Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-651/2024 10.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Şərur rayon 2 saylı notariat ofisinin maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri X4 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi mərhum əri X16 ilə onun arasında 1960-cı ildə bağlanmış nikahdan yeddi övladlarının doğulduğunu, sonradan X32 Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına uyğun olaraq JN-049A seriyalı 10206005 kod nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnaməyə əsasən onlara Şərur rayon Düdəngə kənd ərazisində 0.30 ha həyətyanı torpaq sahəsi verildiyini, hal-hazırda həmin torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onun istifadəsində olduğunu, mərhum ərinin xx.xx.2018-ci il tarixdə vəfat etdiyini, ondan qeyd edilən torpaq sahəsinin miras qaldığını, əri vəfat etdikdən sonra yas mərasimi ilə bağlı xərclərin onun tərəfindən çəkilməklə faktiki olaraq mirasın onun tərəfindən qəbul edildiyini, hazırda həmin torpaq sahəsinə dair zəruri vergi və rüsumları, eyni zamanda kommunal xərclərin ödənildiyinini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindn həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirə bilmədiyini, ərinin vəfat etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Şərur rayon 2 Saylı Notariat Ofisinə müraciət etdiyini, Şərur rayon 2 Saylı Notariat Ofisi tərəfindən mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddəti ötürməyi səbəbindən vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edildiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə izahatında anasının eşitmə problemi olduğundan məhkəmə iclasında onu təmsil etdiyini, ərizədə qeyd olunan halları təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında 50 ildir ki, Düdəngə kəndində yaşadığını, Xanım ilə qonşu olduğunu, qayınatasının sağlığında Salaha ev verdiyini, ailəsi ilə birlikdə orada yaşadığını, Salahın 2018-ci ildə vəfat etdiyini, vəfatından sonra da Xanım və gəlininin həmin evdə yaşadığını, mirasla bağlı mübahisə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında Düdəngə kəndində yaşadığını, Xanım ilə qonşu olduğunu, Salah kişinın vəfat etdikdən sonra həmin evdə Xanımın gəlini ilə birlikdə yaşamağa davam etdiyini, həmin evdə Xanım və gəlinindən başqa heç kimin yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 digər şahidlər ilə eyni məzmunda ifadə vermişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X16 ilə Ərizəçi xx.xx.1960-cı il tarixdə nikaha daxil olublar. İş materiallarında olan JN-049A seriyalı, 10206005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Şərur rayon Düdəngə kəndində 0.30 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X9 məxsusdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ № 378181 nömrəli, xx.xx.2024-cü il tarixli AZ-İ № 300492 nömrəli, və xx.xx.2024-cü il tarixli Az-İ № 516704 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X17 xx.xx.2010-cu il tarixdə, X18 xx.xx.2016-cı il tarixdə, X16 isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İcraiyyə komitəsinin Norlisk VVAQ şöbəsinin xx.xx.1989-cü il tarixli ölüm haqqında şəhadətnamənin suərtindən görünür ki, X19 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, X10, X11, X12 və X1 Salah Şıxəli oğlundan qalan miras əmlakdan imtina etmişdir. İş materillarında olan Şərur Rayon İcra Hakimiyyəti Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 201 nömrəli arayışından görünür ki, X5 vərəsələri X21, X18, X17, X20, X10, X11, X12 və X6r. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 38 nömrəli qərarından görünür ki, Ərizəçi miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2024-cü il tarixli, 1078 nömrəli arayışından görünür ki, Ərizəçi Şərur Rayon Elektrik Şəbəkəsinə enerji borcu yoxdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X16 oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun vərəsələri Ərizəçi, X10, X11, X12 və X6r. Digər vərəsələrin mirasın ərizəçi tərəfindən qəbul olunmasına etirazı yoxdur. Ərizəçi xx.xx.2024-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Şərur Rayon 2 Saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixli qərarı ilə X4 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X4 miras qalan torpaq sahəsini həmin şəxsin vəfatından sonra Ərizəçi qəbul etmişdir. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-651/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-651/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver