Məhkəmə qərarları › İş №2(110)-69/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-69/2024

10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-69/2024 10.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə vəfat etmiş atası X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab edilərək, mülki iş üzrə məhkəmə hazırlıq iclasını xx.xx.2023-cü il tarixə təyin etmişdir. Məhkəmə qeyd edilən tarixdə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirərək, məhkəmə baxış iclasını xx.xx.2023-cü il tarixə, daha sonra isə xx.xx.2024-cü il tarixə təyin etmişdir. Qeyd edilən tarixlərdə keçirilən məhkəmə iclaslarında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəmə ərizəçi və ya maraqlı şəxsin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar