Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-653/2023 26.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə hüquqi əhəmiyyətli Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi ailəsinin sabiq həyat yoldaşı X3 xx.xx.2017-ci il tarixində vəfat etdiyini, onların birgə mülkiyyətində olan Şərur rayon Kosacan kəndində yerləşən Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 3 otaqlı, 1 mətbəx və salondan ibarət ümumi sahəsi 110 m2 olan yaşayış evi miras qaldığını, X5 ilə 1977-ci ildən ailə həyatı qurduqlarını, vəfat edən günədək bir ailədə yaşayaraq təsərrüfat apardıqlarını, X3 varislərinin özünün, oğlu Nümayəndə və qızı Mehdiyeva (Kərimova) Zəroş Bəxtiyar qızı olduğunu, həyat yoldaşı vəfat edəndən həmin evdə yaşadığını, özünün mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, komunal xidmətləri ödədiyini, həmin miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə izahatında və verilmiş suallara cavabında ərizədə qeyd olunan halları təsdiq etdiyini, X3 vəfatından əvvəl və sonra atasının onunla birlikdə həmin evdə yaşadığını, bacı X1 və onun mirasla bağlı iddiasının olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında Kosacan kəndində yaşadığını, Bəxtiyarla qonşu olduğunu, Şölə xalanın vəfatından sonra Bəxiyarının oğlu Səyyubla birlikdə orada yaşadığını, Səyyubun bir bacısı olduğunu, onun da evlənərək Maxta kəndində yaşadığını, Bəxtiyar və Səyyubdan başqa həmin evdə kimsənin yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında Kosacan kəndində yaşadığını, Bəxtiyarla qonşu olduğunu, Şölə xala vəfat etdikdən sonra Bəxtiyarının həmin evdə yaşadığını, Hal-hazırda da həmin evdə yaşadığını, mirasla bağlı övladları ilə hər hansı mübahisə olmadığını, qızı Zəroşun Şölənin vəfatından sonra evlənərək evdən ayrıldığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il 01 nömrəli qərarları ilə Şərur rayon Kosacan kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi (JN-151A) 0 mülkiyyət hüququ əsasında Ərizəçi və ailə üzvlərinə məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1977ci il tarixli İ-ЖГ № 331975 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 xx.xx.1977-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli AZ-İ № 596221 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 42 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon Kosacan kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 152 nömrəli arayışından görünür ki, X5 vəfat edəndən sonra onun vərəsələri Ərizəçi, Nümayəndə, Mehdiyeva (Kərimova) Zəroş Bəxtiyar qızı qalmışdır. İş materiallarında olan Naxçıvan MR-ın Dövlət Energetika Xidmətinin Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 624 nömrəli arayışından görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixindən elektrik enerjisinin ödəyicisi kimi qeydiyyatda durur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Onun vərəsələri Ərizəçi, Nümayəndə, Mehdiyeva (Kərimova) Zəroş Bəxtiyar qızıdır. X5 öldükdən sonra ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirasdan imtina ilə bağlı ərizə vermişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X2 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X2 miras qalan fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra birgə mülkiyyətçi Ərizəçi yaşamışdır. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-653/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-653/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver