Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-651/2023 28.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bibisi X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi mərhumə bibisi X4 xx.xx.2001-ci il tarixində vəfat etdiyini, onun mülkiyyətində olan Şərur rayon Tumaslı kəndində yerləşən Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 3 otaq, 1 mətbəx və salandan ibarət ümumi sahəsi 120 m2 olan yaşayış evinin miras qaldığını, bibisi X4 ailəsi və uşaqları olmadığını, onunla birlikdə yaşadığını, bibisi X4 vərəsələri olan qardaşları X11, X13 və bacısı X3 vəfat etdiklərini, bibisi X8 vəfat edəndən həmin evdə ailəsi ilə birlikdə onun yaşadığını, mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, bibisi X2 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləciyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, bibisinin vəfatından əvvəl və sonra ailəsi ilə birlikdə həmin evdə yaşadığını, mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində və verilən suallara cavabında 1962-ci ildən Tumaslı kəndində yaşadığını, Orucla qonşu olduqlarını, Zərniyar və Züleyxanın bacı olduqlarını, Zərniyarın ailə qurduğunu, lakin onun uşağı olmadığını, Züleyxanın isə ailə qurmadığını, Züleyxa Orucu himayəsinə götürüb saxladığını, Oruc da onun bütün ehtiyaclarını qarşıladığını, Züleyxanın vəfatından əvvəl və sonra Orucun onunla birlikdə və həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində və verilən suallara cavabında doğulandan bəri Tumaslı kəndində yaşadığını, Orucun Züleyxa arvad ilə birlikdə yaşadığını, ona baxdığını, Züleyxa vəfat edəndən sonra da həmin evdə Oruc yaşadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1998-ci il 06 nömrəli qərarları ilə Şərur rayon Tumaslı kəndində 0.12 ha həyətyanı torpaq sahəsi (JN-178A) mülkiyyət hüququ əsasında X6 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 100925 nömrəli çıxarışından görünür ki, X8 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Tumaslı kənd İƏDN-in xx.xx.2022-ci il tarixli 421 nömrəli arayışından görünür ki, X4 vərəsələri bacısı və qardaşları - X11, X13, X5r və hər üç şəxs vəfat etmişdir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İV-ЖГ № 431013 nömrəli çıxarışından görünür ki, X7 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli V-ЖГ № 343677 nömrəli çıxarışından görünür ki, X11 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 743 nömrəli çıxarışından görünür ki, X10 1970-2005-ci illər arasında ölüm haqqında akt qeydiyyat kitabında ölüm haqqında akt qeydi tapılmamışdır. İş materiallarında olan icra nümayəndəliyinin arayışından və məzar fotoşəkilindən görünür ki, X13 1995-ci ildə ölmüşdür. İş materiallarında olan İliç rayon Qıvraq kənd Soveti tərəfindən verilmiş V-ЖГ № 475735 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X1 Oruc Nəcəf oğlunun atasıdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 40 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X8 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Onun birinci növbə vərəsələri (əri, uşaqları, valideynləri) yoxdur. İkinci növbə vərəsələri - bacı və qardaşları isə vəfat etmişdir. Sağlığında onunla birlikdə yaşamış qardaşı oğlu olan ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X2 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X2 miras qalan fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra Ərizəçi yaşamışdır. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə görə ölənin bacıları və qardaşları ikinci növbə vərəsələrdir. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-651/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-651/2023
28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver