Məhkəmə qərarları › İş №2(110)-701/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-701/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-701/2023 10.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək anası mərhumə X1 mülkiyyətində olan Şərur rayon Çomaxtur kənd ərazisində yerləşən JN 623 KOD 10200018 olan 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və nənəsi mərhumə X2 mülkiyyətində olan Şərur rayon Çomaxtur kənd ərazisində yerləşən JN 622 kod 10200018 olan 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, dövlət rüsumu ərizəçi tərəfindən deyil, digər şəxs tərəfindən ödənilmişdir. Bundan başqa ərizəçinin miras qoyan şəxslərlə qohumluğunu təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Həmçinin ərizənin məzmunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin qüvvədə olan yeni redaksiyasına uyğun deyildir. Belə ki, tələb mirasın faktiki qəbulu olmasına baxmayaraq ərizədə mirasın faktiki qəbulunun nədə ifadə olunması və bununla bağlı müvafiq sübutların siyahısı əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci, 152.1.5-ci maddəsinin tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizə və ərizəyə əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar