Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-652/2024 15.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq sahəsindən istifadəyə manelərin aradan qaldırılması tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aqrar islahat zamanı Püsyan kəndinin yerqururluşu planında gedişgəliş yolu kimi uçota alınmış ümumi istifadədə olan yolun bir hissəsini (25 kvm) hasarlayaraq həyətyanı torpaq sahəsinə qatması səbəbindən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması və torpaq sahəsində istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə ərizənin qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq sahəsindən istifadəyə manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCin Şərur Rayon Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-652/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-652/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver