Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-641/2023 12.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur rayon 1 saylı notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X3 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi ailəsinin 11 nəfər ailə üzvündən ibarət olduğunu, qardaşlarının və bacılarının ailə quraraq ayrıldığını, özünün isə ata evində valideynlərinin yanında qaldığını, atası X19 1980-ci ildə vəfat etdiyini, anası X4 isə 2013-cü ildə vəfat etdiyini, ondan Şərur rayon Xanlıqlar kəndindəki torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və çöl torpağının miras qaldığını, anası X7 vəfat edəndən həmin evdə ailəsi ilə birlikdə yaşadığını, qardaş və bacılarının anası vəfat etməmişdən əvvəl evlənib ayrıldıqlarını, özünün mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, anası X3 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 1 saylı Notariat Ofisinə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləciyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, anasının vəfatından əvvəl və sonra ailəsi ilə birlikdə həmin evdə yaşadığını, digər bacı və qardaşlar arasında mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində və verilən suallara cavabında Xanlıqlar kəndində yaşadığını, Ənvərlə qonşu olduğunu,Təmo əminin və Xəzəl xalanın vəfatından sonra Ənvərin ailəsi ilə birlikdə orada yaşadığını, Ənvərin bacı və qardaşlarının valideynlərinin vəfatından sonra orada yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında Xanlıqlar kəndində yaşadığını, Ənvərlə qonşu olduğunu, Xəzəl xala vəfat etdikdən sonra Ənvərin həmin evdə ailəsi ilə yaşadığını, Hal-hazırda da həmin evdə yaşadığını, mirasla bağlı qardaş-bacıların arasında hər hansı mübahisə olmadığını, valideynlərinin sağlığında digər qardaş və bacıların evdən ayrıldığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il 06 nömrəli qərarları ilə Şərur rayon Xanlıqlar kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi (JN-104A), 0.36 ha həyətyanı torpaq sahəsi (JN-104B) və 09 dekabr 1999-cu qərarı ilə Şərur rayon Xanlıqlar kəndində yerləşən 0.18 ha təsərrüfat təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında X6 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsindən görünür ki, Şərur Rayon Xanlıqlar kəndi yerləşən 129.1m2 yaşayış sahəsindən 123.1 m2 ibarət olan şəxsi mülkiyyət Xanlıqlar kənd İN-nin № 25/05, xx.xx.2000-ci il tarixli arayışının əsasında X2 adına qeyd edilmişdir İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 437282 nömrəli çıxarışından görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 68 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon Xanlıqlar kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 275 nömrəli arayışından görünür ki, X7 vəfat edəndən sonra onun vərəsələri Ərizəçi, X10, X8, X9, X11, X12, X24, X14, X20 qalmışdır. İş materiallarında olan Naxçıvan MR-ın Qaz İstismar Xidmətinin Şərur Rayon Qaz İstismar İdarəsinin məktubundan görünür ki, ********* abonent kodu 2013-2023-cü ildən Ərizəçi adındadır. İş materiallarında olan Naxçıvan MR-ın Dövlət Energetika Xidmətinin Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 562 nömrəli arayışından görünür ki, Ərizəçi 2010-cu ilin ayından elektrik enerjisinin ödəyicisi kimi qeydiyyatda durur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Onun vərəsələri Ərizəçi, X10, X8, X9, X11, X12, X24, X14, X15r. X7 öldükdən sonra ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Şərur Rayon 1 Saylı Notariat Ofisi xx.xx.2023-cü il tarixli qərarı ilə X3 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X3 miras qalan fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra Ərizəçi yaşamışdır. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-641/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-641/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver