Məhkəmə qərarları › İş №2(110)-69/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-69/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-69/2022 18.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Kosacan kənd sakini Cavabdeh qızıl əşyaların dəyəri olan 4100 (dörd min yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 61 (altmış bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qızı X1 həyat yoldaşı Cavabdeh ilə yola getmədiklərindən 2019-cu ilin iyun ayından ayrı yaşadıqlarını, qızı ayrılarkən özünə aid əşyalarını Vüsalın evindən götürdüyünü, lakin qızıl əşyalarının evdə yoxa çıxdığından tapa bilmədiyini, həmin zaman Vüsalın itən əşyaların dəyəri olan 4100 manatı ona verəcəyini söz verdiyini və bununla bağlı etiraf ərizəsi yazdığını, həmin ərizəyə əsasən Vüsalın 2019-cu ilin dekabr ayına kimi bu pulu ona verəcəyini, lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq Vüsalın hələ də pulu ona vermədiyini, Vüsaldan bunu tələb etdikdə hərdən bir yalan dediyini, müxtəlif bəhanələr gətirərək hər dəfəsində ondan vaxt istədiyini, Vüsalın hərbi qulluqçu işlədiyini, yüksək maaşı olduğunu, bu pulu ona ödəməyə imkanı olduğunu, lakin hər dəfəsində imkanının olmadığını dediyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək Şərur rayon Kosacan kənd sakini Cavabdeh qızıl əşyaların dəyəri olan 4100 (dörd min yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 61 (altmış bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 11 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh X2 məxsus olan itmiş əşyaları 11.06.2019-cu il tarixdən 06.12.2019-cu il tarixinədək İddiaçı verəcəyinə söz vermişdir. İtən əşyalar 3 ədəd sep, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət olması və toplam dəyəri 4100 (dörd min bir yüz) manatdır. Məhkəmə tədqiqatı zamanı iş materiallarında olan Şərur rayon 2 saylı notariat ofisində təsdiqlənmiş ərizə ilə müəyyən edilmişdir ki, Cavabdeh X2 məxsus olan 4100 (dörd min bir yüz) manat olan 3 ədəd sep, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət itmiş əşyalar 11.06.2019-cu il tarixdən 06.12.2019-cu il tarixinədək İddiaçı verəcəyinə söz vermişdir. Lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq,X2 məxsus olan 3 ədəd sep, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət itmiş əşyaları və ya onların ümumi dəyəri olan 4100 (dörd min bir yüz) manat pulu İddiaçı ödəməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbini sübut etmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Kosacan kənd sakini Cavabdeh X2 məxsus olan 3 ədəd sep, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət itmiş əşyalar və ya onların ümumi dəyəri olan 4100 (dörd min bir yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Şərur rayon Kosacan kənd sakini Cavabdeh 61 (altmış bir) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar