Məhkəmə qərarları › İş №2(110)-670/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-670/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-670/2021 30.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi barədə” mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mallarını otardığına görə ona olan 1278 ( bir min iki yüz yetmiş səkkiz) manat borcunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcələnin 152.1.5-ci maddəsində qeyd olunub ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, ərizəyə dövlət rüsumunun ödənilməsini göstərən qəbzin surəti əlavə edilmişdir ki, həmin qəbz X3 tərəfindən əvvəl məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun qəbzidir. Həmin iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının xahişi ilə geri qaytarıldığından, həmin qəbz üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə icra vərəqəsi çıxarılaraq icra edilməsi üçün Şərur rayon İcra və Probasiya şöbəsinə göndərildiyindən ödənilmiş rüsum bu tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Eyni zamanda ərizəyə əlavə olunmuş dövlət rüsumunun ödənilməsini əks etdirən qəbzin surəti əlavə edilmişdir. Məhkəmə onu da iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, iş materiallarına lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı X2 göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra ikinci dəfə qanunla müəyyən olmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar