Məhkəmə qərarları › İş №2(110)-646/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-646/2025

14.10.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-646/2025 14.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Elmar oğlunun sədrliyi, C qızının katibliyi ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1948-ci il təvəllüdlü əri X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla həmkəndlisi X3 arasında 1968-ci ildə el adəti üzrə nikah bağlanmış, bu nikahları 09 noyabr 1971-ci il tarixdə İliç rayon Qarxun kənd sovetində rəsmiləşdirilməklə həmin orqanın akt qeydləri kitabında 10 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından - xx.xx.1969-cu il tarixdə X4 - xx.xx.1971-ci il tarixdə X2, xx.xx.1973-cü il tarixdə Nümayəndə - xx.xx.1974-cü il tarixdə X4 adında dörd övladı doğulmuşdur. On ilə yaxın müddətdə evliliyi olmuş və mehriban yaşamaqla birgə təsərrüfat aparmışlar. Ötən əsrin 80-ci illərin əvvəllərində başlamış islahat və yenidənqurma zamanı əri H.Qasımov ailələrinin tələbatının təmin edilməsi və uşaqlarının gələcək şəraitinin yaxşılaşdırılması üçün işləmək məqsədilə Rusiyа Federasiyasına getmiş, həmin ölkənin Perm şəhərində məskunlaşmışdır. Rusiyaya getdiyi ilk vaxtlarda onlarla tez-tez əlaqə saxlasa da sonradan bu əlaqələr zəifləmiş və nəticədə ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Ötən otuz ildən artıq müddətdə isə əri H.Qasımovun harada olması, yaşayıb-yaşamaması barədə hər hansı məlumatın əldə edilməsi ilə bağlı göstərdiyi səylər heç bir nəticə verməmişdir. Qeyd etdiyim kimi otuz ildən çoxdur ərim H.Qasımovla heç bir əlaqə, onun yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur. Hazırki vəziyyətdə isə yaşadıqları evin sənədləşməsi ilə əlaqədar əri H.Qasımovun öz iradəsini ifadə etməsi zərurəti yaranmışdır ki, onun uzun müddətdir yaşayıb-yaşamaması barədə heç bir məlumatın olmaması səbəbindən müvafiq tələblə məhkəməyə müraciət edilməsinə ehtiyac yaranmışdır. Bu səbəbdən də ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə ərizədə göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcəkdir. Qeyd olunan ərizə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, ərizəçiyə məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə məlumat verilmişdir. Mülki iş üzrə 02 sentyabr 2025-ci il tarixə və 14 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, 2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə ərizəçi məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və Ərizəçi ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə ərizəçinin vəsatəti üzrə, onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar