Məhkəmə qərarları › İş №2(110)-686/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-686/2025

26.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-686/2025 26.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X6 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə Ərizəçi maraqlı şəxs Şərur Rayon Nikah Evinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cu ildə o vaxtkı Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində anadan olmuşdur. Onların ailəsində səkkiz uşaq olmuş, atası X3 baytarlıq peşəsinə sahib olmuş, anası X1 isə evdar qadın olmuşdur. 1964-cü ildə atasının işi ilə əlaqədar Şərur (o vaxtkı İliç) rayonunun Xanlıqlar kəndinə gəlməsi səbəbindən ailə də məcburən onunla birlikdə köçmüş və həmin kənddə məskunlaşmışdır. 16 yaşına çatarkən, yəni 1975-ci ilin yanvar ayında o vaxtkı qaydalara uyğun olaraq pasport almalı olmuşdur. Bununla əlaqədar ona məxsus doğum haqqında şəhadətnamənin tərcümə edilməsi tələb olunmuşdur. Həmin vaxt atası şəhadətnaməni rəsmi tərcümə etdirilməsi üçün adını xatırlamadığı bir şəxsə vermişdir. Çünki Ermənistan Respublikasında anadan olduğundan şəhadətnamə erməni dilində yazılmış və onun tərcüməsi zəruri olmuşdur. Daha sonra pasport almış, bütün sənədləşmə işlərində pasportdan istifadə etdindən doğum haqqında şəhadətnaməyə ehtiyac qalmamış və sənəd unudulmuşdur. Hazırda isə vərəsəlik işləri ilə əlaqədar sənədləşmə aparılarkən doğum haqqında şəhadətnamənin tələb olunduğu, lakin onun itdiyi məlum olmuşdur. Ərizəçi bildirmişdir ki, həmin sənədi başqa yolla əldə etmək mümkün olmadığından doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi və yeni şəhadətnamənin verilməsi zərurəti yaranmışdır. O, hesab edir ki, ərizədə göstərilən hallar nəzərə alınaraq müraciəti təmin edilməli və ona yeni doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxsə və ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsini nəzərə alıb ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ünvanlanmış ərizəsinin geri qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli ərizəsini nəzərdən keçirib belə hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi maraqlı şəxs Şərur Rayon Nikah Evinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar