Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-694/2023 12.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X3 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi 1990-cı ilin iyul ayında mərhum X9 ilə nikah bağlayaraq ailə qurduğunu, birgə nikahdan 3 övladlarının doğulduğunu, ötən əsrin 90-cı illərində ölkədə aparılan islahatlar zamanı müvafiq komissiyanın qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə onların ailəsinə 0,02 ha torpaq sahəsi ayrıldığını, bununla bağlı JN- 221A seriyalı, 10202018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildiyini, həmin gündən bu günədək qeyd edilən torpaq sahəsini mərhum əri ilə özünün əkib becərdiyini, zəruri qulluq göstərməklə təsərrüfat işləri apardığını, iki övladının ailə quraraq təsərrüfatdan ayrıldığını, balaca oğlunun isə dolanışıq səbəbindən gah Türkiyədə, gah Bakıda yaşamalı olduğunu, mərhum ərinin xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, vəfatından sonra birgə mülkiyyətdə olan torpaq sahəsindəki payının miras qaldığını, həmin mirasın özü tərəfindən faktiki olaraq qəbul edildiyini, övladları ilə arasında həmin torpağa dair hər hansı mübahisə olmadığını, həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləciyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, həmin torpaq sahəsində olan yerin əvvəllər kitabxana kimi istifadə olunduğunu, sonra oranı özəlləşdirərək 1993-cü ildən 2000-ci ilə qədər yaşadıqlarını, qayınanası vəfat etdikdən sonra qayınatasının evində yaşamağa başladıqlarını, yoldaşı 2022-ci ilin oktyabr ayında vəfat edəndən sonra orada yaşamadıqlarını, indi isə 3-4 aydır ki, orada təmir işləri getdiyini, həmin evin açarlarının onda olduğunu, həyətə özlərinin nəzarət etdiyini, həmin evin elektirk və qaz xətləri olduğunu, lakin orada yaşamadıqlarından ödəniş etmədiklərini, vərəslər arasında mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında Yuxarı Aralıq kəndində yaşadığını, kəndin icra nümayəndəsi olduğunu, həmin torpaq sahəsində olan yerin əvvəllər kitabxana kimi istifadə olunduğunu, sonra Xəqaninin həmin yeri özəlləşdirərək ev kimi istifadə etməyə başladığını,10 il orada ailəsi ilə birlikdə yaşadığını, ərizəçinin qayınanası vəfat edəndən sonra onların qayınatası ilə birlikdə yaşamağa başladıqlarını, indi isə həmin yerin çay evi kimi istifadə olunduğunu, həmin əmlaka Xəqaninin yoldaşı və uşaqlarının sahiblik etdiyini, vərəslər arasında mübahisə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında həmin kəndə doğulduğunu, onlarla qonşu olduğunu, onların həmin evdə bir müddət yaşadıqdan sonra qayınatasıgillə yaşamağa başladıqlarını, indi isə həmin yerin 2-3 ay olar çay evi kimi istifadə edildiyini, həmin torpaq sahəsinə ərizəçi və oğlunun nəzarət etdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan JN-221A seriyalı, 10202018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə Şərur rayon Yuxarı Aralıq kəndində yerləşən 0.02 ha həyətyanı torpaq sahəsi X7 məxsus olmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 943054 nömrəli çıxarışdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 50 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon Yuxarı Aralıq kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 67 nömrəli arayışından görünür ki, X9 vəfat edəndən sonra onun vərəsələri Ərizəçi, X10, Nümayəndə və X4 qalmışdır. İş materiallarında olan Şərur Rayon Yuxarı Aralıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 102820 nömrəli bildirişdən görünür ki, Ərizəçi əmlak torpaq vergisinin ödəyicisidir. İş materiallarında olan “Naxçıvanpoçt” PHŞ Bələdiyyə ödənişi qəbzindən görünür ki, Ərizəçi əmlak torpaq vergisinin ödəyicisidir. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X4 və X10, X5 qalan miras əmlakdan imtina etmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun vərəsələri Ərizəçi, X10, Nümayəndə və X2r. X9 öldükdən sonra ərizəçinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr miras əmlakdan imtina etməsi barədə notarial ərizə vermişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X3 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X3 miras qalan topaq sahəsi həmin şəxsin sağlığında və vəfatından sonra ərizəçinin istifadəsində olmuşdur. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-694/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-694/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver