Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-665/2021 27.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun, cəmisi birlikdə 1032 (bir min otuz iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh bir həmkəndlisi kimi tanıdığını, 2020-ci ilin aprel ayının 1də aralarında olan razılığa əsasən cavbdeh Cavabdeh 1500 (bir min beş yüz) manata bir ədəd yanıbalalı inək satdığını, razılaşmalarına əsasən Cavabdeh məkə biçiləndə, yəni 2020-ci ilin avqust ayında onun pulunu verməli olduğunu, ona inandığı üçün və həmdə həmkəndlisi olduğunu nəzərə alaraq bu barədə ondan heç bir sənəd almadığını, onun Cavabdeh bir ədəd yanıbalalı inək verməyini şahidlərin də təsdiq edə biləcəyini, həmin vaxtı onun ailə üzvlərindən başqa cavabdehin oğlu-X2 və xalası oğlu X4 da orada olduqlarını, onların da bunu təsdiq edə biləcəklərini, həmin vaxtdan 10 ay keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı yanıbalalı inəyin pulunu vermədiyindən onun məcbur qalıb 2021-ci ilin mart ayında bu barədə şifahi olaraq Şərur rayon polis şöbəsinə müraciət etdiyini, ondan sonra Cavabdeh ona 500 (beş yüz) manat pul verdiyini, pulun qalanını, 1000 (bir min) manatını isə iyul ayının birinədək ödəyəcəyini bildirdiyini, bu günə kimi Cavabdeh hələdə onun pulunu vermədiyini, onun cavabdehlə görüşrək imkanının yaxşı olmadığını, həmin pula çox ehtiyacı olduğunu və aldığı inəyin pulunu verməsini bildirsə də hər dəfə bir bəhanə ilə ona olan borcunu, 1000 (bir min) manat pulu ödəməkdən bugünə qədər yayındığını, Cavabdeh hələ də bu günə kimi aldığı inəyin pulunu ona vermədiyini, onun isə həmin pula çox böyük ehtiyacı olduğunu, ona görə də məhkəməyə müraciət etmək zərurətinin yarandığını qeyd edərək, Cavabdeh 1000 (bir min) manat pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun, cəmisi birlikdə 1032 (bir min otuz iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdehdən dəfələrlə pulunu istəsədə yalan vədlər verərək pulunu qaytarmadığını, sonuncu dəfə ona borclu olduğu 1000 manat pulu iyulun sonunadək ödəyəcəyinə söz verdiyini, sözünü tutmadığı üçün məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh verdiyi izahatında 2020-ci ildə Billurdan bir ədəd yanıbalalı inək aldığını, özünün tövləsi olmadığı üçün inəyi saxlaması üçün xalaoğlusu Fərdiyə verdiyini, iddiaçı ilə inəyin qiymətini razılaşmadıqlarını, inəyin gözündə problem olduğunu, 650 manata satdığını, iddiaçının müraciəti üzrə onu İbadulla polis bölməsinə çağırdıqlarını, orada iddiaçı ilə malın qiymətini 1000 manata razılaşdıqlarını, Püsyan kəndində dükançı Yaşar vasitəsilə iddiaçının 500 manatını ödədiyini, qalanını qarğıdalını biçən kimi verəcəyini dediyini, qarğıdalını biçəndən sonra 500 manatı yenə də Billura verməsi üçün Yaşara verdiyini, Yaşarın ona zəng edərək Billurun pulu götürmədiyini, 1000 manat verəcəyini dediyini, amma onun Billura 500 manat borcu olması barədə razılaşdıqlarını, hətta ona 500 manat borcu olmasına dair yazılı iltizamda verdiyini, qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X6 ifadəsində Səbuhinin xalasıoğlu olduğunu, Səbuhinin oğlu ilə Billurgilə getdiklərini, Billurun evdə olmadığını, Billurun oğlundan bir baş yanıbalalı inək aldıqlarını, Səbuhinin tövləsi olmadığından inəyi onların tövləsinə apardıqlarını, inəyə özünün qulluq etdiyini, onun müqabilində Səbuhidən pul almadığını, inəyin südündən istifadə etdiklərini, anasının dediyinə görə Səbuhinin inəyi Billurdan 1300 manata aldığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh verdiyi iltizamdan görünür ki, o, Püsyan kənd sakini İddiaçı mal aldığından ona 500 manat borcunun olduğunu, həmin borcu 2021-ci ilin iyul ayının axırına kimi ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. İş materiallarına əlavə olunmuş 27.08.2021-ci il tarixli 3762 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan cavabdeh Hüseynov X1 sakini İddiaçı yanıbalalı inək almış, pulunu qarğıdalı biçimi zamanı, yəni avqust ayında verəcəyi barədə öz aralarında razılaşmışlar. İddiaçı cavabdehlə qarşılıqlı razılıq əsasında inəyi ona 1500 manata satdığını desədə, cavabdeh bununla razılaşmayaraq inəyi 1000 manata aldığını bildirmiş, iddiaçı isə öz növbəlsində buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehə inəyi 1500 manata satmasını sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini yalnız öz izahatı ilə əsaslandırmışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iltizamdan görünür ki, cavabdehin iddiaçıya 500 manat borcu vardır və borcunu iyul ayının sonunadək iddiaçıya qaytaracaqdır. Həmçinin məhkəmə baxışı iclasında iştirak edən cavabdeh iddiaçıya 500 manat borcunun olduğunu bir daha etiraf etmişdir. Eyni zamanda məhkəmə şahidin verdiyi ifadəyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, şahid ifadəsində əvvəlcə anasının ona “Səbuhinin inəyi Billurdan 1300 manata aldığını” dediyini, sonradan ifadəsində qarğıdalı sahəsini suvararkən Səbuhinin özünün ona “inəyi Billurdan 1300 manata aldığını” dediyini, daha sonra isə ifadəsində Səbuhinin anasına “inəyi Billurdan 1300 manata aldığını” deyərkən eşitdiyini və ən sonda “dəqiq xatırlamadığını” bildirməklə biri-birinə zidiyyətli, anlaşılmayan ifadələr verdiyindən məhkəmə şahidin ifadəsini sübut kimi qəbul etməmək qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqıya görə borcun qaytarılması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında əşyaların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əşyaları cavabdehə vermiş, cavabdeh isə həmin əşyaların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Beləliklə də, məhkəmə bir daha qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlə inəyin qiymətini 1500 manata razılaşdıqlarını, cavabdehin həmin puldan 500 manat ödədiyini, ona 1000 manat borcunun qaldığını desə də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhəkəmə cavabdehin etirafedici izahatı ilə iddia tələbini qismən, yəni 500 (beş yüz) manat məbləğində iddiaçıya borcunun olmasını etiraf etməsini, eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən verilmiş iltizamda da iddiaçıya 500 manat borcunun olmasını etiraf etməsini, iddiaçı tərəfindən isə iddia tələbinin digər hissədə sübut edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməklə Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 15 (on beş) manat isə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq Şərur rayon Püsyan kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-665/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-665/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver