu digər vərəsə ilkin iddia üzrə Cavabdeh1 da mirası qəbul etdiyini etiraf etmişlər. Ona görə də məhkəmə qeyd edir ki, hazırkı qətnamə gələcəkdə ilkin iddia üzrə Cavabdeh1 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia təmin edilərək xx.xx.2003-cü il tarixdə ölmüş X15 miras qalmış əmlakın iddiaçı-cavabdeh İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ilkin iddia üzrə Cavabdeh1 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, qarşılıqlı iddia üzrə isə iddia qismən təmin edilərək xx.xx.2003-cü il tarixdə ölmüş X15 miras qalmış əmlakın cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, qarşılıqlı iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır...; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 100 manat, həmçinin cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumları özlərinə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İlkin iddia təmin edilsin. xx.xx.2003-cü il tarixdə ölmüş X15 miras qalmış əmlakın iddiaçı-cavabdeh İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İlkin iddia üzrə Cavabdeh1 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlu xx.xx.2003-cü il tarixdə ölmüş X15 miras qalmış əmlakın cavabdeh-iddiaçı Cavabdeh2 Əsgər oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia digər hissədə rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev