Məhkəmə qərarları › İş №2(110)-669/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-669/2025

02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-669/2025 02.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 Elmar oğlunun sədrliyi, qızının katibliyi ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şərur Rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı ildə Şərur rayonunun Xələc kəndində doğulmuş Ərizəçi doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası kimi xx xxxx 1966-cı ildə Şərur rayon Xələc kəndində doğulduğunu, soyadı Əliyeva, adı Qüdrət, atasının adının isə Məmməd kimi yazıldığını, xəstə olduğundan orta məktəbə gedə bilmədiyini, şəxsiyyət vəsiqəsində də xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi kimi göstərildiyini, anasının mülkiyyətində olan Şərur rayon Xələc kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evində pasport qeydiyyatında olduğunu, həmin əmlakın satılması üçün ondan doğum akt qeydləri kitabından çıxarış tələb olunduğundan Şərur rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini, Şərur rayon Qeydiyyat şöbəsi onun doğumu barədə məlumatlar olmadığından çıxarış vermədiyini, Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən 19 may 2025-ci il tarixli məktubla imtina olunduğunu, doğum akt qeydləri kitabında qeydin aparılması üçün Şərur rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini, Şərur rayon Qeydiyyat şöbəsi qeydin aparılması üçün məhkəməyə müraciət olunmasını məsləhət gördüyünü bildirmişdir. Qeyd olunan ərizə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, tərəflərə məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə məlumat verilmişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında Ərizəçi və maraqlı şəxs Şərur Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri iştirak etməmiş, bununla əlaqədar olaraq yalnız maraqlı şəxsin nümayəndəsi müvafiq məktublarla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-ci və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə ərizəçi məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Belə olan vəziyyətdə də, məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və Ərizəçi verdiyi ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə ödənmiş 100 (yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar