Məhkəmə qərarları › İş №2(110)-67/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-67/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-67/2022 07.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X7 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, ailələrinin anası X13 təsərrüfat başçısı olmaqla 5 ailə üzvündən ibarət olduğunu, qardaşlarının və bacısının ailə quraraq ayrıldığını, özünün isə anasının yanında qaldığını, anası X9 06.10.2020-ci il tarixində vəfat etdiyini, ondan Şərur rayon Həmzəli kəndində yerləşən 0.4482 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, anası X13 vəfat edəndən sonra həmin evdə özünün yaşadığını, qardaşları X18 04.11.2009-cu il tarixdə, X15 28.06.2013-cü il tarixində vəfat etdiyini, bacısı Maraqlı şəxs isə mirasdan imtina etdiyini, X7 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Dövlət Notariat Ofisinə müraciət etdiyini, lakin Notariat Ofisinin yazılı sübutlar olmadığından və mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləcəyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, X7 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatları təkrarlayaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs izahatında hazırkı mübahisə predmeti olan evin atasına məxsus olduğunu, atası vəfat etdikdən sonra evin mülkiyyətçisinin anası X13 olduğunu, Vahidin ailə üzvləri və anası ilə birlikdə həmin evdə yaşadığını, anası X9 təxminən bi ildən artıqdır ki, vəfat etdiyini, anası vəfat etdikdən Vahidin ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa davam etdiyini, Vahidin anasından qalan mirası qəbul etməsinə etirazının olmadığını, həmin mirasdan heç bir pay tələb etmədiyini qeyd edərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X11 Vahid Paşa oğlu ilə qonşu olduqlarını, hazırki miras qalmış ev Həmzəli kəndində yerləşdiyini, həmin evin 1980-ci illərdə ailəliklə tikdiklərinin şahidi olduğunu, Vahidin atası vəfat etdikdən sonra həmin evdə anası Zərqələmin, Vahidin və onun ailə üzvlərinin yaşadığını, Vahidin anası Zərqələmin təqribən 1 ildən artıqdır ki vəfat etdiyini, anası vəfat etdikdən sonra da Vahidin ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 Vahid Paşa oğlunun onun həyat yoldaşının qardaşı olduğunu, 1980-ci illərdə Vahidin qardaşı Hidayət Rzayevlə ailə qurduğunu, gəlin köçdüyü evin qonşuluğundakı hazırkı miras evdə qaynatası Paşanın, qaynanası Zərqələmin, qaynı Vahidin və onun ailə üzvlərinin yaşadığını, Vahidin atası və anası vəfat etdikdən sonra da, Vahidin bu günə qədər ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığnı bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X8 Vahid Paşa oğlunun onun atasının əmisi oğlu olduğunu, qonşu olduqlarını, Paşa Rzayevin və onun həyat yoldaşı Zərqələm Hüseynovanın övladları ilə birlikdə hazırkı mübahisə predmeti olan evdə yaşadıqlarını, uşaqlığının həmin həyətdə keçdiyini, Ərizəçi və Zərqələm Hüseynova vəfat etdikdən sonra Ərizəçi bu günədək ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli, AZ-İ 378141 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X24 04.11.2009-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan olan Şərur rayon Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.04.2015-ci il tarixli, AZ-İ 493503 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X21 28.06.2013-cü il tarixində Şərur rayon Həmzəli kəndində qaraciyər serrozu nəticəsində vəfat etmişdir. İş materiallarında olan olan Şərur rayon Həmzəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli, 141 saylı arayışdan görünür ki, X1 vəfat etmişdir. Mərhumun aşağıdakı tərkibdə vərəsələri vardır: 1.Qızı- Maraqlı şəxs-xx.xx.1949

2. Oğlu- X24-01.09.1951 vəfat edib

3. Oğlu- X21- 02.01.1954 vəfat edib

4. Oğlu Ərizəçi – xx.xx.1955; İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 1550 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Həmzəli kəndi ərazisindəki torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş ******* nömrəli, 06.04.2009-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayonu Həmzəli kəndində 0.4482 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 58.4 kv.m yaşayış, 40.28 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan olan Şərur rayon Həmzəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli, 140 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Şərur rayon Həmzəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə qeydiyyatda durur və yaşayır. İş materiallarında olan olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.10.2020-ci il tarixli, AZ-İİ 084925 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X13 06.10.2020-ci il tarixində Şərur rayon Həmzəli kəndində dəqiqləşdirilməmiş kəskin miokar infarktı nəticəsində vəfat etmişdir. İş materiallarında olan olan Maraqlı şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o 06.10.2020-ci il tarixdə vəfat etmiş anası- X9 ölümündən sonra miras əmlakı qəbul etməmişdir, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. İş materiallarında olan Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 26 saylı, 15.11.2021ci il tarixli qərarından görünür ki, Ərizəçi X9 ölümündən sonra onun harda yerləşməsindən asılı olmayaraq miras qalmış bütün əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şərur rayon Həmzəli kəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə mərhum X10 məxsus olmuş, o 06.10.2020-ci il tarixdə ölmüşdür. Həmin vaxtdan onun oğlu Ərizəçi miras qalmış evdə ailə üzvləri ilə yaşamaqla miras əmlakı faktiki olaraq, idarə etməklə, onu birmənalı şəkildə qəbul etmişdir. X3 ölümündən sonra oğlu Ərizəçi miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin və maraqlı şəxsin izahatları, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış Şərur rayon Həmzəli kəndində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəşi Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. X2 miras qalmış Şərur rayon Həmzəli kəndində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəşi Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar